Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə34/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   30   31   32   33   34   35   36   37   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
89 
 
tabeli mürəkkəb cümlə olur. Məsələn: Ərəb Reyhan belə baxanda gördü 
ki, bir dəstə siyirməqılınc elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı, 
ördəyə, qaza gəlir(“Koroğlu”). 
Müxtəlif quş adları üslubi məqsədlə bir yerdə işlədilərək müqayisə 
yaradır. K.Əliyev təzadlı müqayisəni tədqiq edərkən yazır ki, burada gizli 
müqayisə olsa da, frazeoloji vahidlər antonim sözlərdən ibarət olur (10, 
16). Məsələn: 
Kapitan.  Qazdan  ayıq  ol,  qarğadan  bic  (S.Rəhman);  Oyun 
meydanına  çatanda  səhər  Şadlıqdan  uçurdu  pəriüzlülər....Doğdu  hər 
kəklikdən  bir  tülək  tərlan  Xosrov  gördü  onlar  belə  olurmuş,  Çəməndə 
qırqovul,  ovda  qaraquş(N.Gəncəvi);Meydanda  maralla  oynaşırdılar, 
Turac  qaraquşu  alırdı  əsir...Şirinlə  şah  düzə  salmışdı  haray 
(N.Gəncəvi); Evdə xoruz, bayırda toyuq(Atalar sözü); İddəası tərlan, özü 
yapalaq(Atalar  sözü);  Tovusun  yanında  qarğaya  döndüm,  Gəlin 
hüzuruna  gəldim,  göründüm  (N.Gəncəvi);Qara  qanad  qarğa 
çinədanından  Zər  yumurta  verdi  tutiyə  bu  an  (N.Gəncəvi,);  Uca  sərv 
yıxıldı,  şux  lalə  soldu  Qırqovul  şahinin  şikarı  oldu  (N.Gəncəvi);  Şeyx 
Nəsrullah.  Böyük  ol,  Əhməd,  qəpik-quruş  davası  eləmə.  Biz  qartalıq, 
sərçə deyilik (S.Rəhman, Dirilər). 
Bəzən  “xoruz”  quş  adının  metafora  şəklində  işləndiyi  halına  rast 
gəlinir.  Məsələn:  Ron.  Saqqalı  qırmızı  şeytan  (xoruz)  yenə  boğazını 
yırtır (Ə.Məmmədxanlı). 
Quş adı olan metaforalar oksimoron yaradır. Məsələn: Qara qarğa 
oldu öz ağ tərlanı (N.Gəncəvi); Fəridə. Ah, çiçəklər içində gizlənmiş ilan 
qılıqlı ürək...Göyərçin lələkli qara qarğa (Ə.Məmmədxanlı). 
Metaforlaşma  hadisəsində  quş  adlarından  yaranmış  feillər  də 
mühüm  rola  malikdir.  Əslində  quş  adlarından  yaranan  feillər  müvafiq 
quşun  mühüm  əlamətini  ya  açıq,  ya  da  daxili  semantikası  ilə  ifadə  edir. 
“Qarıldaşmaq, banlamaq, cəh-cəh vurmaq, civildəşmək, cikkildəşmək” və s.  
feilləri  müvafiq  quşlara  aid  olan  əlamətlərdir.  Onlar  cümlədə  müqayisə 
əlaməti  kimi  metaforik  obraz  yaradır.  Onu  da  deyək  ki,  bu  feillərin 
obrazlaşdırılması  iki  istiqamətdə  özünü  göstərir;  birinci  halda  müsbət 
məzmun gözlənilir. Bu halda zərif quşlara aid xüsusiyyət verilir. Məsələn: 
Səs-səsə  verib  şən  halda  bülbül  kimi  cəh-cəh  vururdular  (K.Əşrəf-
oğlu);Ortada gül olandan sonra ikiniz də cəh-cəh vuracaqsınız(S.Rəhman). 
İkinci halda isə bu feillər mənfi məzmuna malik olur, daha doğrusu, 
obraza  aid  mənfi  əlamət  ifadə  olunur.  Bu  da  iki  vəziyyətdə  əksini  tapır. 
Birinci odur ki, əlamətcə mənfi olan quş xüsusiyyəti mənfi obraza şamil 
edilir.  Bu  hal istənilən məqam və  situasiyada mümkündür. Qara  qarğa 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
90 
 
kimi  nə  qarıldayırsınız?  (K.Əşrəfoğlu);  Küncə  çəkilib  xısın-xısın 
cikkildəşirlər  (C.Gözəlov);  Onda  Səftər  lələş  bülbül  kimi  cəh-cəh 
vururdu,  indi  cırcırama  kimi  cırıldayır;  Gülümov.  Yenə  cəh-cəh 
vurursan, elə bilirsən xəbərim yoxdur?(S.Rəhman). 
Bəzən isə quş adından düzələn feil müvafiq məzmunu ifadə etmək 
üçün  istifadə  edilir.  “Xoruzlanmaq”  feili  bu  qəbildəndir.  Azərbaycan 
dilində  bu  söz  mənfi  məzmunda  “şəşələnmək,  kəkələnmək,  özündən 
çıxmaq”(6, 474) mənasında vulqar söz kimi işlədilir. Məsələn: Hələ bir 
dayanın,  dələduzam  mən,  Mollanı  yıxmasam  bu  minarədən!  –  Deyib 
xoruzlanır yenə Mirpaşa... (S.Vurğun); Götürüb telefonu  bu da, deməli 
mənim üstümə xoruzlanır (Anar); Əlikram xoruzlanmışdı. – Mən sənin 
uşaqlarının atasıyam! (E.Elatlı). 
Quş  adlarının  iştirakı  yaranan  metaforik  ifadələrdən  bədii  ədəbiy-
yatda gen-gen istifadə olunur. Bu ifadələr hər cür ədəbiyyatda işlənir və 
hər  birində  fərqli  funksiyalar  yerinə  yetirir.  Satirik  əsərlərdə 
frazeologizmlərin xüsusiyyətlərinin təhlili göstərir ki, onların mətnə daxil 
edilməsi  komik  effekt  yaratmaq  məqsədi  güdür,  habelə  onun  üslubi 
təyinatı  ilə  frazeologizmin  yenidən  yaranması  arasında  əlaqəni  izah 
etmək məqsədi güdür. Komik effekt adı altında dil vasitələrinin ümumqə-
bulolunmuş  normalardan  müəyyən  qədər  uzaqlaşmasını,  onların  emotiv 
funksiya yerinə yetirməsini başa düşürük. Kalamburun yaranması frazeolo-
gizmlərin  semantik  cəhətdən  yenidən  qurulması  ilə  əlaqədardır.  Bu  cür 
yenidən  qurulmalar  frazeoloji  vahidlərin  görünüş  cəhətdən  leksik-
qrammatik bütövlüyündə dəyişmələr yaradır, habelə onların strukturunu da 
dəyişir.  “Quş”  sözü  və  quş  adları  ilə  formalaşan    frazeologizmlərdə  söz 
oyunu  faktı  da  görünür.  Bu  fikri  açıqlamaq  üçün  “xoruz”  sözü  ilə  for-
malaşan frazeologizmlərin semantikası və işlənmə xüsusiyyətlərini izləyək.  
“Xoruzun quyruğu görünmək” – yavaş-yavaş aşkara çıxmaq, əsas 
mətləbi duymaq; - cidanın ucu  çuvaldan çıxmaq (6, 153). 
M.Adilov  “Xoruzun  quyruğu  görünür”  ifadəsi  barədə  yazır: 
“Müəyyən  bir sirri gizlin saxlaya bilməyən, ört-basdır edə  bilməyən, yəni 
sirri faş olan adamlar haqqında və ya onlara müraciətlə işlədilir” (9, 262). 
Bu  ifadə  barədə  B.Hüseynov  yazır:”Sənin  sözünə  inanım,  yoxsa 
xoruzun  quyruğuna?”  Təkzib  və  ifşaedici  aydın  faktların  olduğuna 
baxmayaraq  yenə  də  yalan  danışmaqda  davam  edən  adamlar  haqqında 
həmin məsəli çəkirlər” (14, 171). 
 “Xoruzun quyruğu görünür” frazeologizmi müxtəlif variantlarda 
ayrı-ayrı  yazıçılar  tərəfindən  işlədilir.  Bəzi  əsərlərdə  bu  ifadənın  hətta 
konkret məzmunu elə həmin əhatədə açılır. Məsələn: – De ki, mənim bu 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə