Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
175 
yaş (isim), yaş (sifət): “Gözlərimdə yaş inildər...; 
“Quru yanar yaş inildər”. Bu misralar Koroğlunun dilindən 
verilmiş  “İnildər” gəraylısından götürülüb (“göz yaşı” 
anlamlı “yaş” ismi I bənddə, “nəm” anlamlı “yaş” sözü isə 
IV bənddə  işlənib). Bu omonimlər ayrı-ayrı  bəndlər 
daxilində işlənsə də, cinas qafiyələr kimi çıxış edir. 
Mətn kontekstində müəyyənləşən omonimlərə 
“Koroğlu”nun  şeir dilində daha çox rast gəlinir. Nümunə 
kimi aşağıdakıları göstərmək olar:   
aş (isim), aş (maq) (feil): “...Zəhər qataram aşına // 
Mehri yarı ver, qayıdım”; “Alacalardan aşanda // Ərzrumu 
dolaşanda...”; 
ay (isim, 30 gün), ay (isim, peyk): “Ayı dolansa da 
ilə qoymaram; “Hüsnün aydan aldı bacı”; 
dava (isim, dərman), dava (isim, döyüş): “Adımı 
qoydular yava// Dərdimə bir yazın dava...”; “Namərd 
adam dava günündə qaçar// Gedər daldalarda pəhlivan 
olu”. Burada bir detala da münasibət bildirmək lazım gəlir: 
bu omonimlər dilimizdə    həm də sinonim qoşa sözlərin 
birinci tərəfi kimi işlənir: dava-dərman (“dava” variantı 
ərəb mənşəli “dəva”nın  dəyişikliyə  uğramış formasıdır); 
dava-dalaş, dava-döyüş;  
dəli (sifət, igid), Dəli (isim, ləqəb): “...Mənəm bu 
yerlərdə bir dəli, dolu...; Acıqlana, Dəli Həsən//Misri 
qılınca qataram...” Qeyd etdiyimiz kimi, “İgid” anlamlı 
“dəli” sözü müasir ədəbi dilimiz üçün  semantik arxa-
izmdir; 
düz (isim), düz (sifət), düz (feil): “Keçdim düzü, 
aşdım dağı”; “Sənə  ərz eləyim sözün düzünü; “Qoşun 
gəlib səf-səf olub düzüldü”; 
Язизхан Танрыверди 
 
 
176
 
gül (isim), gül (feil): “Açılıbdı    sinəm gülü // 
Dönübdü xəndana, Nigar”; “Düşman qabağında gülmək 
gərəkdi”; 
telli (sifət), Telli (isim, əsl şəxs adı): “Üç telli sazı 
döşünə basıb dedi...”; “Gözəllər Nisatək gərək // Telli də 
olur, telsiz də olur”; “Telli xanım, sədan gəldi, yetişdi”. 
Bütün bunlar “Koroğlu”nun  şeir dilində omonim-
lərin rəngarəngliyi və  zənginliyini açıq-aydın  şəkildə 
göstərir. 
Sinonimlər. “Koroğlu”nun  şeir dilindəki sinonim-
lər, digər bədii  əsərlərdə olduğu kimi, mətndəki poetik 
semantikanı qüvvətləndirməyə, fikrin daha dəqiq, daha 
ifadəli çatdırılmasına xidmət edir. Tərkibində sinonimlər 
işlənən bu  şeirlərin  hər birində el sənətkarlarının, aşıq-
ların ustalığı qabarıq  şəkildə görünür. Mübaliğəsiz deyirik 
ki, bu sənətkarlar Azərbaycan dilinin  zəngin  sinonimlər 
cərgəsinə söykənməklə, daha doğrusu, belə vahidlərdən 
düzgün, yerli-yerində istifadə etməklə, onların digər 
sözlərlə  assosiativliyini gözləməklə əbədi-yaşarlıq statusu 
qazanmış onlarca şeir yaradıb.  “Kor-oğlu”dakı  nəzm 
parçalarına, konkret desək, tərkibində sinonimlər işlənən 
bəndlərə ötəri nəzər saldıqda aydın olur ki, belə 
sinonimlərin əksəriyyəti hərb sənəti və igidliklə bağlı olan 
vahidlərdir: yağı-düşmən, savaş - cəng, dava-döyüş... Bu 
da təsadüfi deyil. Çünki “Koroğlu”, hər  şeydən  əvvəl, 
qəhrəmanlıq eposudur, onun nəzm parçalarında işlənən 
sinonimlərin intensivliyi də məhz bu amillə bağlıdır. Sanki 
“oxşar sintaktik mühit = oxşar ifadə” tezisi bu tip 
nümunələrə istinadən söylənilib. 
T.Əfəndiyeva sinonimlərdən bəhs edərkən  maraqlı 
mülahizələr irəli sürür: “Bədii dildə sinonimlər üslubi 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
177 
xarakterindən asılı  olaraq iki şəkildə istifadə edilir: sino-
nim cərgədən ən zəruri sinonim söz seçilib işlənir; sinonim 
cərgədən bir neçə sinonim söz seçilib yan-yana, cüt 
şəkildə ifadə edilir...  Sinonim tək şəkildə istifadə ediləndə 
bütün ifadəlilik və obrazlılıq yaratmaq ağırlığı onun  
öhdəsinə düşür, cüt işlənəndə isə bu vəzifə müxtəlif  
sinonimlər arasında bölünür” (Azərbaycan dilinin leksik 
üslubiyyatı. Bakı, 2011, səh. 61, 64). “Koroğlu”nun  şeir 
dilinə bu bucaqdan yanaşdıqda bəlli olur ki, burada 
sinonimlərdən həm tək, həm də cüt  şəkildə istifadə olu-
nub. Hər iki halda da ustad aşıqların sənətkarlığı aydın 
şəkildə görünür: sinonimdən tək istifadə - “gözəl”. “Bu 
gün bu məclisdə bir gözəl gördüm”; göyçək. “Kor-
oğlu”nun yarı göyçək//Ağ üzünə töküb birçək...”; qəşəng. 
“Özüm qəşəng, sözüm qəşəng”; sinonimlərin cüt işlənməsi 
– “səf-səf, dəstə-dəstə”. “Olun səf-səf, dəstə-dəstə // 
Yeriyək düşmanın üstə”.  Ən maraqlısı isə  budur ki, bu 
sözlərin sinonimi olan  türk mənşəli “tüp”ün  işlədilməsi 
ilə  də obrazlılıq yaradılıb; “Tüp-tüp atlı  durur sağ  və 
solunda”. Digər tərəfdən , bu sinonimlərin  hər üçü təkrar 
söz formasında çıxış edir. Yəni səf, dəstə, tüp şəklində 
deyil, məhz səf-səf, dəstə-dəstə, tüp-tüp formasında. Bu 
da, heç şübhəsiz ki, qəhrəmanlıq semantikasının qabar-
dılması ilə bağlıdır. “Koroğlu”nun şeir dilindəki sinonim-
lərin ümumi mənzərəsi aşağıdakı nümunələrdə daha 
qabarıq görünür: 
aramaq-axtarmaq. “Arayın, axtarın, tapın gətirin”. 
bahar-yaz. “Gəlir günrah keçir baharı, yazı”. 
çən-düman. “Qoyma batsın çən dumana”. 
yaz-bahar. “Yaz-bahara boyan könül!...” 
Язизхан Танрыверди 
 
 
178
 
yağı-düşman (düşmən). “Yağı düşmanın hərbəsi // 
Qaçırtmaz meydandan məni”. 
zəhər-ağı. “Xanlar zəhər içər, sultanlar ağı”. 
irax-uzaq. “İraxdı mənzilim, uzaqdı ara”. 
varmaq-getmək. “Varaq, a qəssabın oğlu!... Gəl 
gedək düşmana qarşı”. 
bəzirganbaşı-tacirbaşı. “Gəl sənə söyləyim, bəzir-
ganbaşı... Sənsən tacirbaşı – xoca”. 
qarğı-qamış. “Qarğı-qamış bir-birinə çatılmaz”. 
savaş-cəng. “Aləmə yayılar savaşın, cəngin”. 
kos-nağara. “Kos, nağara çalınır qan almağa”. 
dava-döyüş. “Dinib danışdığı davadır, dovdur”; 
“Döyüş etdim  çoxlarınan”. 
danışmaq-söyləmək. “Çox bilib, az danışmaq”; 
“Gəl sənə söyləyim, Ələmqulu xan!”. 
işvə-qəmzə. “Hərdən işvə, qəmzə satan // Mənimlə 
ixtilat qatan”. 
ip-tənab. “Qırılar zəncirlər, iplər”; “Kimi tənab 
qılınclasın”. 
qara-siyah. “Gülabətin saçı, qara telləri”; “Siyah 
kəkülü sünbüldür broy!” 
ürək-könül-qəlb. “Ürək açar xoş avazı”; “Könlüm 
xan Eyvaz yasında”; “Koroğlu qəlbi dağlıdı (burada 
“ürək” və “qəlb” sözləri frazeoloji vahid daxilində işlənib). 
şəkər-qənd. “Görməzsən Mehridən şəkəri, qəndi” 
Təqdim etdiyimiz sinonimlərin hər biri obrazlılığa 
xidmət edir, hər birində Azərbaycan dilinin zənginliyi 
açıq-aydın görünür. Bu vahidlərin digər səciyyəvi cəhət-
lərini isə belə ümumiləşdirmək olar:  sinonimliyi təşkil 
edən sözlərdən biri müasir  ədəbi dilimiz üçün arxaizmdir: 
yağı, irax, kos, tənab... (bu, sinonimlərin bir hissəsinə 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə