186
Kimlərsə öz düşüncə “dünyalarının”-sonunu arzulamaqdadır!
Hanı o qüvvə, hanı o dağıdıcı – dünyanı dağıda bilən qüvvə?
Onun dağıdıcılıq mexanikasını şərh etməkdə, susurlar!
İnsanlar arasında çox-çox qədim belə bir anlayış mövcud olub,
“planetlərin yenidən düzülüşü”. Günəş heç vaxt yerindən çıxmır,
amma bu şərtlə, yerə İşıqlı yeniliklər gələcək!
Bu fikirlə bağlı müxtəlif rəvayətlər deyilib.
Çox sonralar, ona yeni ad, “Planetlərin paradı”-adı verdilər.
Bu o anlam daşıyırdı ki, Günəş öndə durub, ardınca qalan
planetlər düzülər ki, olan mühüm düzümlər pozulmaz, yer üzünə
fövqəl yeniliklər gələcək.
Günəş öz orbitindən çıxa bilməz, Günəşin orbitindən çıxması
üçün, qalaktika yer dəyişməlidir, bu da mümkünsüzdür ona görə ki,
Kainat boyu bütün hərəkətlər mexanikası dəyişməyəndir!
Hardasan ey insan?
İlkdən, əvvəldən, əzəldən canlılar arasına, fərqli yaradıldı, İnsan
– bəşər...
Niyə?
Ətrafında nə yaradıldısa, insan – adam üçün yaradıldı!
İnsanın Var olması üçün (qida, su, hava, işıq), yaradıldı onlar!
Mə’na nə imiş?
İnsan vücudu yaradıldı belə, qidalanmağa, yeyilməyə yararsız
yaradıldı belə!
İnsan insanı, Yeməsin –Yeyilməsin, məhv etməsin!
O vücudlar, qidalanmaya yararsız, tullantısı da (təbii ehtiyac)
yararsız oldu belə!
Yer üzündəykən, insan sevsin, sevinsin Kainat işığının artmasına
köməkçi olsun! Əbədiyyətinə işıqla qayıtsın, Əbədi İşıqda, Əbədi
olsun!
Özünü tanı ey insan, sən Kainat - əşrəfindənsən!
Kainatlardan yenib gəlmisən, Kainata dönüb, qayıdacaqsan!
187
Yer aləmi müddətindir! Yer aləmində müddətdəsən!
Ətrafında bütün olanlar sənin var olmağın üçün – onları tanımağın
üçün, Var edilibdir!
Ora mühitdir, ətrafındakılar Mühitindir!
O, Mühitdəsən!
Sən onlar kimi nə yeyilən, nə yeyilərsən!
Əşrəf, deyilən İnsan, İşıqdansan, İşıqlasan!
Əgər ki, o ilkin, əzəl babam yenməsəydi bu yerə, bu yer
aləminə, mən də, bir törəmə kimi, nə işim var idi bu yerdə, bu yer
aləmində?
Havva nənəmiz də, onun kimi?
Nə istəyirik...
Nə istəyiriksə, Dünyadan istəyirik!
“Yaratmısan, Yaşat”- deyirik!
Heç düşünmək istəmirik, Dünya bəşəriyyətdən Nəyi və Nələri
isə, istəyə bilər?!
Bəlkə də, İstəyir...!
Bəlkə də, bə'zən biz qulaq ardına vururuq!
Bəlaları, faciələri, əziyyətləri yenə də, "Ordan" - deyib, bilirik!
Bəlkə də, nələri istəmişiksə elə onları da, yaşayırıq!
Baxsa bəşər...
Kaş ki, bəşəriyyət qalxardı Kainata, Kainatdan baxardı yer
üzünə!
Onda görərdi ki, nələri edib bu yer Üzünə!
Tanrı Gözü ilə baxmayaydı yer üzünə, öz baxışı ilə baxardı
yer üzünə!
Onda görərdi, nələri edib bəşər, bu yer Üzünə!
188
Qalaktikalar
Deyilən Qalaktikalar, Oval (ellipsoid) daxilində yerləşir.
Bu cəm qalaktikalar birliyinə, ümumiləşmiş Kainat deyirik!
Ovalı həndəsi quruluşu dörd bərabərliyə böləndə, bizim Günəş
sistemi ikinci yarus, ikinci bölmə, ikinci "mərtəbədə"- yerləşir.
Amma Ovalın bu "üzü" - altı qatdan bölünüb.
Yay fəsli
Ay Yer kürəsi, ay Yer kürəsinin Nüvəsi, bu yay ərəfəsi nə
yaxşı ərəfədir!
Bu yay ərəfəsində, bütün bitkilərin, məhsulların hasilə gələn ərəfəsidir!
Necə gözəlliklər ərəfəsidir!
Ay Yer kürəsi, ay Yer kürəsinin Nüvəsi, Kainata pışılda, de
bizlərin adından, ərəfə vaxtıdır, bitkilərin, havanın, su ilə, hasilə gələn
vaxtıdır!
Arzularımızın, İstəklərimizin də, bu ərəfədə hasilə gələn vaxtı
olsun, deyib də, pıçılda!
"O"- bizi Eşidir - amma bu ərəfədə, necə nəticələri hasilə Gətirirsə,
Arzularımızın da, hasilə gəlmə ərəfəsinin başlanğıcı olsun - deyib
pıçılda!
Ay Yer kürəsi, Yer üzü - hasillərə gəlmə ərəfəsidir, nağıl
demədik, nağıl istəmədik, Sizlərlə birlikdə, olmaq istədik!
Xoş istək, nağıl olmaz ay Vahid!
Şüşə, İşıq...
Hərdən Aləmə baxıram, hərdən Aləmlərə baxıram, hərdən
dönüb ətrafa baxıram!
Nəsə axtarıb, nəsə bilmək istəyirəm!
İstəmirəm hərdən, otağa daxil olmuş bal arısına bənzəyim.
O, şəffaf şüşədən keçmək üçün, fədakarlıqla çalışır.
Öndə İşıq var, o arı O İşığa bir də, qovuşmağa çalışır,
Onu karıx salan, arada qalan şəffaf şüşədir!
Karıx salan da, zahirdə görünməyən amma mane olan da o şüşədir!
189
Yanında pəncərə tağı açıqdır, bir də O İşığa qovuşmağa daha
maneə yoxdur. Amma o bal arısı fədakarlıqla işığa bir də, qovuşmağa
çalışır.
Balaca düşünsə, geriyə uçub baxsa, O işığa qovuşmaq yolu,
yaxındadır!
Düşündüm, düşündüm bir də düşünmək istədim!
Bütün hallar, düşüncə ilə deyilmi?
İtirməsin insan düşüncəni, itirməsin insan müqayisəni!
Düşüncəmi, düşüncələrimi, azad istəyirəm! Hədləri, sərhədləri,
çərçivələri, xətləri aşmaq istəmirəm!
Düşüncələrimin sərhədliyini istəyirəm!
Azad et, azad olum! Zahirdə görə bilmədiyim o maneə
"şüşəsindən"- azad et, O, İşığıma azad qovuşum.
Əzmə məni, əzmə düşüncəmi, İşıqla özüm arasında kiminsə
görünməyən amma o məqsədli "şüşəsi"-arxasında qoyma məni!
Gözləyər...
Nələri məhv etməyə, çalışmadı o bəşəriyyət, bu
bəşəriyyət!
Nə Tanrı, nə də yer üzü, bezmədi, dayanmadı!
Bəşəriyyətin - Ali bəşər olacağını gözlədilər!
İstəklərimiz
Yer kürəmiz yaxından gördüyümüz kimi görünür,
Qalaktikadan başqa cür görünür. Meqaqalaktikadan isə, tamamilə,
başqa görkəmdə görünür!
İşıq Qalaktikasından isə, tamamilə, Mikrondan da, çox kiçik
görünür!
İndi baxaq bir hala, o səbəbdən ki, nə istəyiriksə Kainatdan, Kainat
Sahibindən istəyirik!
Dostları ilə paylaş: |