Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
59
yeddi iqlimə bölmüşdü. Hər iqlimi 10 hissəyə ayıran İdrisi
xəritəsini «Nuzxat al-muştak-fi-xtirak al-afak» (Vilayətləri
səyahət üçün həsrət çəkənin əyləncələri) adlı əsəri ilə
tamamlamışdı. Maraqlıdır ki, ərəb
alimlərinin çəkdikləri
xəritələrdə şimal və cənub qütblərinin yerləri dəyişik
göstərilirdi.
XYI əsrdə tarixlə coğrafiyanın əlaqələndirilməsi sahəsində
bir neçə ciddi cəhd edilsə də, alimlərə coğrafi mühit, şərait və
iqlimin xalqların tarixində mühüm əhəmiyyət kəsb etməsi fikrini
əsaslandırmaq üçün bir neçə yüz il daha lazım oldu. Hal-hazırda
insan coğrafiyasının torpaq və onun atmosfer fenomeninin insan
irqinə təsirini öyrənən xüsusi sahəsi formalaşmışdır. Bu sahənin
ən maraqlı tədqiqatları cəmiyyətlərdə mövcud olan qanunların
insan
mühitinə, dağların, səhraların, sahillərin və digər iqlim
faktorlarının insan enerjisinə, insan təfəkkürünə təsiri, insanların
ətraf mühitin, coğrafi şəraitin yaratdığı çətinliklərə qarşı
mübarizə perspektivləri və s. ilə bağlıdır.
Coğrafiyanın bir hissəsi olan nəqliyyat tarixinin öyrə-
nilməsi yeni ərazilərin məskunlaşdırılması səviyyəsi və xarak-
terinini tədqiqi baxımından mühüm əhəmiyət kəsb edir.
Coğrafi xəritələrin hazırlanması olduqca mühüm biliklərin
və gərgin əməyin nəticəsidir. Müasir dövrdə hazırlanan fiziki
xəritələr nəinki müasir dövlətlərin iqtisadi şərait
və vəziyyətinin
müəyyənləşdirilməsi üçün, həmçinin onların tarixi şəraitinin
öyrənilməsi üçün əhəmiyyətlidir.
Statistka
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
60
Keçən bir neçə nəsil tarixçilərin statistik metodlara
müraciəti tarixi keçmişin daha tam və obyektiv əhatə etmək,
kəmiyyət metodlarının tətbiqi ilə tarixi daha da elmləşdirmək və
təsviri yazı üsullarından bir qədər uzaqlaşdırmaq meylləri ilə
bağlıdır. Statistika öz növbəsində tarixi faktorların əlaqələrini
daha qabarıq aşkarlamağa, hadisələrin qarşılıqlı təsirini sübut
etməyə imkan verir. Məs., keçən əsrin doğum və evlənmə
statistikasının araşdırılması alimlərə tarixi
demoqrafiya
haqqında zəngin biliklər toplamaq imkanı vermişdi.
Lakin tarixi tədqiqat aparan alimlər bilməlidirlər ki, heç də
bütün tarixi problemlər və tarixi mənbələr statistikanın
qanunlarına tabe olmur və statistik metodlarla tədqiq oluna
bilməz.
İlk növbədə keyfiyyətli statistik tədqiqat işi kifayət qədər
kütləvi mənbələrin və faktların mövcudluğunu tələb edir.
Statistik metodlar yalnız kütləvi xarakter daşıyan mənbələrin
mövcudluğu zamanı effektiv nəticə verir, tədqiq olunan problem
haqqında obyektiv təsəvvür yaradır. Statistik metodların tətbiqi
zamanı istifadə olunan
mənbələrin mənşəyinin, yaranma
tarixinin, onların hansı material əsasında yaranmasının
müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Statistik mənbələr özünəməxsus xüsusiyyətlərə malikdir
və onlarla kifayət qədər professional rəftar edilməzsə səhv və
saxtalaşdırılmış nəticələrin əldə edilməsi ehtimalı yaradır. Məs.,
statistik mənbələrdən istifadə edən XYIII əsr müəllifi T.Maltus
Avropanın demoqrafik gələcəyi haqqında faciəli bir təsəvvür
yaratmışdı. Keçmişin ərzaq istehsalı ilə əhalinin artımı arasında
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
61
əlaqənin xüsusiyyətlərini və müstəmləkə Amerikasındakı doğum
normasını araşdıran tədqiqatçı belə bir nəticəyə gəlmişdir ki,
gələcəkdə Avropanı geometrik və demoqrafik faciə gözləyir.
Əslində keçmişdən bu günə qədər qida məhsullarının istehsalı
ilə əhalinin artımı arasında olan əlaqə kompleks şəkilli
olduğundan və Maltusun yaşadığı XYIII əsrdə əhalinin surətli
artımı başladığından bu fərziyyənin əsassız olduğunu asanlıqla
sübut etmək olar. Lakin T.Maltusun yaratdığı nəzəriyyə onun
müasirlərinin təfəkküründə dərin iz buraxmış və pessimist
əhval-ruhiyyələrin yayılmasına səbəb olmuşdur.
Statistik metodlar tarixi demoqrafiya
üçün daha əlverişli
və lazımlı hesab olunur. Bu cəhətdən demoqrafik tarix
problemlərinin sosial praktika və mədəni normalarla sıx əlaqədə
öyrənilməsi, mövcud siyasi quruluşların xarakteri, müharibə və
işğalların mövcudluğu nəzərə alınmalıdır.
Statistik metodlar təkcə demoqrafik tarixdə deyil, kriminal
problemlərin, iqtisadi tarixin öyrənilməsində də geniş tətbiq
edilir. Statistik mənbələrlə işləyən tədqiqatçı mənbənin dilini,
üslubunu, informasiyanın kim tərəfindən, nə məqsədlə, necə
yaradılmasını dərindən araşdırmalıdır. Bu
tip informasiya
tədqiqatçıya işlədiyi statistik materialların həqiqiliyi,
obyektivliyi və etibarlılığı haqqında fikir yürütməyə imkan
verir.
Digər texniki vasitələr
Tarixi problemlərin tədqiqi ilə məşğul olan alimlər
yuxarıda adları çəkilən sahələrdən başqa bir sıra köməkçi
vasitələrdən də istifadə edərək, malik olduqları nəticələrin
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
62
obyektivliyini möhkəmləndirə bilərlər. Möhrlərin, xronolo-
giyanın, paleoqrafiyanın, geneologiyanın, linqvistikanın kömə-
yindən başqa tarixçilər əl ilə yazılan kitabların
tədqiqi ilə məşğul
olan kodikologiya, papirusları tədqiq edən papirologiya, sosial
qrupların etnik, professional təsvirinin bərpası ilə məşğul olan
prospoqrafiyanın köməyindən istifadə edə bilərlər.
Bu alət və vasitələrin çoxuna tarixçi keçmişdən gələn
mənbələrin məlumatı kifayət qədər olmadıqda, və ya mənbənin
həqiqiliyi şübhə doğurduqda müraciət edir. Mənbələrlə işləyən
tarixçilər ilk növbədə mənşəyi saxta olan mənbə ilə
saxtalaşdırılmış informasiyaya malik mənbəni ayrımağı
bacarmalıdırlar. Birinci halda tarixçi
mənbənin həqiqiliyini
sübuta yetirməli, ikinci halda isə mənbənin verdiyi infor-
masiyanın obyektivliyini təsdiqləməlidir.
Mənbənin mənşəyinin həqiqiliyini və tarixiliyini müəyyən
etmək üçün onun aşağıdakı qayda ilə təsnifatı aparılmalıdır:
•
məzmun ilə formanın uyğun gəlmədiyi mənbələr;
•
intellektual hissiyyat əsasında saxtalığı müəyyən-
ləşdirilən mənbələr;
•
qismən saxtalaşdırılmış mənbələr;
•
mənbələrin surətləri.
Sözsüz ki, mənbələrdə saxta informasiya və mənbələrin
saxtalaşdırılması tarixçi üçün ciddi problemlər yaradır.
Problemin ən mürəkkəbi mənbələrin saxtalaşdırılmasının aşkar-
lanmasıdır. Bəzən tarixçilər bütün köməkçi tarix sahələrinin
imkanlarından
istifadə etsələr də, mənbənin saxtalığını sübut edə