D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
150
halda isə şərq qrupu dialekt və şivələrində rast gəlmək mümkündür.” [1,
94]
Müşahidələr də göstərir ki, kar tələffüz olunan cingiltili səslər
nəinki yanaşı işlənən eyni məxrəcli səslərin, həm də cümlədə digər
sözlərdəki səslərin təsiri ilə də assimilyasiyaya uğraya bilər.
“Pəncərə” bədii filmində məktəb direktoru ilə Qurban kişinin
nitqini müşahidə və təhlil edərkən məlum olur ki, kinorejissor və
kinoaktyorlar direktoru bir ziyalı, yüksək mədəniyyətli adam kimi çox
aydın, səlis və ədəbi tələffüz normalarına uyğun danışdırmağa
çalışmışlar.
Lakin Kərəm kişi obrazı isə doğru olaraq, əsasən xalq danışıq
dilində danışır. Kinoaktyorlar bu yolla obrazların özlərinə xas mimika,
hərəkət və geyimləri ilə yanaşı, nitqlərini də fərqləndirməyə,
fərdiləşdirməyə çalışırlar.
Bəzi sözlərdə “n”, “t”, “z”, “r” səslərindən sonra “l” samitinin
assimilyasiyaya uğraması qanunu nəzərə alınmır.
Məlumdur ki, fonetik hadisələr (assimilyasiya, dissimilyasiya,
metateza, proteza, eliziya) danışığın daha canlı səslənməsinə imkan verir.
Lakin kinoaktyorlarımız bəzən buna əhəmiyyət vermirlər. Filmlərdə
kinoaktyorlar aşağıdakı sözləri: insanları (insannarı), yerlər (yerrər),
qətdarlığa (qəddarlığa), anlamıya-anlamıya (annamıya-annamıya), mərdlik
(mərtdiy), sözlərimdə (sözdərimdə), mənliyinizə (mənniyinizə), varlığına
(varrığına), adları (addarı), qızlar (qızdar), məzarlığa (məzarrığa), şayirlər
(şayirrər), dişləri (dişdəri), sevilmiyənlər (sevilmiyənnər), qanadlı (qanatdı),
həqiqətləri (həqiqətdəri), bunlar (bunnar), olsunlar (olsunnar), hündürlüyü
(hündürrüyü), bağışlayıblar (bağışdıyıblar) şəklində orfoqrafik tələffüzdə
deyişlər. (Adları çəkilən sözlər “Pəncərə, “Qoca palıdın nağılı”, “Süd dişinin
ağrısı” bədii filmlərindən seçilmişdir.)
Bəzi kinoaktyorların nitqində müşahidə olunan dialekt və şivə
xüsusiyyətləri onların nitq mədəniyyətinə mənfi təsir edir, belə kinoaktyor
hər yeni filmdə çəkilərkən hansı rola girirsə-girsin, onu asanlıqla tanıyırıq.
Eyni hərəkət, eyni ifadələr, eyni sözlər aktyorun simasının dəyişmədiyini
açıq göstərir. Bu halı aşağıdakı fonetik hadisələrdə daha aydın görmək
olur:
a) Səs əvəzlənməsində:
“Şosse yolla irəliləyən “QAZ – 69” yana (bırıldı) buruldu, gəlib
çayın ortasında Namazın yanında dayandı. Görün avtomobili necə idarə
edir, bir dəfə(ölecey) öləcək... (Hani) hanı Bağır kişi, gözümüzün sapı
saraldı axı!
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
151
... (Beynən) bəylə belə danışmazlar... Bağır mehrini salıb ona.
Əcdadı, övladı kimi sevir onu. Ancaq (qəddarığı) qəddarlığı da əlindən
qoymur... İdrisov gözlərini axar suya zillədi və öz-özün deyindi: “Ay Bağır,
o (axi) axı səndən böyükdü”... Namaz “QAZ – 69”-dan (çıxdi) çıxdı və
Bağırın arxasından qışqırdı... Kəsdir o palıdı, (tüpürrüm) tüpürüm ona...
Rayonun girəcəyinə yetişəndə Bağır (yiyəni) yüyəni dağıtdı... At taladan
keçdi. Ucsuz-bucasız düzənlikdən çapdı. Gah (dəriyə) dərəyə endi, gah
(təpiyə) təpəyə qalxdı.”
(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari müəllifi
İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)
Məlumdur ki, kino dilində dialekt tələffüzündən istifadə edilə bilər,
amma ehtiyac olmadan surətləri həmişə eyni dialektdə danışdırmaq əsəri söz
yığınına çevirər. Belə ki, kinoaktyorların danışıq mədəniyyəti və müasir
sovet adamlarının inkişaf səviyyəsinə uyğun olmalıdır.
c) Səs artımında: Kinoaktyorların tələffüzündə heç bir ehtiyac
olmadan bir sıra sözlərə səs artırılır.
“Asand (asan) işləri qoyub yapışmışdın çətin işlərin qulpundan. Özü
də kimiynən (kimnən) işləyirdin, məlum deyildi. Atanın əleyhinə
(əlehinə) çıxıb çamadan daşıyırdın. Qəpik-quruş sənin nəyinə lazımdır? Ac
qalırsan, yoxsa pal-paltarın yoxdu? Fikirləşirsən ki, oyunuyucuyam (oynuya-
cam) atamın əsəblərilə... Eytiraf (etiraf) et ki, Qumral çanta istəyir.
Şamamanın çantasından. Amma neçiyədür (neçəyədir) deyə bilmərəm...
Həlvətdə (əlbəttə), bir az pul yığmışam... On manat çatmır. Sabah gedib
bacıya (bacına) çanta alarsan... İşləyib maaş alanda qeytərərsən
(qaytararsan)... Qurban direktorun gözlərinə baxa-baxa: “Xeyir (xeyr),
çamadan zad alan deyiləm. Bir yildir (ildir) gəlmir.”
(“Pəncərə” tammetrajlı bədii filmi, 1988. Ssenari müəllifi İsi
Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası)
Yaxşı olardı ki, kinoaktyorlar yuxarıdakı sözləri də mötərizədə olduğu
kimi tələffüz etsinlər.
Yekun kimi bildirmək olar ki, kino dilində saitlərdə olduğu kimi
samitlərin tələffüzündə bu gün də kifayət qədər nöqsanlara rast gəlmək olur.
Biz misal kimi göstərdiyimiz cümlələri 80-ci illərin istehsalı olan
filmlərdən təqdim etdik. Lakin bu gün çəkiln filmlərin isə, demək olar ki,
hər birində belə qüsurlara tez-tez rast gəlirik. Ümidvarıq ki, kino
işçilərimiz gələcəksə sözü gedən səhvlərə yol verməyəcək, yetişməkdə
olan gənc nəsillərə qrammatik tələblərə kifayət qədər cavab verən,
orfoepik normalara hörmət edən, ədəbi dil normalarına, tələffüz
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
152
qaydalarına riayət olunan, danışıqda dil, üslub problemlərini gözləyən
mənalı, məzmunlu və keyfiyyətli filmlər ərsəyə gətirəcəklər.
ƏDƏBİYYAT:
1. Şirəliyev M.Ş. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı,
1970, səh. 5, 19.
2. Kazım Ziya. Səhnə dili. Bakı, 1947, səh. 8.
3. Axundov A. Seçilmiş əsərləri. Bakı, 2012, səh. 221.
4. Sariçeva E.F. Seçilmiş əsərləri. Moskva, 1985, səh. 59.
5. Dəmirçizadə Ə. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı,
1965, səh. 83, 24.
6.Əfəndizadə Ə.R. Azərbaycan dilinin orfoepiyası (namizədlik
dissertasiyası). Bakı, 1954, səh. 52.
7. Ələkbərov A. Azərbaycan ədəbi tələffüzü. Bakı, 1980, səh. 89.
8. Axundov A. Azərbaycan dilinin fonemlər sistemi. Bakı, 1973,
səh. 302.
Filmlər
1. “Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984.
2. “Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987.
3. “Pəncərə” tammetrajlı bədii filmi, 1988.
Физули Мустафаев
Произношение согласных на языке кино
Резюме
Представленная
статья
посвящена
произношению
согласных на языке кино и проблемам, возникающим во время
их употребления.
Говоря о литературном произношении, а также разговоре
актеров азербайджанского кино, в статье особое место занимает
вопрос соблюдения фонетических событий, особенно ударения,
интонации, паузы и тона, правил разделения предложений на
правильные смысловые группы на языке отдельных фильмов,
фонетические изменения в звуках во время произношения в
зависимости от места употребления: исследования, проведе-
нные до сих пор в азербайджанской лингвистике при отдельном
произношения звуков в предложении и при добавлении к
Dostları ilə paylaş: |