Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   49   50   51   52   53   54   55   56   57

186 
 
Kimlərsə öz düşüncə “dünyalarının”-sonunu arzulamaqdadır! 
Hanı o qüvvə, hanı o dağıdıcı – dünyanı dağıda bilən qüvvə? 
Onun dağıdıcılıq mexanikasını şərh etməkdə, susurlar! 
            İnsanlar arasında çox-çox qədim belə bir anlayış mövcud olub, 
“planetlərin yenidən düzülüşü”. Günəş  heç  vaxt yerindən çıxmır, 
amma bu şərtlə,  yerə İşıqlı yeniliklər gələcək! 
Bu  fikirlə  bağlı müxtəlif rəvayətlər deyilib. 
              Çox sonralar, ona yeni ad, “Planetlərin paradı”-adı verdilər. 
Bu o anlam daşıyırdı ki, Günəş öndə durub, ardınca qalan 
planetlər düzülər ki, olan mühüm düzümlər  pozulmaz,  yer üzünə 
fövqəl yeniliklər gələcək. 
            Günəş öz orbitindən çıxa bilməz, Günəşin orbitindən çıxması 
üçün, qalaktika yer dəyişməlidir, bu da  mümkünsüzdür  ona görə ki, 
Kainat boyu bütün hərəkətlər mexanikası dəyişməyəndir! 
 
Hardasan ey insan? 
İlkdən, əvvəldən, əzəldən canlılar arasına, fərqli yaradıldı, İnsan 
– bəşər... 
             Niyə? 
             Ətrafında  nə  yaradıldısa, insan – adam üçün yaradıldı! 
İnsanın Var olması üçün (qida, su, hava, işıq), yaradıldı onlar! 
             Mə’na nə imiş? 
İnsan  vücudu  yaradıldı belə, qidalanmağa, yeyilməyə yararsız  
yaradıldı  belə!  
              İnsan insanı, Yeməsin –Yeyilməsin, məhv etməsin! 
              O vücudlar, qidalanmaya yararsız, tullantısı da (təbii ehtiyac) 
yararsız oldu belə! 
Yer  üzündəykən,  insan sevsin, sevinsin Kainat işığının artmasına 
köməkçi olsun! Əbədiyyətinə işıqla qayıtsın,  Əbədi İşıqda,  Əbədi 
olsun! 
               Özünü tanı ey insan, sən Kainat - əşrəfindənsən!  
Kainatlardan yenib gəlmisən, Kainata dönüb, qayıdacaqsan! 


187 
 
               Yer  aləmi müddətindir! Yer  aləmində  müddətdəsən! 
Ətrafında bütün olanlar sənin var olmağın  üçün – onları tanımağın 
üçün, Var edilibdir! 
               Ora  mühitdir,  ətrafındakılar  Mühitindir! 
O, Mühitdəsən! 
Sən onlar kimi nə  yeyilən,  nə yeyilərsən! 
Əşrəf, deyilən İnsan, İşıqdansan,  İşıqlasan! 
              Əgər ki, o ilkin, əzəl babam yenməsəydi bu yerə, bu yer 
aləminə, mən də, bir törəmə kimi, nə işim var  idi  bu  yerdə,  bu  yer 
aləmində? 
Havva nənəmiz də, onun kimi? 
Nə istəyirik... 
            Nə istəyiriksə, Dünyadan istəyirik! 
“Yaratmısan, Yaşat”- deyirik! 
           Heç  düşünmək  istəmirik, Dünya  bəşəriyyətdən  Nəyi və Nələri 
isə, istəyə bilər?! 
Bəlkə də, İstəyir...! 
            Bəlkə də, bə'zən biz qulaq ardına vururuq! 
Bəlaları, faciələri, əziyyətləri yenə də, "Ordan" - deyib, bilirik! 
            Bəlkə də,  nələri istəmişiksə elə  onları da,  yaşayırıq! 
 
Baxsa bəşər... 
          Kaş  ki,  bəşəriyyət  qalxardı  Kainata,  Kainatdan  baxardı  yer  
üzünə! 
Onda  görərdi  ki,  nələri  edib  bu  yer  Üzünə! 
          Tanrı  Gözü  ilə  baxmayaydı  yer  üzünə,  öz  baxışı  ilə  baxardı 
yer üzünə! 
Onda  görərdi,  nələri  edib  bəşər,  bu  yer  Üzünə! 
 
 


188 
 
Qalaktikalar 
         Deyilən  Qalaktikalar, Oval (ellipsoid) daxilində yerləşir. 
Bu cəm qalaktikalar birliyinə, ümumiləşmiş Kainat deyirik! 
         Ovalı  həndəsi  quruluşu dörd  bərabərliyə  böləndə, bizim Günəş 
sistemi ikinci yarus, ikinci bölmə, ikinci "mərtəbədə"- yerləşir. 
         Amma Ovalın bu "üzü" - altı qatdan  bölünüb. 
Yay fəsli 
              Ay  Yer  kürəsi, ay  Yer kürəsinin Nüvəsi, bu yay ərəfəsi nə 
yaxşı ərəfədir! 
Bu yay ərəfəsində, bütün bitkilərin, məhsulların hasilə gələn  ərəfəsidir! 
Necə gözəlliklər ərəfəsidir! 
              Ay  Yer  kürəsi, ay  Yer kürəsinin Nüvəsi, Kainata pışılda, de  
bizlərin adından, ərəfə vaxtıdır, bitkilərin, havanın, su ilə, hasilə gələn 
vaxtıdır! 
             Arzularımızın, İstəklərimizin də,  bu ərəfədə  hasilə gələn vaxtı 
olsun, deyib də, pıçılda! 
"O"- bizi Eşidir - amma bu ərəfədə, necə nəticələri hasilə Gətirirsə, 
Arzularımızın da, hasilə gəlmə ərəfəsinin başlanğıcı olsun - deyib 
pıçılda! 
              Ay  Yer kürəsi, Yer üzü - hasillərə gəlmə ərəfəsidir, nağıl 
demədik, nağıl istəmədik, Sizlərlə birlikdə, olmaq istədik! 
Xoş  istək, nağıl olmaz  ay  Vahid! 
Şüşə, İşıq... 
             Hərdən  Aləmə  baxıram, hərdən Aləmlərə baxıram, hərdən  
dönüb  ətrafa  baxıram! 
Nəsə  axtarıb, nəsə  bilmək  istəyirəm! 
İstəmirəm hərdən, otağa daxil olmuş bal arısına bənzəyim. 
             O, şəffaf  şüşədən  keçmək  üçün, fədakarlıqla  çalışır. 
Öndə İşıq  var, o  arı  O  İşığa  bir  də,  qovuşmağa çalışır,  
Onu  karıx  salan, arada  qalan şəffaf  şüşədir!  
Karıx  salan da, zahirdə  görünməyən amma mane  olan  da  o  şüşədir! 


189 
 
               Yanında pəncərə tağı açıqdır, bir də O  İşığa  qovuşmağa  daha  
maneə  yoxdur. Amma o bal arısı fədakarlıqla işığa bir də,  qovuşmağa 
çalışır. 
              Balaca düşünsə, geriyə uçub baxsa, O işığa qovuşmaq yolu, 
yaxındadır! 
Düşündüm, düşündüm bir də düşünmək istədim! 
Bütün hallar,  düşüncə ilə deyilmi? 
İtirməsin insan düşüncəni, itirməsin insan müqayisəni! 
          Düşüncəmi, düşüncələrimi, azad istəyirəm! Hədləri, sərhədləri, 
çərçivələri, xətləri aşmaq istəmirəm!  
Düşüncələrimin sərhədliyini istəyirəm! 
           Azad et, azad olum! Zahirdə görə bilmədiyim o maneə 
"şüşəsindən"- azad et, O,  İşığıma azad qovuşum. 
Əzmə məni, əzmə düşüncəmi, İşıqla özüm arasında kiminsə 
görünməyən amma o məqsədli "şüşəsi"-arxasında qoyma məni! 
 
Gözləyər... 
                Nələri  məhv etməyə, çalışmadı  o  bəşəriyyət,  bu  
bəşəriyyət! 
Nə  Tanrı,  nə  də  yer  üzü,  bezmədi,  dayanmadı! 
                Bəşəriyyətin - Ali bəşər olacağını gözlədilər! 
 
İstəklərimiz 
              Yer  kürəmiz yaxından gördüyümüz kimi görünür, 
Qalaktikadan başqa cür görünür. Meqaqalaktikadan  isə, tamamilə, 
başqa  görkəmdə görünür! 
              İşıq  Qalaktikasından  isə, tamamilə, Mikrondan da,  çox  kiçik  
görünür! 
İndi baxaq bir hala, o səbəbdən ki, nə istəyiriksə Kainatdan, Kainat 
Sahibindən istəyirik! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə