Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
63
bilmirlər. Belə halda əsas diqqət
mənbələrin daxili tənqidinə
yönəldilir.
4. Mənbələrin
daxili tənqidi
Avropa alimlərinin “Həqiqi tarix” cəmiyyətinin XIX əsrin
sonuna təsadüf etmiş növbəti iclasında Herodotun tarixdə
buraxdığı iz və onun tarixi tədqiq etmə metodunu araşdıran
ingilis tarixçisi Ceyms For Roder antik mənbələrlə müasir
mənbələrin müqayisəli təhlili əsasında belə bir mülahizə irəli
sürmüşdür: ”həqiqi və etibarlı mənbənin tənqidi təhlili həyata
keçirilməyincə tarixin yaradılması qeyri-mümkündür”. (13)
Tarixin tədqiqat obyektinin insan varlığının mövcudluğu
olmasını nəzərə alaraq, qeyd etmək olar ki,
mənbələrin xarici
təsviri və tənqidi tarixin bərpası üçün olduqca azdır. Ən yaxın
zamanda belə baş vermiş hadisələrin obyektiv və həqiqətə uyğun
bərpasının mümkünlüyünün sual altına alındığı halda yüz, min il
əvvəl baş vermiş tarixi hadisələrin obyektivliyi və həqiqətə
uyğunluğunu sübuta yetirmək olduqca çətin və məsuliyyətli bir
işdir.
Məhz bu baxımdan düzgün, həqiqi tarixin yazılması
mövcud olan mənbələrin skeptik tənqidi təhlili olmadan müm-
kün deyil. Tarix üçün birinci dərəcəli məsələ tarixi şahidliyin
mövcud olduğu mənbələri aşkarlanmasıdır. Adi qəbir daşını
bəlkə də tarixi mənbə hesab etmək, onun haqqında mülahizələr
yürütmək olmaz. Lakin o daşın üzərində onun qoyulması ili,
əlavə olaraq, onun kimə məxsus olması haqqında
məlumat
verilirsə, artıq o tarixin şahididir.
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
64
“Hansı mənbə, hansı informasiya tarixin keyfiyyətli
şahidi ola bilər” sualı tarixçiləri artıq bir neçə əsrdir ki, narahat
edir. Mənbələrin dərindən araşdırılması sübut edir ki, tarixçinin
tarixi mənbəni mühakiməsi və onun şahidlik keyfiyyətini
müəyyənləşdirməsi məhkəmədə həqiqəti sübuta yetirməyə
çalışan vəkilin fəaliyyətindən bir o qədər də fərqlənmir. Əgər
vəkil şahidlərin köməyi ilə həqiqəti müəyyənləşdirirsə, tarixçi
şahidin şahidliyi ilə (sənədli materialın faktı ilə) şəraitin
şahidliyi arasındakı fərqi müəyyənləşdirir.
Lakin vəkildən fərqli
olaraq, tarixçi istədiyi mənbəni əldə edə bilmir, əldə etdiyi
mənbəyə istədiyi sualı verə bilmir, onun yalnız sələflərinin
gördükləri, etdikləri və qeydə aldıqlarını araşdırmaq imkanı var.
Məhz buna görə də bəzən tarixçilər yaxşı və pis mənbələr, və ya
yaxşı və pis şahidlik ilə işləməli olurlar. Ötən nəsl
nümayəndələrinin görmədiyi və ya görmək istəmədikləri
olduqca mürəkkəb faktlar və məlumatlar müasir dövrümüz üçün
qiymətli informasiya mənbəyi ola bilərdi.
Tarix elmində ən yaxşı şahid şəxsi marağın, saxtalaşdır-
manın, etinasızlığın və siyasi istiqamətlərin mövcud olmadığı
mənbələr sayılır. Bu cəhətdən yazılı mənbələrin hər bir növünün
özünəməxsus üstünlükləri və çatışmayan cəhətləri mövcuddur.
Bütövlükdə isə yazılı mənbələrin həqiqiliyinin, obyektivliyinin
yoxlanılması bir sıra ümumi əməliyyatlardan ibarətdir.
Tarixçinin məhkəmə prosesində çıxış edən vəkillə müqa-
yisə etsək
də əslində tarixçi nə hakim, nə də vəkildir. Tarixçi
keçmişi mühakimə etmir, tarixçi keçmişin mühakiməçisi yox,
onu anlamağa, dərk etməyə çalışan, izah edən alimdir. Müasir
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
65
dövr tarixçiləri içərisində tarixi izah edən, bərpa etməyə çalışan
tədqiqatçıya kifayət qədər skeptik münasibət mövcuddur.
Tarixçi nə qədər yüksək ixtisaslı mütəxəssisdirsə, nə dərəcədə
köməkçi vasitə və üsullardan istifadə etməyi bacarırsa, onun
tarixi bir o qədər obyektiv, düzgün bərpa etmək şansı vardır.
Mənbəni aşkarlayan zaman ilk ortaya çıxan
sual onun ilk
variant, yəni orijinal, orijinalın surəti və ya surətin surəti olması
məsələsinin dəqiqləşdirilməsidir. Bu məsələnin prinsipial
əhəmiyyət kəsb etməsi ilk zamanda onunla izah olunur ki,
mənbələrin orijinaldan fərqli olaraq, surətlərində çox zaman
bilməyərəkdən səhvlər buraxılır. Məhz buna görə tarixçilər çox
zaman mənbənin əsli ilə işləməyə üstünlük verirlər.
Çox zaman mənbələrin surətləri ilə işləyən tədqiqatçıya
surətlərlə orijinal arasında hansı əlaqənin olduğunu müəy-
yənləşdirmək çətin olur. Bunun üçün tədqiqatçılar surətlərin
müqayisəli təhlili metodundan istifadə edirlər. Əgər
surətlər eyni
səhvlərə malikdirlərsə, bu o deməkdir ki, onların bir protoqrafı
və ya “arxitipi” olub. Bu metoddan istifadə edən tədqiqatçılar
bəzən mənbələrin inkişaf şəcərəsini, yəni hansı surətin hansı
surət əsasında yaranmasını əks etdirən prosesi, bərpa edir və
onlar arasında mövcud olan əlaqə
və
vərəsəliyi
müəyyənləşdirirlər.
Mənbələrin surətləri aşkarlanandan sonra tədqiqatçıların
əsas vəzifəsi onların müqayisəli təhlili əsasında orijinala yaxın
olan varinatın aşkarlanmasıdır. Bu proses mənbələrin əslində
mətninin redaktə olunması, buraxılan qrammatik, söz və ya
yerdəyişmə səhvlərinin müəyyən edilməsi ilə həyata keçirilir.
Ş.Məmmədova Tarixin nəzəri problemləri. Mənbəşünaslığa giriş
66
Mənbələrin genezisi
Mənbələrin əsli və surətləri müəyyən edildikdən sonra
tədqiqatçı yenidən mənbənin kim tərəfindən və nə zaman
yaradılması sualları üzərinə qayıdır. Lakin xarici tənqiddən
fərqli olaraq, tarixçini bu mərhələdə müəllifin adı və mənbənin
hansı ildə yaradılması deyil, müəllifin kimliyi, yəni sosial
statusu, kimin təsiri və rəhbərliyi altında və hansı tarixi məkan
və şərait çərçivəsində fəaliyyət göstərməsi maraqlandırır.
Çox zaman mənbələrdə bu haqda birbaşa informasiya əks
olunur. Lakin tədqiqatçı heç bir zaman bu məlumatı rəhbər
tutaraq, nəticə çıxarmamalıdır. Çünki mənbənin yaradıcısı əksər
halda bu haqda yanlış məlumat verir. Buna görə də tədqiqatçı ilk
növbədə mənbə yaradıcısının verdiyi səhv məlumatın məqsədini
araşdırmağa çalışır. Tədqiqatçı müəyyənləşdirməlidir ki,
mənbənin yaradılma məqsədində hər hansı konkret şəxsə və ya
rəsmi dövlət institutuna istinad edən müəllif bunu hansı
məqsədlə edir. Digər tərəfdən mənbələrin bu mərhələdə tədqiqi
zamanı tarixçi həmçinin mənbə yaradıcısının
onun eyni
zamanda intellektual müəllif olması məsələsinə də aydınlıq
gətirməlidir. Mənbənin təqdim olunma üslubu, yazılma forması
və məzmunu arasında hansı əlaqənin mövcud olmasını
müəyyənləşdirmək də məhz bu mərhələdə həyata keçirilir.
Maraqlı da olsa, qədim dövr və orta əsr mənbələrinin bu cür
təhlili o qədər də ciddi problemlər yaratmır, lakin eyni sözləri
yeni və müasir dövr mənbələri üçün söyləmək çətindir. Bundan
başqa müəyyən tip mənbələr mövcuddur ki, onların genezisinin
müəyyənləşdirilməsi olduqca çətindir. Məs., dövlət