Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə53/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   49   50   51   52   53   54   55   56   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
144 
 
Sürətli nitqdə cümlədəki iki və daha artıq hecalı sözlərin sonunda 
gələn “b” səsi bir qədər karlaşır və “bh” kimi nəfəsli tələffüz olunur. 
“Dəftər-kita(p)hı  neynirsən,  məktəbin  kita(p)hı  çoxdur.  Fikirləşi-
rsən ki, bir əlimizdə kita(p)h, başqa əlimizdə qılın(ç) tutmalıyı(x)ğ? Sən 
ancaq  dərsini  oxu,  filosoflu(ğ)  elə!  Sən(n)ən  tüfən(k)g  tutub  döyüşən 
olmaz! 
... Qələmi qıyı(x)q kimi gözümə salırsan. 
... Bu gün meşənin ətəyindəki çayda üzü(p)b sərinlənərsən.” 
(“Süd  dişinin  ağrısı”  tammetrajlı  bədii  filmi.  Ssenari  müəllifi 
Ramiz Rövşən, 1987. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
“Mən  iki  dişimi  birdən  çıxartdım.  Gərək  çalışı(h)b  üçüncünü  də 
çıxartdıraydım.” 
(Yenə orada) 
“B” sürətli nitqdə məxrəccə dəyişir. Belə ki, “bh” səsini deyərkən 
hava axınının qarşısı tam kəsilmir və danışıq orqanları özündən sonrakı 
səsin  tələffüz  məxrəcinə  tez  keçir.  Sürətli  nitqdə  bu  hadisə  yalnız  “b” 
samitində yox, əksər samit və sait səslərdə də baş verir. Cəld danışarkən 
hava  axını  ayrı-ayrı  səslərin  yaranmasına istənilən  qədər  bölünə  bilmir. 
Məhz  buna  görə  də  sürətli  nitqdə  variasiyalar  daha  çox  yaranıb  və 
səsdüşümü,  səsartımı,  assimilyasiya,  səs  fərqlənməsi  və  s.  fonetik 
hadisələr daha çox baş verir. 
Bu  cür  nitq,  yəni  cümlədə  bu  və  ya  digər  səsin  yerinə  görə 
variasiyalarda  tələffüzü  daha  musiqili,  axıcı,  yığcam  olur,  bu  isə 
tamaşaçıları yormur. 
Lakin,  əksinə,  səsi  öz  məxrəcində  tələffüz  etməyə  çalışmaq 
danışıqda sünilik yaradır, tamaşaçıları yorur. 
Bəzən də bu və ya digər kinoaktyorun dilində hər iki variant həm 
“p”,  həm  də  “b”  şəklində  tələffüz  olunur.  Şərq  qrup  dialekt 
nümayəndələrinin nitqində yerinə görə “b” kimi də tələffüz olunur: 
“Sənə  qalsa  kölgəlik  üçün  bircə  ağac  ola  qoyu(p)b  ge(t)dməzsən. 
Yaxşı  deyiblər  ki,  “ağanın  malı  gedir,  muzdurun  canı”.  Axı  lesxozun 
müdiri sənə tapşırı(p)b ki... Müdirin dədəsin(d)nən qalmayıb bu meşə. 
...  Dədə-babadan  qonşuyuq,  heç  kimə  qali(p)b  gəlmək  fikrim 
yoxdur. Amma Nurca(pp)bar qali(p)b gələcə(k)gmi, - bilmirəm. 
...  Bağır  dayı,  Nurca(pp)bar  deyi(p)b-güləndir,  Namaz  isə  çox 
qoça(x)qdır. 
... Nə danışırsan, Bağır dayı? Namaz o(y)ünə qalı(p)b k(i)ı, aşi(ğ)q 
olduğu oyunundan əl çə(y)ksin? 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
145 
 
...  Sən  bayaq  bic-bic  gülümsəyəndə  heyvanın  yemini  götürü(p)b 
gedi(p)b. 
... Kömür düzəldəcəm, dedi – amma qablaşdırdıqdan sonra çıxı(p)b 
gedəcəm.” 
(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari müə-
llifi İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Nümunələrdən  görünür  ki,  cümlənin  ortasında  kinoaktyorların 
nitqində “b” samitinin həm “b”, həm də “p” variantı paralel şəkildə olmasa 
da, hər halda işlədilir. Şərq qrupu dialekt və şivələrinin nümayəndələrinin, 
xüsusilə gənc və orta nəsildən olan aktyorların nitqində sözün sonunda “b” 
səsi karlaşaraq “p”-ya yaxın məxrəcdə tələffüz olnuz olunur. Əksər dialekt 
və  şivələrdə  isə  “b”  səsinin  kar  variantı  işlənir.  Əlbəttə,  bu  cür  tələffüz 
forması  dilin  inkişafı  ilə  əlaqədardır.  Belə  ki,  Azərbaycan  dili  ədəbi 
tələffüzdə qoşa “b” səsindən birincisi zəif, ikincisi isə daha patıltılı səslənir. 
Ədəbi  tələffüzdə  cümlədəki  axırınc  sözün  sonunda  isə  “b”  bir  qədər 
karlaşaraq daha çox “pb” səsinin məxrəcində deyilir. 
“Kişi qucağındakı quzunu bir az yuxarı qaldırdı: 
 -  Bu  da  mən(n)ən  məktəbə  peşkəş.  Amma  məktəbdən  inciyi(p)b 
gedirəm. 
... Direktor deyi(p)b ki, vaxt olanda sinifləri yoxlayacağam. 
... Bizim məktəbdən savadsız uşaq çıxmayı(p)b. 
... Uşaq etdiyi hərəkətinə gülməyi(p)b, lakin peşman da olmuyu(p)b. 
Gördüyü işi etmiyi(p)b kimi məktəbi tərk etdi. 
... Üzün(n)ən öpü(p)b, bağrına bası(p)b, yolun(n)an uzaqlaşdı.” 
“Pəncərə”  tammetrajlı  bədii  filmi,  1988.  Ssenari  müəllifi  İsi 
Məlikadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Bu  misallarda bəzən arxasıra “ı” və “u” saitlərindən sonra “b” az 
patıltılı, öz məxrəcinə yaxın bir variasiyada ön sıra saitlərindən sonra isə 
kar  “p”  kimi  səslənir.  Cümlənin  sonunda  fasilə  edildiyindən  onun 
tərkibindəki  variasiyasından  fərqli  deyildir.  Çünki  axırda  işlənəndə 
özündən sonra gələn sözlərin ilk səsi ona təsir edə bilmir. 
Məlumdur ki, dil mürəkkəb formadan sadəyə doğru inkişaf edir və 
tələffüzə ağırlıq gətirən səslər nisbətən asan deyilən səslərlə əvəz olunur. 
Bu  xüsusiyyətə  (b  –  p)  xalq  danışığı  tələffüzü  üslubunda  çox  təsadüf 
edilir. 
Sintaktik əlaqəyə girmiş sözlərin deyilişi ayrı-ayrı sözlərə nisbətən 
çətindir. Belə ki, ayrılıqda sözlərin tərkibindəki ağır tələffüzlü fonemləri 
səsləndirməyə nəfəs çatır. Amma cümlədəki sözlərin tərkibindəki səslər 
bəzən  öz  tələffüz  məxrəclərini  dəyişərək  ahəng  qanununa  uyğunlaşır. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
146 
 
Fonemlər  cümlədə  yaxın  v  asan  məxrəcliləri  ilə  əvəz  olunanda  həm 
intonasiya davamlı, bütöv, həm də nitq sürətli, axıcı və musiqili olur. 
E.F.Sariçeva  yazır:  “Teatr,  kino,  radio  işçiləri  nümunəvi  nitqin 
təbliğçisi  olmalıdırlar.  Ona  görə  də  gələcək  aktyor  və  rejissorların  öz 
fikirlərini  məntiqli,  dəqiq,  aydın  ifadə  etmələri,  cümlələrini  savadlı 
qurmaları,  həm  də  belə  çıxır  ki,  müəyyən  tələffüz  normalarını  bilib 
bunlardan  düzgün  istifadə  etmələri  onların  nitq  mədəniyyətinin 
elementləridir.” [4, 59] 
Müəllif  burada  haqlı  olaraq  gənc  aktyor  və  rejissorlara  tələffüz 
normalarını bilməyi tövsiyə edir. Axı dilin ən kiçik elementi olan səsləri 
öz  məxrəcində  deməsək,  həm  nitq  öz  emosionallıq  və  ekspressivliyini 
itirər,  həm  də  onun  xarici  formasını  eybəcərləşdirər.  Eyni  məzmunlu 
mətni başqalarına nisbətən aktyor, diktor və natiqlər daha təsirli, mənalı 
və axıcı tələffüz edirlər. Aktyor və diktorların səsləri və sözləri orfoepiya 
normalarına uyğun təbii tələffüz etmələri onların sənət vəzifələridir. 
Kinoaktyorların nitqində sözlərin təsiri də artır. Bundan ötrü aktyor 
mətn  üzərində  ciddi  işləməli,  cümlələri  məna  qruplarına  bölməli, 
vurğuları yerli-yerində deməli, yerinə görə tonun yüksəkliyini, alçaqlığını 
bilməli  və  bütün  bunlarla  yanaşı  sözlərdəki  səslərin  ardıcıllığına  görə 
necə səslənməsini əvvəlcədən müəyyənləşdirməlidir. 
Məlumdur ki, əksər hallarda “o” və “ö” sait səslərindən sonra “v” 
səsi düşür, nəticədə “o” və “ö” (oy), (öy) şəklində səslənir. Zənnimizcə, o 
və  ö  səslərinin  diftonqları  tələffüzü  həmin  səslərin  məxrəclərindən 
asılıdır.  Belə  ki,  “o”,  “ö”  səsi  “u”  və  “ü”-yə  nisbətən  açıq  səslərdir 
(amma bunların hamısı dodaqlanandır). “O” və “ö” səsinin məxəcindən 
ön  sıra  samitlərin  məxrəcinə  keçdikdə  alt  çənə  yavaş-yavaş  qapanaraq 
sait səslə samitin yaranma məxrəci arasında “u” və “ü” səsinin vatiasiyası 
–  zəif  “u”  və  “ü”  səsləri  əmələ  gəlir.  Bu  hadisə  sözün  sonunda  daha 
küylü olur. Məsələn: “plou”, “qanou”, “bülöü” və s. 
Göstərilən sözlərdən “v” səsinin düşməsi nitqi daha da axıcı edir. 
Həmin  sözlərə  şəkilçi  qoşulduqda  isə  “v”  səsi  düşmür:  plovu,  qanovu, 
bülövü  şəklində  tələffüz  olunur.  (Misallardan  göründüyü  kimi  bəzən 
kinoaktyorların  tələffüzündə  “v”  səsi  düşmədən,  orfoqrafiyada  olduğu 
şəkildə deyilir ki, bu da nitqi ağırlaşdırır). 
Kino dilində sözün ortasında “v” səsinin “f” ilə əvəzlənməsinin də 
şahidi oluruq: 
“Kitablarımı Çimnaz müəlliməyə təh(f)il verdim. 
... Xeyr, Kərimin kitablarının vərəqlərinin cırıldığına görə təh(f)vil 
almadım. Sonra alı(p)b sizə məlumat verərəm. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə