“Koroğlu”nun şeir dili
193
Dialektologiyada “-v”
mənsubiyyət şəkilçisinin
işlənmə məqamları, hətta tələffüzdən çıxması kimi
məsələlər sistemli şəkildə öyrənilib. Burada E.Əzizovun
dialektoloji araşdırmalara istinadən söylədiyi fikirləri
xatırlatmaq yerinə düşür: “Ağcabədi rayonunun Üzeyir-
kənd (Ovşar), Zəkəryəli, Qaravəlli, Şərəfxanlı və Yastıyol
kənd şivələrində ikinci şəxs tək mənsubiyyət şəkilçisi
qəbul etmiş isimlər hallandıqda yiyəlik, yönlük və təsirlik
hallarda –v şəkilçisi işlənir (bəzən tələffüzdən çıxır):
əluvun//əlu:n, əluva//əli:a, əluvu/əlu:.. –v
mənsubiyyət
şəkilçisi Cənubi Azərbaycan şivələrində yiyəlik, yönlük
və təsirlik hallarda işlənir...” (Azərbaycan dilinin tarixi
dialektologiyası. Bakı, 1999, səh.187). Bu cəhət “Kor-
oğlu” şeirlərində, daha dəqiqi, Elyas Muşeqin “Nəğmələr
kitabı”na daxil edilmiş şeirlərdə açıq-aydın şəkildə
görünür:
İnci demişəm dişüə,
Qüdrət qələmi qaşua, broy!
Sövkənər bulat başua,
Yar, gözünə qurban olayım!
Buradakı dişüə (dişinə), qaşua (qaşına), başua
(başına) yazılış şəkilləri yuxarıda söylədiklərimizin
düzgünlüyünü əsaslandırır.
Bəllidir ki, sifətlərin təkrarı ilə çoxaltma
dərəcəsi-
nin düzəlməsi müasir ədəbi dilimiz üçün səciyyəvi deyil.
Amma bu üsulla düzəlmiş çoxaltma dərəcəsi təkcə “Dədə
Qorqud” dastanı kimi abidələrimizdə deyil, həm də
“Koroğlu” eposunda müşahidə olunur: uzaq-uzaq. “Uzaq-
uzaq dağ başında...”; dərin-dərin. “Dərin-dərin dəryalara
dalmışam...”; ağır-ağır. “Ağır-ağır ellərim var”; igid-igid.
Язизхан Танрыверди
194
“İgid-igid dəlilərim var”... Bir məqamı da
qeyd edək ki, bu
cür nümunələr Azərbaycan dili şivələrində, xüsusən də
qərb şivələrində eynilə saxlanılır.
“Koroğlu”nun şeir dilində “o” əvəzliyinin ilkin
formasına rast gəlinir: ol. “Qul deyibən ol Misirdə satıla?”;
“öz” anlamlı “kəndi” əvəzliyi isə “Koroğlu”nun şeir
dilində işlənsə də, müasir ədəbi dilimiz üçün arxaizmdir:
“Atı yüyrək, kəndi qoçaq”. Əlavə olaraq qeyd edək ki,
“kəndi” qayıdış əvəzliyi Azərbaycan dilinin qərb
şivələrində ilkin forma və semantikasına uyğun şəkildə
işlənməkdədir.
-ır
4
indiki zaman şəkilçisi “Koroğlu”nun şeir
dilində həm də “-u” şəklində müşahidə olunur ki, bu da
şivə tələffüzü ilə bağlıdır: mərd olu (mərd olur). “Girər
meydana mərd olu...”; qurd olu (qurd olur). “Çaqqal əniyi
qurd olmaz//Yenə qurd oğlu qurd olu...”
Əmr şəklinin morfoloji göstəriciləri funksiyasında
çıxış edən şəxs sonluqlarının arxaik formalarına “Kor-
oğlu”nun şeir dilində də rast gəlinir: -ayım (I şəxsin təki):
qurban olayım. “Yar, telinə qurban olayım!”;
-ginən, -gilən (II şəxsin təki): eşitginən. “Eşitginən
Koroğlunun sözünü”; olmagilən. “Olmagilən işdə
naşı//Qazı dibindən, dibindən!”...
Gedər olmaq, dələr olmaq, dilər olmaq, silər olmaq
kimi perifrastik formaların “Koroğlu”nun şeir
dilində
işlənməsi təkcə arxaik morfoloji element kimi yox, həm də
obrazlılıq yaradan bir vasitə kimi diqqəti cəlb edir:
“Dağıstandan gələr oldu//Dərd bağrımı dələr oldu...”;
“Rüsxət ver, mən gedər oldum...” Birinci nümunədəki
“gələr” və “dələr” sözləri qafiyələnib. İkinci nümunə isə
dialoji nitqdə bir neçə dəfə eynilə təkrarlanıb. Deməli,
“Koroğlu”nun şeir dili
195
mətndə poetik mənanın qüvvətləndirilməsi həm də
perifrastik formalarla reallaşdırılıb.
Müzare zamanın inkarından bəhs edən H.Mirzəzadə
-man, -mən formaları ilə yanaşı, -mam, -məm formalarına
da münasibət bildirib: “Tərkib hissəsinin birinci tərəfi -
mə, -ma, -m dövrümüzə qədər dildə öz varlığını saxlamış,
ikinci tərkib hissəsi isə dilimizdə “n” deyil, “m” şəklində
işlənmişdir. -mən, -man şəklinə XVII-XVIII əsrlərin aşıq
şeirlərinin dilində təsadüf edirik: “Sinən bənzər Savalanın
qarına//
Dəgişməm dünyanın güllü varına (Aşıq Abdullah);
Hicran xəstəsiyəm yeməm şəkəri //Qoynundakı nara
qıyalım pəri (Aşıq Abbas)” (Azərbaycan
dilinin tarixi
qrammatikası. Bakı, 1990, səh.158). Müqayisə və qarşılaş-
dırmalar “Koroğlu”nun şeir dilində -mam, -məm forma-
larının az işləndiyini göstərir (bəlkə, elə buna görə də
H.Mirzəzadə nümunələri Aşıq Abdullah və Aşıq Abbasın
şeirlərindən təqdim etməklə kifayətlənib): “Saymaram
xotkarı, xanı//Qoşuna
verməm amanı...”;
“Qoymam
qala Cəfər paşa”. Burada əlavə olaraq onu da qeyd edək ki,
“Koroğlu”nun şeir dilində -mən formasına da təsadüf
edilir: əymən. “Paşaya, xotkara boyun əymənəm...”;
dəymən. “Al sazımı dezəlt, qorxma dəymənəm”... Yeri
gəlmişkən, -mən forması XVIII əsrə qədərki ədəbi
dilimiz
üçün səciyyəvi olub: “Yar əbrusinə bənzətmən səni ey
mahi - nov (Füzuli), “Leyli aydar qoyman əldən mən səni”
(Həqiri)... Bu tip nümunələrin dilimiz üçün xarakterik
olması dilçiliyimizdə müxtəlif bucaqlardan öyrənilib.
Türkologiyada xüsusi olaraq qeyd edilir ki, felin
vacib şəklinin “-maq
2
+ gərək” modeli ilə ifadəsi XVIII
əsrdən sonra öz normativliyini itirib (yeri gəlmişkən, bu
forma şivələrimizdə eynilə mühafizə olunur). Bu mənada
Язизхан Танрыверди
196
XVII-XVIII əsrlərdə formalaşmış “Koroğlu” eposunun
şeir dilində felin vacib şəklinin “-maq
2
+ gərək” modeli ilə
ifadəsi olduqca təbii qarşılanır: “Şərbət tək qanına
yalanmaq gərək!... Bağırsaq cəmdəyə dolanmaq gərək!...”
Bu məqamda –malı
2
funksiyalı “-maq
2
+ gərək” modelinin
“Koroğlu”nun şeir dilində obrazlılıq yaradan vasitə kimi
çıxış etməsini də qeyd etmək lazım gəlir:
coşmamaq gərək
– qaçmamaq gərək – düşməmək gərək – aşmamaq gərək;
gəlmək gərəkdir – bilmək gərəkdir – silmək gərəkdir –
gülmək gərəkdir... Burada ahəngdarlığın həm də “-maq
2
+
gərək” modelinin təkrarlanması ilə yaradıldığını müxtəlif
bucaqlardan təsdiqləməyə ehtiyac qalmır.
Yazılı abidələrimizin dilində -ıban
4
şəklində işlənən
feli bağlama şəkilçisi “Koroğlu”nun şeir dilində də
intensivliyi ilə seçilir (müasir dilimizdə yalnız şivə
səviyyəsində işlənir): “Qul
deyibən Həbəşdə satarlar”;
“Coşuban həddindən aşar”; “Şad oluban kef məclisi
qurarlar”...
Ərəb mənşəli “və” tabesizlik bağlayıcısının “ü”
variantına “Koroğlu”nun şeir dilində də təsadüf olunur:
bağü-bostan (bağ və bostan): “...Yedim, içdim, dövran
sürdüm // Bağü-bostana uğradım”...
Buraya qədər bəhs etdiklərimiz bir həqiqəti də
söyləməyə imkan verir: “Koroğlu”
eposunun nəzm hissə-
ləri Azərbaycan dilinin tarixi morfologiyası üçün bir
mənbə hesab oluna bilər.