D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
94
жание. Они используются для выражения различных характеристик
людей. Эти фразеологические выражения различаются как со
смысловой стороны, так и структурной стороны и с точки зрения
семантики слов, входящих в их состав. Некоторая часть этих фра-
зеологизмов, нося общеязыковой характер, используется повсюду,
другая часть используется для охарактеризования изображений в
комических произведениях.
Nargiz Hajiyeva
The role of zoonym "bird" in the metaphorization and
formation
of phraseology
Summary
People were in constant contact with surrounding beings and
compared them with their own lives.From this point of view, the word
"bird" and phraseological units, formed with the names of birds, are of
interest.Metaphorical expressions have emerged by comparing the
characteristics of a person with different features of a bird.These
expressions have both positive and negative content.They are used to
express different characteristics of people.These phraseological ex-
pressions differ both from the semantic side, and from the structural side
and from the point of view of the semantics of the words that make up
their composition.Some of these phraseological units, having a general
language character, are used everywhere, the other part is used to
characterize images in comic works.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
95
Nəzakət Qaziyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
n.qazi@inbox.ru
Qloballaşma dövründə dildə gedən proseslər:
mövcud
dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış
Açar sözlər: qloballaşma, orfoqrafiya, norma,
ədəbi dil, fonem.
Ключевые слова: глобализация, правописание, норма,
литературный язык, фонема.
Key words: globalization,
orthography, norm, literary language,
phoneme.
Müasir dövrdə dünyada gedən proseslər bütün sahələrdə
olduğu kimi, dilçiliyin problemlərinə, xüsusilə də dillərin
tətbiqi ilə bağlı məsələlərə fərqli yanaşma tələb edir. Zaman
keçdikcə dil inkişaf edir və onun bütün səviyyələrində müəyyən
dəyişiklilər baş verir. Dilin başlıca funksiyasının insanlar ara-
sında ünsiyyət vasitəsi olmasını nəzərə alsaq, bütün dəyişikliklər
də məhz bu funksiyanın daha rahat və əlverişli şəkildə həyata
keçirilməsinə hesablanmalıdır. Dildə gedən proseslər onun
təbiətini əks etdirdiyindən müxtəlif istiqamətli və mürəkkəb
olması ilə diqqəti cəlb edir. Bu proseslərdən bir qismi nitq prose-
si ilə birbaşa bağlı olur və dil daşıyıcılarının nitqində meydana
çıxan variantların tədricən norma statusu qazanması ilə nəticə-
lənir. Dil ictimai-siyasi, eləcə də sosial hadisələri özündə əks
etdirdiyindən və tarixi kateqoriya olduğundan bəhrələndiyi
mənbələr əsasında zənginləşir və dəyişir. Dil mürəkkəb bir
sistemə malik olduğu üçün nəinki bir səviyyənin daxilindəki
dəyişmələr, hətta dilin müxtəlif səviyyələrindəki dəyişmələr
zəncirvarı şəkildə bir-birinə təsir edir, bir hadisə digərini
şərtləndirir. Odur ki, norma məsələsini izlədikdə də bu halı
diqqətdə saxlamaq, dilin daxili qanunlarını və eləcə də onun