“Koroğlu”nun şeir dili
7
Monoqrafiyanı oxuduqdan
sonra gəldiyim bir qənaəti
əvvəlcədən deyirəm: bu da ondan ibarətdir ki, “Koroğlu”-
nun şeir dili” ilə “Koroğlu” dastanının tədqiqində yeni
mərhələ başlayır. Son dövrlərdə bəzi istisnalar nəzərə
alınmazsa, Azərbaycan folklorşünaslığında bu möhtəşəm
abidə ilə bağlı düşünülmüş, məqsədli tendensiyalar, qara-
yaxmalar əndazədən çıxmaqdadır. Bu millətin, etnosun
genefonduna, milli-mənəvi dəyərlər sisteminin dağıdıl-
masına yönəlmiş məqsədyönlü siyasətdir. Qaçaq Nəbiyə,
C.Məmmədquluzadəyə, N.Nərimanova, S.Vurğuna və s.
kimi böyük şəxsiyyətlərə olan hücumlar da bura daxildir.
Xalqa yönəlmiş olanlardı. Xalq qəhrəmanı Koroğlunun
heykəlinin qoyulmasında da bu hal özünü göstərdi. Dövlət
Koroğlunun abidəsinin ucaldılması ilə bağlı lazım olan
addımı atdı. Ancaq bu işin icraçıları xalqın yaddaşında
olan Koroğlunu yaxşı təqdim edə bilmədilər.
“Koroğlu” Azərbaycan xalqının yaratdığı şah əsər-
lərdəndir. Xalqımızın ruhunun, varlığının ifadəsidir.
Təəssüf ki, son dövr tədqiqatlarda “Koroğlu”nun Azər-
baycandan uzaqlaşdırılması,
mənşəyinin başqa yerlərdə
axtarılması tendensiyası özünü göstərməkdədir. A.H.Sa-
moyloviç “Dədə Qorqud və Koroğlu haqqında əfsanələr”
məqaləsində son olaraq bu qənaətə gəlir ki, “Koroğlu –
yəni kor kişinin oğlu, bu ad çox qədimdir, bunun
yayılması ilə əlaqədar olaraq Goroğlu – yəni bir qəbir oğlu
sonradan meydana gəlmişdir”. H.Rumlunun, İ.Münşinin,
Ö.Çələbinin, İ.P.Petruşevskinin, X.Koroğlunun və başqa-
larının tarixi müstəvidə yanaşmaları daha ciddi təhlilləri
zəruriləşdirir. V.Xuluflunun, Ə.Ağayevin, M.H.Təh-
masibin, P.Əfəndiyevin, F.Fərhadovun, İ.Abbaslının,
M.Həkimovun və başqalarının dastanla bağlı mülahizələri
Язизхан Танрыверди
8
sırf dastanın mahiyyətini açmağa yönəldilmişdir. Folk-
lorşünas P.Əfəndiyev dastanla bağlı mənbələri Azərbaycan
elminin, folklorşünaslığın üzünə açdı. Dissertasiya səviy-
yəsində ilk olaraq geniş araşdırmalara qərar verdi. Və belə
nəticəyə gəldi ki, “Koroğlu” dastanı ilk qaynağını
Azərbaycandan alır.
Doğurdan da, “Koroğlu” ilk qayna-
ğını Azərbaycandan almış və buradan digər ərazilərə,
regionlara yayılmışdır. Başqa xalqlar Azərbaycan dasta-
nının təsirilə özlərinin düşündüyü “Koroğlu”nu yarat-
mışlar. Təkrarən deyirik, Azərbaycan “Koroğlu”su qay-
naqdır, kökdür, özəkdir. Və son olaraq əlavə edirik ki,
“Koroğlu” dastanı Azərbaycan xalqının ürəyinin başından
qopmuşdur.
Son dövrlərdə “Koroğlu”nun nəşrləri ilə bağlı
müəyyən tendensiyalar da özünü göstərdi. Bəzi folk-
lorşünaslar kabinetlərdə “Koroğlu” dastanının yeni
variantlarını yazmaq yolunu tutdu və yeni variant adı ilə
xalqa təqdim etməyə çalışdı. Bunlar hamısı folklor-
şünaslığa məlumdur və ciddi səhvlərdir. Ə.Tanrıverdinin
“Koroğlu”nun şeir dili” özlüyündə bu tenden-siyalara, son
dövrlərdə baş alıb gedən qeyri-ciddiliyə bir cavabdır.
P.Əfəndiyev də bir qədər əvvəl baş verənlərə cavab olaraq
dünyaşöhrətli dastanımız “Koroğlu”nu yazdı. Yeri
gəlmişkən, bir məsələni də qeyd edək ki, Ü.Hacıbəyovun
“Koroğlu” uvertürası dastanın
özündən gələn əzəmətin,
xalqın qəhrəmanlığının, ruhunun ifadəsi kimi ortaya
çıxmışdır. “Koroğlu”nu dərk etmək üçün həmin uvertüranı
dönə-dönə dinləmək və onu duymaq, yaşamaq lazımdır.
Haqqında söhbət açdığımız tədqiqatın müəllifi Ə.Tanrı-
verdi türkün şeir, musiqi (saz), qəhrəmanlıq ruhunu
duyaraq, yaşayaraq “Koroğlu”nun şeir dili”nə gəlib
“Koroğlu”nun şeir dili
9
çıxmışdır. Artıq bu koroğ-luşunaslıqda yeni dalğanın
gəlişindən, milli oyanışın təkrarlanmasından xəbər verir.
Kitabdakı bəzi başlıqları qeyd edirəm: “Koroğlu”nun şeir
dilinin tədqiqi tarixi”, “Koroğlu”nun şeirlərin seman-
tikası”, “Koroğlu”nun şeir dili “Dədə Qorqud kitabı”
müstəvisində”, “Koroğlu”nun şeir dili Qurbaninin
poeziyası müstəvisində”, “Koroğlu”nun şeir dili tarixi-
linqvistik müstəvidə”, “Koroğlu”dakı nəzm parçalarında
şivə tələf-füzünün transkripsiyası”, “Koroğlu”dakı nəzm
parçalarında obrazlılığın təzahürü”, “Koroğlu” şeirlərində
obrazlılığın fonetik səviyyədə təzahürü”, “Koroğlu”
şeirlərində obrazlılığın leksik səviyyədə təzahürü”,
“Koroğlu” şeirində obrazlılığın qrammatik səviyyədə
təzahürü” və s. Göründüyü kimi, bu başlıqlar “Koroğlunun
şeir dilinin elə bir funksional tərəfi,
hətta epizodik
səviyyədə elə bir məqamı yoxdur ki, özündə ehtiva
etməsin. Bu başlıqların hər biri dastanın poetik sistemini,
onun düşüncə sxemini, bütünlükdə etnosun yaddaş
mexanizmlərini bir bütöv olaraq əhatə edir və eyni zaman-
da gələcək araşdırma istiqamətlərini müəyyənləşdirir.
Tədqiqatçı çox doğru olaraq vurğulayır ki, “Koroğlu”
eposu dilimizin, ədəbiyyatımızın, tariximizin, ümumən
mədəniyyətimizin ən nadir incilərindən biridir, şah abidə-
miz “Dədə Qorqud”un məntiqi davamıdır. Nə az, nə çox,
düz dörd yüz il əvvəl “xalqımızın bağrından
bir vulkan
kimi püskürüb” (N.Cəfərov). Babalarımızdan, dədələri-
mizdən bizə miras qalmış bu möhtəşəm abidə bu gün də öz
təravətini itirməyib, bu gün də bizimlədir və həmişə
bizimlə olacaq” (səh. 3). Doğurdan da, “Kitabi-Dədə
Qorqud” dastanı ilə “Koroğlu” arasındakı bağlar, məntiqi
davamlılıq məsələsi özlüyündə bütün tərəfləri ilə etnosun
Язизхан Танрыверди
10
ruhuna, tarixinə, mənəvi varlığın ucu-bucağı görünməyən
dərin qatlarına dayanır. Etiraf edək ki, “Kitabi-Dədə
Qorqud” elm aləminə məlum olduğu
vaxtdan bəri, yəni iki
yüz ildir araşdırılır, yozulur, müxtəlif təhlillərin, elmlərin,
nəzəriyyələrin mövzusuna çevrilir, yenə də sözə,
monoqrafik araşdırmalara ehtiyac doğurur. “Koroğlu”da
da belədir. Ayrı-ayrı versiya və variantları, nəşrləri və
onlar ətrafında aparılan təhlillər, toplularda gedən
nümunələr dastana olan marağın faktı kimi özünü göstərir.
Dastançı aşıqların formalaşmasında və dastan ənənəsinin
yaşarlığında “Koroğlu”nun təsir dairəsi böyük bir sferanın
mövcudluğunu düşünməyi zəruri edir. Koroğluxan aşıqlar
məhz “Koroğlu” dastanının müəyyənləşdirdiyi termindir.
Eləcə də “Koroğlu” havalar
silsiləsi bunun tipik nümu-
nəsidir. Bu havalarda, “Koroğlu” şeirinin poetik möcü-
zəsində Koroğlunun əzəmətinin, “hoydu, dəlilərim,
hoydu” çağırışı, igidliyinin sonsuzluğu, Koroğlunun dəli
nərəsi, Qıratın kişnərtisi, at nallarının ayaq səsi, Çənlibelin
bir məkan olaraq müqəddəsliyi,
Qoşabulaq sehri, xan
Eyvazın təkə-türkmənliyi, Nigar xanımın qadın ucalığı,
dəlilərə analıq funksiyası və s. cəmlənir. Aşıq Cünunun el
sənətkarı kimi fəaliyyəti boy göstərir. Qoç Koroğludan
Şair Koroğluya, Aşıq Koroğluya yollar görünür və onlar
bir nöqtədə fenomenal səviyyədə qovuşur. Daha doğrusu,
biri digərini tamamlayır. Koroğluluğu formalaşdırır.
Kitabdakı başlıqlardan biri “Koroğlu”nun şeir dili
“Dədə Qorqud” kitabı müstəvisində” adlanır. Türk dastan
ənənəsi kimi, türk şeir ənənəsi də mahiyyəti ilə bədii
düşüncənin dərin qatlarını aydınlaşdırmağa, inkişaf
sxemini müəyyənləşdirməyə imkan yaradan məsələdir.
Və eyni zamanda folklorşünaslığın,
bütünlükdə ədəbi-