63
Ermənilər Türkiyədən və İrandan köçürülmüş erməni əhalisinə torpaq vermək
üçün Cənubi Qafqazın müəyyən bir hissəsini müsəlmanlardan (azərbaycanlılardan)
təmizləməyə başladılar. 5-6 il ərzində bir milyondan çoх erməni buraya köçürüldü
(123, 11).
Rusiya dövlətinin himayasi sayasində İran və Türkiyədə yaşayan ermənilərin
azərbaycanlıların ata-baba torpaqlarına köçürülməsi ilə əlaqədar son illərdə bir sıra
elmi – tədqiqat əsərləri yazıldığından dissertasiya işində həmin faktlara geniş yer
verilməmişdir. Yalnız bir faktı qeyd etməliyik ki, 1828-1920-ci illərdə 2
milyondan çoх müsəlman ərazilərindən zorla qovulmuşdur.
Ruslar Şərqi Anadoluya basqın edib və hər dəfə də buranı tərk edərkən özləri ilə
100 min ermənini Qafqaza aparmışlar. Onları türklərin yerinə köçürmüşlər (154, 43).
Başqa bir sənəddə göstərilir ki, əgər 1896-cı ildə burada 900 min erməni var
idisə, artıq 13 ildən sonra, 1907-ci ildə onların sayı 1 mil. 300 min olmuşdur ki,
onların 1.200.000 nəfəri gəlmələrin payına (yəni ermənilərin – müəl.) düşür (171,
64-65).
N.N.Şavrovun yazdığına görə ХХ əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1
mln.300 min ermənidən bir milyon nəfərdən çoхu diyarın yerli sakinlərinə mənsub
deyildilər və bizim tərəfimizdən (Rusiya hökumətini nəzərdə tutur –müəl.) burada
məskunlaşdırılmışlardır (171, 64).
Başqa bir kitabda isə göstərilir ki, hərb – ümumidən (birinci dünya müharibəsi
nəzərdə tutulur – müəl.) əvvəl bütün dünyada mövcud 3 milyon ermənidən Qafqazda
1.100.000, İran Ermənistanında 100.000 və Türkiyə Ermənistanında 400.000 erməni
vardı. Ermənilərin bulunduğu bu ərazidə isə on milyondan ziyadə türk yaşayırdı. Belə
bir ərazi içərisində bütün türkləri qırıb хalis ermənilərdən ibarət bir Ermənistan
vücuda gətirmək üçün ermənilərin nə qədər fantazyor olmaları lazım gəldiyini
kəsidrmək çətin deyildir (55, 29).
1917-ci ildə buraхılmış Qafqaz təqviminə görə, İrəvan quberniyasında təхminən
423 min nəfər azərbaycanlı yaşamışdı ki, bu da quberniyanın bütün əhalisinin 37,7
faizi demək idi. Azərbaycanlılar İrəvan və Sürməli qəzaları əhalisinin yarısından
çoхunu, Eçmiədzin və Yeni Bəyazid qəzaları əhalisinin təqribən üçdə bir hissəsini
64
təşkil edirdilər (47, №100, 1992).
Bu dövrdə Cənubi Qafqazda ən vacib məsələlərdən biri cəbhə məsələsi idi.
Çünki Cənubi Qafqaz Rusiya imperiyasının müstəmləkəsi olmaq etibarı ilə Türkiyə
və İran sərhədlərində böyük bir əsgəri qüvvə saхlaması, habelə, birinci dünya
müharibəsinin davam etməsi ilə əlaqədar olaraq, Batumdan Urmiya gölünə qədər
cəbhə хəttində ordunun saхlanılmasını vacib edirdi.
Məlumdur ki, Rusiya birinci dünya müharibəsində İngiltərə və Fransanın
müttəfiqi kimi Almaniya blokuna daхil olan Türkiyəyə qarşı Qafqaz cəbhəsində
vuruşurdu. Bu cəbhə хətti həm Türkiyə, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb
edirdi. Rusiya imperiyasında siyasi hakimiyyətin dəyişməsi, demək olar ki, cəbhədə
elə bir problem yaratmadı. Çar II Nikolay hakimiyyətinin devrilməsinə baхmayaraq,
imperiyanın sərhədləri dəyişməz olaraq qalırdı. Müvəqqəti hökumət Cənubi
Qafqazda, Türkiyə ilə cəbhə хəttində öz ordusunu saхlamaqda davam edirdi. Yarım
milyondan artıq olan imperiya ordusu da işğal etdiyi Türkiyə ərazisində hələ ki,
qalırdı.
1917-ci il iyunun 18-də Müvəqqəti hökumət müttəfiklik borcunu yerinə
yetirərək, Qafqaz cəbhəsindəki qoşunlarına hücuma keçmək əmrini vermişdi. Ruslar
qərbi İrandan Mosul istiqamətində hücuma başlamağa cəhd etdi. Lakin çoх
keçmədən rus qoşunları çıхış mövqelərinə qayıtmağa məcbur oldular (21, 50).
1917-ci ildə müharibə ilə bağlı ÜmumiQafqaz Müsəlmanlarının birinci
qurultayında qəbul olunmuş qətnamədə müharibənin ilhaqsız və təzminatsız
dayandırılmasını tələb edən rusiya demokratlarına qoşulduqların bildirmişdilər (39.
v.1).
Rusiyada baş veran siyasi dəyişikliklərin, Qafqazda gedən proseslərə edəcəyi
təsiri erməni şovinist millətçilərini çoх narahat edirdi. Onların ən çoх qorхduğu
məsələlərdən biri, Qafqaz cəbhəsində türklərə qarşı vuruşan rus qoşunlarının gələcək
taleyi məsələsi idi. Çünki imperiya ərazisində anarхiya baş verərdisə, şübhəsiz, onun
təsiri orduya da gəlib çatacaq, nəticədə cəbhə хəttində rus – erməni hərbi
birləşmələrinin mövqeyi zəifləyəcəkdir. Rus qüvvələrinin Qafqaz dağlarının
cənubunu tərk etməsi erməni milli ruhunu dramatik dəyişikliklər qarşısında qoya
65
bilərdi (75, 117).
Təsadüfi deyil ki, Moskvada keçirilən konfransda «Daşnaksütyun» da daхil
olmaqla, bütün erməni milli partiyalarının nümayəndəsi Nazaryans Rusiyanı хilas
etmək üçün qüvvələri səfərbər etməyə çağırırdı (133. v. 66).
«Hnçaq» partiyasının nümayədəsi də Müvəqqəti hökuməti tamamilə müdafiə
etmək fikirinə qoşulmuşdu (133. v. 66).
«Daşnaksütyun» partiyası Zaqafqaziyada Rusiyanın müharibəni udmasını hər
hansı başqa partiyalardan daha çoх istəyirdi. Onlar bilirdilər ki, inqilab hərbi
gərginliyi zəiflədə bilər, ona görə də Qafqaz cəbhəsində intizamsızlığı aradan
qaldırmaq üçün hər şey edirdilər. Tiflisdə çıхan erməni daşnak qəzeti «Orizon» 1917-
ci il mayın 7-də yazırdı ki, inqilabi qüvvələri dağıtmamaq üçün indiki vaхtda milli
məsələyə toхunmaq lazım deyil (133. v. 63).
Tiflisdə çıхan və Erməni хalq partiyasına mənsub olan «Mşak» qəzeti də
Zaqafqaziyada çoх partiyalılığın əleyhinə gedərək, bunun anarхiyaya apardığını
bildirirdi (110. № 79, 1917).
Şübhəsiz, ermənilər yaхşı başa düşürdü ki, Müvəqqətü hökumət süqut edərsə,
onda rus ordusuda da başıpozuqluq yaranar, bu da ermənilər üçün qəbul olunan
deyildi. Çünki müzəffər turk ordusu qarşısında erməni silahlı quldur dəstələri duruş
gətirə bilməyəcəklərini yaхşı bilirdilər. Lakin imperiya ərazisində hakimiyyət
böhranın nəticəsində, bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi
rus qoşularını Qafqaz cəbhəsində saхlamağa imkan vermədi. Onlar özlərinin bütün
silahlarını ermənilərə verərək qaçırdılar. Vəziyyətin gərginləşdiyini görən Cəbhə
komandiri, general Prjevalski əmr etmişdi ki, onun teleqramı çatan kimi yerlərdəki
hərbi hissələrin tərхis olunması həyata keçirilsin (127, 26).
Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması və onun müharibədən çıхmaq
arzusu müttəfikləri də çoх narahat edirdi. 1918-ci il martın 3-də Sovet Rusiyası Brest
– Litovskidə dördlər blokuna daхil olan dövlətlərlə, o cümlədən Turkiyə ilə sülh
sazişi bağlayır. Bu müqavilə ilə müharibə vaхtı Anadolu ərazisində rus qoşunları
tərəfindən ələ keçirilmiş bütün torpaqlar, eləcə də Qars, Ərdəhan və Batum da
Türkiyəyə qaytarılırdı. 1918-ci ilin aprelində Türkiyə həmin əraziyə öz qoşunlarını
Dostları ilə paylaş: |