173
Tarixlərə, tarixi keçidlərə baxdiqda, C. Rumi, Y. Emre, Ö.
Xəyyam, N. Tusi, İ.Nəsimi, H. Cavid və s. öz dövrlərində
dedikləri bütün mə'na və məntiqləri o dövr insanlardan qəbul
etməyənlər, istəməyənlər də, var idi!
Hanı o dahilər, hanı o inkarçı insanlar?
İnkar edənlər, öz müddətinin insanları!
О, dahilərin fikirləri, tarixə, bütün mərhələlərə deyilən fikirləri!
Baxmayaraq ki, əsrlər keçdi, o dahilər fikirlərinə bu gün də, müraciət
edilir! İnkar edənlərin nə adı, nə özü, nə sayı tarixlərdə qaldı!
Xəyanətlər
Xəyanətlərin kateqoriyaları yoxdur, olmur! Xəyanərlər heç
vaxt, özünə haqq qazandırmağa yer saxlamır!
"Xəyanətin" - adlığı yox, özlüyü xəyanət adlı bir - xəyanətdir!
Əbədi həyat, ölümsüzlük alması!
Azərbaycan ərazisində yaşayan çox qədim dövrün insanları,
oturaq həyatları ilə onları əhatə edən aləmə, bir bağlılıqda, bir qayğıda,
təşəkkürlə yanaşırdılar!
Bütün müxtəlif ağaclara, bitki örtüyünə bir qayğı ilə, həssaslıqla
yanaşırdılar.
Ağaclara, bitki örtüyünə, mehribanlıqla, təşəkkürlə
yanaşırdılar!
Bunlara isə, səbəblər var idi!
Ağac, kollardan meyvə dərilməsi də, çox mühüm bir hadisə
hesab olunurdu!
Səhər-səhər meyvə yığmaq, Sübh Günəşinin düşdüyü səmtdən (ağacın
Şərq səmtindən) dərilən meyvələr, əsasən vücudun sağlam olması
anlamı daşıyırdı. Günəşin Zenitdə olan vaxtı ərəfəsində (günorta vaxtı),
dərilən istifaqə olunan meyvə, Bilmək, bilgilərə qovuşmaq elm, anlamı
174
daşıyırdı!
Qürub vaxtı, Günəşin qürub səmtindən dərilən meyvələr,
əhval - ruhiyyənin yüksək olması, axşamı, gecəni rahat keçirmək, rahat
yatmaq, rahatçılıqlar gətirər anlamı daşıyırdı!
Gün düşməyən (Şimal səmtdən), yığılan meyvələr isə, zəka artıran,
namə`lum, gizliləri anlamaq, örtülü olan halları açmaq, onlara
qovuşmaq, yüksəklərə qovuşmaq mə'nalarını daşıdıqlarını bilirdilər!
Meyvələr ağacın, kolun hansı səmtdən dərildiyini meyvənin
dadı ilə, rəngi ilə, böyük-kiçikliyi ilə tə'yin edirdilər!
Dağlıq ərazidən yığılan meyvə ilə, aran meyvəsinin fərqini, meyvənin
rəngindən tə'yin edərdilər!
Qış üçün qurudulacaq meyvələri, ağacın ancaq Cənub
səmtindən dərilən meyvələrdən kölgədə, qurudardılar!
Babalarımız, Azərbaycan ərazisində, qida xatirinə qidalanmadılar!
O qidaların, mə'naları ilə qidalandılar!
Günəşə görə, gün ərzini mərhələlərə bölmüşdülər: Sübh
günəşi, Günorta günəşi, Qürub günəşi, Gecə vaxtı!
Keçən əsrlər ərzində, bir çox halları unuda-unuda, unutdurula-
unutdurula, "yeniliyə" - can atmışıq, keçmiş halları biganəliyimiz,
unutqanlığımız unutdurdu bizə!
Rəvayətlərdə, nağıllarda, əsatirlərdə "dirilik suyu", "əbədi
həyat alması"- adlı bilgilər mövcuddur.
Nağıl janrında Məlik Məmməd, Qaranlıq Dünyadan, Divin qoruduğu
alma ağacından, almanı gətirib, şahın qızına iylətdirdikdən sonra o qız
yuxudan oyandı kimi, nağıllar mövcuddur!
Belə bir deyim də mövcuddur ki, "kim əbədi olan dirilik
almasını dadsa, o əbədi ölümsüzlüyə yüksələr!".
Bu ağaca "Cənnət alması"-da, deyilir!
O ağacın meyvələri İşıqlı, işıq saçan olduğuna görə belə bir ad, verilib!
175
Vücud, bədən...
Dost deyirsən, dost deyirəm!
Vücudumla özümə, dostlar deyirəm!
Vücud, hissələrdən ibarətdir.
Bədən, vücudla dostluq dəyərini saxlamasa, (bədən sənsən,
vücud özünsən) vücud xəstələnəcəkdir.
Niyə, bədən vücudla dostluq "rabitəsini"- itiribdir!
Bu bədən, "vücudi"- dostluğunu incidibdir!
Onda bu insan, xəstələnibdir!
(Demə, xəstəlik ocaqları, belə başlayırmış).
Əbədiyyətim...
Yaşamıram, yaşamaq üçün!
Ölmürəm, ölmək üçün!
Varam, müddətimdə olmaq üçün!
" Varam" - O, Sahibi Mütləq Əbədiyyətinə, İşığa qovuşmaq üçün!
Gəldi insan, getdi insan!
Nə qədər yer üzünə, gəldi insan, nə qədər yer üzündən, getdi
insan?
Hər yer üzünə gələn insan, hər yer üzündən gedən insan, razımı
getdi?
Yer üzünə gələn insan, yer üzündən gedən insan,
Yer üzünə, nələri istədisə, onunla qayıtdı insan, onunla getdi
insan!
176
Xeyirhaxlığına xeyirhaxlıq, bədliyinə bədliklərlə - qayıtdı
insan!
Bu dünyaya sevinc üçün gəldik!
Bəs bu dünyadan niyə kədərlə getdik?
Çünki bu dünyanın dadını, tamını, niyəsini, rəngarəngliyini bilmək
istəmədən getdik!
Sevgi...
Axı, necə bilək ki, sevgi nədir?
Axı, sevməyən nə bilər ki, sevgi nədir!
Sevgi ölməz, sevgi öldürməz, sevgi unudulmaz, sevgi unutmaz!
Biganəlik sevgi deyil, biganəlik sevgi yolunda, yol yoldaşı deyil,
sevgiyə soyuqdur, sevgi! İşığından uzaqdadır, o sevgiyə koranədir!
Sevgi ülvidir, çünki o sevginin zirvəsindədir!
Sevgi hisslədir, sözlədir, quru söz deyil!
Sevgi xəzinə də, deyil, o bir varidatdır!
Tükənməyən, unudulmayan, unutdurmayan, çağıran, səsləyən, oyadan,
biri-birinə bağlayandır sevgi!
Cazibə
Əgər Kainatda, cazibə mövcud olsa idi, bütün küllü kütlələr
(planetlər) yerindən, orbitindən çıxar, onda vakuum, xaos, efir, maqnit,
qara dəliklər qaçıb gizlənməyə yer tapmazdılar!
Kainatın bu qarışıqlıqlarla, sonu olmuş olardı, onda!
Günəş sönər, planetlər parçalanar, Kainatın nizam qanunu da, aciz
olardı, onda!
Belə bir Kainat mexanikası (cazibə) mövcud olmuş olsa idi,
bütün Qalaktikalar bir yerə toplaşar, Kainatın sonu olardı onda!
Dostları ilə paylaş: |