Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

 
 
70 
başqa kim?! Bunu kim edə bilərdi? Atam yox, anam yox, 
əmilərim yox, bibimdən xəbərim yox. Dayılarım isə 
Naxçıvanda, onların da başına nə  gəlib bilmirəm. Bəlkə, elə 
oranı da alıblar. Axı, ermənilərin  çoxdankı arzusu idi, 
Naxçıvanı  böyük Ermənistana qatmaq. Lap belə sağ qalsa 
idilər, nə edə bilərdilər axı. Yenə  düşüncələrim Ramilin 
üstündə durdu. O bir kişi idi, əsl qəhrəman olacaq kişi. Mənim 
üçünsə  hər  şey etməyə qadir idi. Ramilin mənim yaşadığımı 
eşidəcəyi mənə yaşamaq eşqi bəxş etdi... Amma... Gülcahanın 
itirilməsi qorxusu... Bu lap dəhşət idi... 
Həmin an sanki bir neçə saat ərzində baş verənlərin hamısı 
yadımdan çıxmışdı. İndi yalnız Gülcahanın məndən ayrılması 
əsəblərimi tarıma  çəkmiş, ruhumu yerindən oynatmışdı. 
Kimsə onu məndən ayırmağa cəhd etsə idi, onu dırnaqlarımla 
parça-parça edərdim. Buna gücüm  çatardı,  əminəm ki, 
çatardı. Amma bizi bir-birimizdən elə ayırdılar ki, sadəcə 
səsimə  gücüm  çatdı. Qarnından vurduqları  təpik Gülcahanı 
yerə  sərdi. Mən də onun üzərinə  yıxıldım. Avtomatın 
qundağının başıma dəyməsi məni kənara atdı. Bu zərbə ilə 
insan  ölməli idi. Amma mən heç  özümdən də getmədim. 
Sadəcə, əllərim boşaldı.  
Saçımdan tutub qaldıran erməninin məni sürüyərək həmin 
zirzəmiyə aparması ilə Gülcahandan ayrıldım. Gülcahan dədə-
baba torpağını qucaqlayıb, mənə baxırdı. Mən  çırpınır, bizi 
bir yerdə saxlamaları üçün qışqırırdım. Gözlərim Gülcahanda 
qalmışdı. Onu son dəfə  gördüyümü  düşünürdüm. Bu ayrılıq 
ananın balasından ayrılmasına bənzəyirdi. Axı  həyatda mənə 
yaxın olan yeganə adam idi bacım. Həm də o, uşaq idi. Zəif 
idi, iradəsi formalaşmamışdı. Ona ağlayacaq anası, atası belə 
yox idi. Gülcahanın mənə  tərəf qaçmaq istəməsi ilə  ağzından 
vurulan təpik onu yerə  sərdi. Mənim gördüyüm elə bu oldu. 


 
 
71 
Gülcahanın  üzünü al qan içində bir neçə il xatırlayacaq, onu 
görmək üçün, yaşatmaq üçün nələrə razı olacaqdım...  
Nənəm həmişə deyərdi ki, insanı ümidlər yaşadır. O zaman 
ki,  ümidlər  öldü, demək, insan da öldü. Mənisə  həmişə  ən 
bitkin  ümid belə yaşadırdı, izi ilə getməyə  məcbur edirdi. O 
ümid ki, xəyanətə qədər məni sürükləyəcəkdi. Ruhuma, elimə, 
Ramilimə belə  xəyanət etdirə biləcək bu ümid qarşısında 
nədənsə həmişə aciz olmuşam. O da bu acizlikdən vəhşicəsinə 
yararlanacaq, ruhumu soracaqdı...   
 
 
 
 


 
 
72 
 
 
 
 
 
 
 
 
9. Heç kim unudulmur!.. 
    
– Ata, sən heç erməni öldürmüsən? - əlində tutduğu kitabla öz 
otağından  çıxan on bir yaşlı Aytəkin Ramilin oturduğu 
kresloya yaxınlaşdı. 
– Aytəkin! Sənə deməmişəm atanı yorma?! Görmürsən o 
istirahət edir?! – bu dəfə Nərminə dilləndi. 
Ramil qızını  çox istəyirdi. Elə  həyat yoldaşı  Nərminə  də 
yeganə  övladları olan Aytəkini dəymə-düşər edib ərköyün 
böyütmüşdü. İndi necə oldusa hər ikisi hiss etdi ki, Aytəkin bu 
sözdən inciyib yenidən  öz otağına tərəf qayıtdı. Ramil 
oturduğu yerdən qalxıb həyat yoldaşına məzəmmətedici 
baxışla nəzər salıb yanından keçərək qızının ardınca otağa 
tərəf getdi. 
– Mənim Aytəkinim yenə  də  küsdü?! – otağa girən Ramil 
həmişəkindən daha artıq nəvazişlə  qızına səsləndi. O həmişə 
öz sevimli qızını “Aytəkinim” deyə çağırırdı. Öz çarpayısında 
üzü divara uzanmış  qız atasının bu sözünə cavab vermədi. 
Əslində onun bu susqunluğunun  özündə  də  həmişəki kimi 
uşaq  şıltaqlığından doğan  şirin bir “hə, mən sizdən 
küsmüşəm” cavabı gizlənirdi.  Əbəs yerə deməyiblər ki, 
“susmaq razılıq  əlamətidir”. Yəqin ki, Aytəkin də bu çox 
işlənilən atalar sözünü  eşitmişdi.  Çünki  öz yaşıdları arasında 
həmişə  dünya görüşü ilə  fərqlənməyi bacarırdı. Oxuduğu 


 
 
73 
sinifdə iki əlaçıdan biri idi. Ona bu ildən dərs deməyə 
başlayan Gülər müəllimə artıq onu bir-neçə  dəfə  tərifləmişdi 
də.  Əsas da bu idi ki, Aytəkin  özü  də  Gülər müəlliməni  çox 
sevir, onun “Ata yurdu” dərsində keçdiklərini hamıdan yaxşı 
öyrənməyə  çalışırdı. Beşinci sinifdə oxumasına baxmayaraq, 
onun bu gedişlə atası kimi tarixçi olacağını  düşünmək səhv 
olmazdı. 
 
 
– Qızım atasından da küsüb?! – Ramil növbəti dəfə onun 
könlünü almağa  çalışdı. Amma yalnız indi əlini Aytəkinin 
yanağına çəkəndə onun ağladığını hiss etdi. Qızını özünə tərəf 
çəkib bağrına basdı. Sanki bütün dünya onun olurdu övladını 
belə əzizləyəndə. 
– Gözəl balam, adam da heç  hər kiçik səbəbə  görə  ağlayar?! 
Bax, anan da səni çox istəyir. Doğrudur, bayaq xətrinə dəydi. 
Amma indi mətbəxdə bizim üçün  çay dəmləyir. Bir azdan 
ikimizi də  şokoladla  çaya dəvət edib səninlə barışacaq. Sən 


 
 
74 
mənim ağıllı Aytəkinimsən, adam belə  şeyə  görə  ağlamaz, 
qızım. 
Bayaqdan sakit-sakit ağlayan qız indi necə oldusa, daha 
yüksək səslə  hönkürtü vurmağa başladı. Hətta anası da onun 
bu səsini eşidib otağa gəldi. 
– Mən anama görə  ağlamıram, buna görə  ağlayıram – qız 
bunu deyib yastığının altına qoyduğu “Ata yurdu” kitabını 
çıxardı. Kitabın arasında hansısa köhnə bir qəzet də  nəzərə 
çarpırdı. 
Ramil kitabı açıb arasındakı qəzetə baxdı. Elə Nərminə də 
bütün diqqəti ilə orada nələrin yazıldığını anlamağa  çalışırdı. 
Sən demə, sabah Aytəkingilin məktəbində Xocalı faciəsi ilə 
bağlı  tədbir olacaqmış. Buna görə  də  Gülər müəllimə sinfin 
əlaçı  şagirdi olduğu  üçün ona kitabdan əlavə digər qəzet 
materialları da verib. Ramil qəzetdə olanlara, sonra isə qızının 
əlində olan kitabdakı Xocalı haqqındakı hekayəyə nəzər salıb 
məsələni anlamağa çalışdı. Qəzetin solğun səhifələrində insan 
qanını damarında donduracaq fotoşəkillər gözə  dəyirdi. Bu 
şəkillər həmin qarlı  qış gecəsinin  ürəkağrıdan səhnələrinə 
şahidlik edirdi. Ağ-qara rəngdə verilmiş fotolara diqqətlə 
baxdıqca insan özü özündən ayrılır, sanki şəkillər dönüb rəngli 
olurdu. Hətta oradakı qan izlərini, bir az sonra qanın rəngini 
də  görmək mümkün olurdu. Ölümlə azadlığın həsrətli 
çarpışmasının  təcəssümü olan bu şəkillər faciə qurbanlarının 
ah-nalələrini insana çatdırırdı... 
– Bunları Gülər müəllimə verib, – qız indi özünə gəlib gözünün 
yaşını silə-silə izah etməyə çalışdı. Dedi ki, sabaha hazırlayım. 
Sabah tədbiri mənim aparmağımı istəyib. Mən heç vaxt 
ermənilərin belə pis olduqlarını bilməzdim. Qız bunu deyib 
qəzetdəki  şəkilləri göstərdi. Qəzetin digər səhifəsində erməni 
vandalizmini əks etdirən bir-neçə iri fotoşəkil yer almışdı. Belə 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə