Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə43/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
201 
caqdan kənar deyil.  Bu üçbucağın iki tərəfindən bəhs 
etmişik : genetik yaddaş (bax: “Koroğlu”nun  şeir dili. 
“Dədə Qorqud kitabı” müstəvisində), həmin dövrün ədəbi 
dili (bax: “Koroğlu”nun  şeir dili tarixi-linqvistik 
müstəvidə). Üçüncü tərəf isə dövrün ədəbi dilinə (Azər-
baycan dili) söykənərək poetik siqlətli  şeirlər yaradan 
sənətkarlardır. Bu mənada dastanın nəzm parçalarında  
obrazlılığın fonetik, leksik və qrammatik səviyyələrdə 
təzahürünü araşdırmaq zərurəti yaranır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
202
 
 
 
“Koroğlu” şeirlərində obrazlılığın  
fonetik səviyyədə təzahürü 
 
Nəzm parçalarında obrazlılığın fonetik səviyyədə  
təzahürünü aşağıdakı sistem üzrə öyrənməyi məqsədə-
uyğun hesab edirik: 
Assonans və alliterasiya 
Leksik-morfoloji təkrarlar 
Anafora və epifora 
Rəddül ibtida ələl əcüz və rəddül əcüz ələl ibtida 
Cümlə təkrarları 
Sintaktik paralelizm 
Həmqafiyə sözlər 
Anastrofa 
Asindeton və polisindeton 
 
Assonans və alliterasiya 
 
Ümumtürk  ədəbiyyatı üçün səciyyəvi olan assonans 
və alliterasiyalara “Koroğlu”dakı nəzm parçalarında nəinki 
təsadüf edilir, hətta mübaliğəsiz deyirik ki, bu kate-
qoriyalar vasitəsilə yaradılmış harmoniya, ahəngdarlıq, 
poetik mənanın qüvvətləndirilməsi “dastan”dakı  hər 
bənddə, hər misrada belə özünü göstərir. Şübhəsiz ki, saz 
üstündə yaradılan, saz üstündə oxunan şeirlər başqa cür 
ola da bilməzdi. Danışıq səslərinin təkrarından (sait və 
samitlərin təkrarlanması) doğan ritm və ahənglə telli sazın 
simlərindən qopan ecazkar, sirli-sehirli səslər bu şeirlərdə 
sintez  şəklindədir. Elə buna görə  də bu şeirlərin hər biri 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
203 
son dərəcə gözəl, ahəngdar səslənir, eyni zamanda hər 
birinin ritmik-estetik təsiri çox qüvvətlidir. 
Nəzm parçalarındakı assonanslara iki istiqamətdə 
münasibət bildirməyi məqbul hesab edirik: eynicinsli 
saitlərin bir-birini izləməsi (ahəng qanunu); eyni saitlə 
başlanan sözlər cərgəsi. Bunlardan birincisi dastanın  şeir 
dilində daha qabarıq görünür. Bu tezisin düzgünlüyünə dil 
faktları kontekstində aydınlıq gətirməyə çalışaq: 
qalın saitlərin  ahəngi: “Koroğlu oxunu qurub”: 
“Yıxar qayaları, atar dağları”; “Burma-burma bıçaq olar, 
sultanım”; “Dağlar qoynunda, qoynunda”... Yalnız qalın 
saitli sözlərdən ibarət bu cür misralar dastanın şeir dilində 
kifayət qədərdir; 
incə saitlərin ahəngi: “Nər dəlilər yerindəmi?”;  
“Mən bilirəm  əyrisini, düzünü”; “Sevib-seçib bəyəndi-
yim”; “Mərd dəlilər yerindəmi?”; “Dərə  nədi, təpə  nədi, 
düz nədi”;  “Mənəm gürbələrin şiri, pələngi”... Bu tip, yəni 
yalnız incə saitli sözlər cərgəsindən ibarət misralar 
“Koroğlu”nun şeir dilində qabarıqlığı ilə seçilir. 
Burada bir həqiqəti vurğulamaq lazım gəlir: eyni 
saitlə başlanan sözlər cərgəsinə (eyni saitin təkrarlanması) 
“Koroğlu”nun  şeir dilində  az  rast  gəlinir. Nümunə kimi 
“a”, “o” və “ə” saitlərinin assonansını göstərmək olar: 
“a”-nın assonansı:  “Acışdırdın ac aslanı” (a-a-a-
a...). Bu misradakı assonansla təkcə ahəngdarlıq yara-
dılmayıb, həm də “aslan” metaforasının poetik semantikası 
qüvvətləndirilib. Yeri gəlmişkən, “ac aslan” metaforası 
“Koroğlu”nun şeir dilində həm də antitezanın tərəflərindən 
biri kimi çıxış edir.: “Min tülkü neyləyər bir ac aslana?”; 
“ə”-nin assonansı: “Əllisində əlif qəddin çəkilər”. 
burada “ə” saiti ilə başlanan sözlər cərgəsi, eləcə  də incə 
Язизхан Танрыверди 
 
 
204
 
saitlərin ahəngi sintez şəklindədir. Hər ikisi də məhz “beli 
bükülmək” mənasını qüvvətləndirməyə xidmət edir. 
“o”-nun assonansı: “Ovçular ovun ovlar” (o-o-o). 
Bu misranın poetik semantikasına onun işləndiyi bənd 
daxilində münasibət bildirmək lazım gəlir: 
 
Mən aşıq, ovun ovlar. 
Ovçular ovun ovlar. 
Alvızdan qalxan tərlan 
Murğuzda ovun ovlar. 
 
Şifahi  ədəbiyyatımızın  ən gözəl nümunələrindən 
olan bu bayatıda üç subyektin (aşıq, ovçu, tərlan) “ov 
etməsi” obrazlı  şəkildə canlandırılıb: birinci misradakı 
“ov” sözü məcazi mənadadır (Mən aşıq (aşiq), ovun 
ovlar), yəni buradakı “ov” sözü “şikar” yox, “gözəl bir 
qız” mənasındadır. Bu da “gözəl qız = ov” modelində 
düşünülə bilən metaforadan başqa bir şey deyil; ikinci 
misradakı “ov” sözü “şikar” mənasındadır, ovçunun “ov 
etməsi” konkret olaraq ifadə edilib (Ovçular ovun ovlar); 
dördüncü misradakı “ov” sözü də həqiqi mənada görünür, 
amma burada ovçunun deyil, tərlanın (quşun) bir dağdan 
qalxaraq o biri dağda ov etməsinə  işarə edilir ki, bu da 
mübaliğə hesab oluna bilər (...tərlan Murğuzda ovun 
ovlar)... “Koroğlu” eposunun ümumi poetik yükü isə bu 
bayatıdan tam başqa məqsədlə, bir bədii priyom kimi 
istifadə edildiyini göstərir. Konkret desək, “Koroğlunun 
Bəyazid səfəri” qolunun poetik strukturu, Koroğlunun 
“..Tüləklər sındıran bir tərlan quşam // Sarlar şikarımı ala 
qoymaram” (bu bənd həmin bayatıdan  əvvəl verilib) – 
deməsi, eyni zamanda Nigar xanımın için-için ağlaya-


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə