Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə28/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   24   25   26   27   28   29   30   31   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
75 
 
leksik vahiddir. Azərbaycan dilinin izahlı  lüğətində pəri sözü belə izah 
olunur:  “Pəri-  əsatirdə  cinlərin  çox  gözəl  və  cazibəli  şəkildə  təsəvvür 
olunan qismi” (6 s. 498). 
D.Əliyeva pəri mifonimi barədə yazır ki, mifonim pəhləvi dilində 
Pairk formasında  işlədilir, cin, qadın cin mənalarını verir. “Avesta”da bu 
mifonim  Pairika  formasında  işlədilir  və  çox  eybəcər  qadın  kimi  təsvir 
edilir. Zərdüşt ona düşmən kəsilən üç varlığı lənətləyir ki, onlardan biri 
də Pəridir.  (8.s.107) 
Əksər Azərbaycan nağıllarında pərilər su ilə bağlıdırlar. Nağılların 
çoxunda  onlar    göyərçin  cildində  olurlar,  bəzən  ceyran  cildində  çay 
sahillərinə və ya bulaq başına gəlirlər. “Tapdıq” nağılında xeyirxah pəri-
göyərçin obrazına rast gəlinir. Pərilər cildlərini çıxardandan sonra onlar 
gözəl  qıza  çevrilirlər.    Pərilərin  geyimlərini  ələ  keçirəndən  sonra  onlar 
çılpaq  qalmasınlar  deyə,  bir  sıra  işləri  yerinə  yetirməyə  razılaşırlar. 
Folklorda bəzən pərilər  öz cildlərini çıxardıb adi qız kimi qəhrəmanlara 
ərə  gedirlər  “Məlik  Cümşüdün  nağlı”nda  Fəxri-süleymanda  padişahlıq 
edən pərilər padşahının qızı  Məleykə Cahan Əfruz  xanımın divlərdən, 
pərilərdən  ibarət  qoşunu  vardır.  “Hatəmin  nağılı”nda  pərilər  ölkəsi  
Gülüstanı  –  İrəm  yer  adına,  pərilər    padşahının  qızı  Mələkxatun  
mifoniminə  rast gəlirik. Onun qarovulçuları divlərdir. 
Nağıllarımızda  pərilər  çox  gözəl  qızlar  kimi  təsvir    edildiyindən 
zaman  keçdikcə  pəri  sözü  də    gözəl  qız    mənasını  ifadə  edən  söz  kimi 
işlənmişdir.  Görünür,    bu  nağıllarımızda  pərilərin  öz  göyərçin  donunu 
çıxardıb,  ya  da  adi  qız  kimi  qəhrəmanlara  ərə  getməsi  ilə  bağlıdır. 
Nağıllarda  misilsiz  gözəlliyi    təsəvvür  edərkən  belə  bir    ifadə  işlənir: 
“Aya deyir sən çıxma mən çıxım, günə deyir sən çıxma mən çıxım”.  
Folklorumuzda pərilər gözəllik rəmzi, simvoludurlar. Buna görə də 
müasir dövrdə pəri leksik vahidindən şəxs adı kimi geniş istifadə olunur. 
Pəri leksik vahidi antroponimlərin tərkibində tək işlənməklə yanaşı, həm 
də iki kompanentli şəxs adlarının tərkibində də işlənir. Məsələn, Nazpəri, 
Gülpəri, Aypəri və s.  
 “Kəl Həsənin nağılı”nda Pərizad pəri adına rast gəlinir. Pərizad bu 
gün də Azərbaycanda qız adı kimi  işlənməkdədir. Pərzad /Pərizad – fars  
mənşəli olub, pəri+zad (ə) sözlərindən ibarətdir.  “Pəridən doğulmuş, pəri 
balası”  mənasında,  məcazi  anlamda  “gözəl  ananın  gözəl  balası” 
deməkdir.  
Folklorda pərilərin oxşar variantı olan hurilər öz əksini tapmışdır. 
Huri  ərəb  mənşəli  sözdür  və  “cənnət  qızı”  mənasını  ifadə  edir.  Huri 
sözündən gözəlin epitetlərindən biri kimi istifadə edilir. Məsələn, Səndən 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
76 
 
qeyri  huri  görsəm,  sevmərəm;  Qaldır  rübəndini,  görüm  gül  üzünü 
(“Koroğlu”  dastanı)  “Bəxtiyarın  nağılı”nda  Hurizad  pərilər  padşahının 
qızıdır. Azərbaycanda Hürzad şəxs adı işlənməkdədir. Huri leksik vahidi 
mələk sözü ilə semantik əlaqəyə girərək mürəkkəb söz yaradır. Məsələn, 
huri-mələk sözü dilimizdə işlənməkdədir.   
Azərbaycan    nağıllarında  çoxlu  mifotoponimlərə  təsadüf  olunur. 
Mifotoponim  –adətən,  qədim  miflərdə,  əfsanələrdə,  əsatir  və  nağıllarda 
işlənən  toponimlərdir.  “Şah  oğlu  Bəhrəmin  nağılı”nda    Qaf  dağı, 
“Hatəmin  nağılında    Gülüstani-İrəm”,  “Reyhanın  nağılı”nda,  “İbrahim” 
nağılında  Ənbərquh  dağ  adına,  “Bənidaş  şəhərinin  sirri”    nağılında  
Bənidaş, “İskəndərin Qaranlıq dünyaya getməsi”nağılında  Qaranlıq dünya 
və s. mifotoponimlərə  rast gəlinir. “Hatəmin nağılı”nda pərilər ölkəsi olan  
Gülüstani  –  İrəm  yer  adına    təsadüf  olunur.  Gülüstani  –  İrəm    -  1)  Şərq 
əsatirində -Yəməndə olduğu rəvayət edilən əfsanəvi bir bağ, 2) məc. behişt, 
cənnət.  (4. s. 247) 
 
Azərbaycan  nağıllarında  rast  gəlinən  mifik  onomastik  vahidlər 
arasında mifofitonimlərin özünəməxsus yeri vardır. Adətən qədim miflərdə, 
əsatir  və  nağıllarda  işlənən  fitonimlər  mifofitonimlər  adlanır.  “Tapdığın 
nağılı”nda  möcüzəli  Xəbər  ağacı  vardır.  O,  hər  şeyi  görür  və  hər  şeydən 
xəbərdardır.  Xəbər ağacı baş vermiş hadisələri Şəms xanıma danışır.  
Azərbaycan  nağıllarında  mifik  bitki  adlarına  rast  gəlinir.  “Yetim 
İbrahim” nağılında Səməngül mifofitoniminin  adı çəkilir. Qeyri-adi olan bu 
çiçək  torpaqda bitmir, divin dustaq etdiyi qızın qanından əmələ gəlir.  Qızın 
burnundan  axan  hər  damla    Səməngülə  çevrilirdi.  Fars  dilində  səmən  
“yasəmən ağacına və gülünə” deyirlər. Səməngül “yasəmən gülü” deməkdir.
 
(4 s. 548) 
Folklordakl mifonimləri tədqiq etmək onu yaradan türklərin mənəvi, 
psixoloji  xüsusiyyətlərini  öyrənmək,  əski  dünaygörüşünü  araşdırmaq 
deməkdir. 
 
ƏDƏBİYYAT: 
 
1.  M.Adilov  A.Paşayev.  Azərbaycan  onomastikası  (izahlı 
terminoloji lüğəti). Bakı: Nurlan, 2005, 487 s.  
2.   R.Qafarlı. Mif və nağıl. Bakı. 1999. ADPU. 448 s. 
3.  Abdullayeva.  S.    Mifonimlər.  Azərbaycan  onomasitkası  
problemləri. V konfrans. 1995. 
4. Ərəb-fars  sözləri lüğəti. Bakı: Azərb.SSR Elmlər Akademiyası 
nəşriyyatı, Yazıçı.  1984. 1036 s. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
77 
 
5. N.Gəncəvi. İskəndərnamə. Bakı. 1983, Bakı. 648 s.    
6. Azərbaycan dilinin izahlı lüğəti.III c., Bakı: Elm, 1983, 555 s. 
7. V.Vəliyev.  Azərbaycan folkloru.  Bakı. Maarif. 2005.s. 368 
8.  Əliyeva  D.  Onomastik  fahidlərin  folklorda  təzahürü.    Bakı: 
Maarif, 2016, 320 s. 
        Тунзала Бахшиева 
Мифонимы 
Резюме 
 
  В  статье  исследуются  мифонимы,  встречающиеся  в 
фольклоре.  Мифонимы  подразделены  на  группы: мифоантропонимы, 
мифотопонимы,  мифозоонимы,  мифогидронимы,  разъясняются  их 
значения.  Исследование  мифонимов  представляет  интерес  для 
изучения  мировозрения,  моральных  принципов    азербайджанского 
народа    в  древнейшие  времена.  Семантика  мифонимов  сложна.  Они 
широко распространены. Исследования, связанные с мифологической 
лексикой  позволяют  проследить  исторический  путь  развитие  языка, 
дают  возможность  исследовать  словарны  состав.  Исследования 
мифонимов помагают уточнять характерные особенносты ряда лексем, 
исследовать  лексику  различных  фольклорных  текстов,  выявлять  их 
характерные черты.  Изучение мифонимов лингвокультурологичес-
кой точки зрения имеет  большую ценность.   
 
Tunzala Baxshiyeva 
Mythonims 
Summary 
 
  Mythonims encountered in folklore are researched in the article. 
Mythonims are derived into the following groups as mythanthroponyms, 
mythoponyms,  mythozoonyms,    mythophytoneum  and  myhohydrons. 
Investigation  of  mythonims  is  important  from  the  point  of  learning the 
world-outlook,  moral  world  of  ancient  Azerbaijanis.  Mythonims  are 
semantically rich words. Their coverage is very large. Researches related 
with  mythological  lexicology  give  opportunity  to  analyze  the 
development  of  the  language  and  its  lexicography.  Investigation  of 
mythonims  in  our  language  also  gives  opportunity  to  define  more 
precisely  the  specific  features  of  lexems,  to  analyze  the  vocabulary  of 
folklore  texts  and  define  their  typical  characteristics.  Analysis  of 
mythonims is very valuable from linguo-cultural aspect.  


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə