Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   49   50   51   52   53   54   55   56   57

190 
 
              Məsafələrə görə, həddindən artıq uzaq bir, məsafə alınır!  
Səslə çağırsaq əgər, heç səsimiz də, Oraya yetişib, çatmır! 
Amma istəklərimiz, düşüncə tezliyinə çevrilərək O, Kainat Sahibinə 
anilikdə çatır! 
              Deməli, düşüncə və istəklərimizlə çox diqqətli olmaq 
məcburiyyətindəyik! 
İstəklərimiz, arzuladıqlarımız, Dualarımız  Anda  Oraya  çatar!  
Düşüncənin sür`ət gücü,  vaxta - zamana sığmadığından, Anda  Oraya  
çatır! 
             Belə olmasa idi əgər, ha çağır, milyon ildən sonra  Orada 
eşidilən - olacaqsa əgər, onda Onun, nə köməyi dəyəcək? 
Onda özümüzü yormağımızın da,  nə mə'nası var? 
             Necə  dəqiq   Düşünüb,  Qurub "O" - ki,  heç  bir  varlıq  
Nəzərdən  uzaqda  Qalmasın! 
 
                                  Toplanar 
            Necə  yaxşı, çox  yaxşıdır  bu  yer  həyatının  Anları! 
Hər an, bir yenilik, hər yenilik isə bir andadır! 
Toplana - toplana, toplanar! 
            Hamısı  ancaq  sənin  toplun,  sənin  topladığın,  səninlə  
toplanmalı  olan! 
Niyə axı, toplamalıyıq o hər anı?  
             Biz  toplamarıq o  anları, Anlar  toplandırar,  O anları! 
Çünki  hər  gördüyümüz  Müddətində,  biz  bir  andayıq! 
             Hər  an yaddaşımızda, hər yaddaş, bir yeni an yaradar, o da, elə 
yaddaşlaşar! 
 
Durğu işarələri 
                 Sual çıxıb ortaya, "müəllim, cümlədə söz, düzgün 
yazılmayıb". 
-hansı söz? 
-burada yazılıb "bəzən". 
-yox, orada yazılmayıb "bəzən"- apastrofla oxunmalıdır, Bə'zən. 


191 
 
-yazanda, apastrof  da  yazın, bilək. 
-yox  dostum,  apastrof  yazılmır, o  işarə olunur. 
-onda işarə edin. 
-nə edək, Şe'r əvəzinə - şeir, şeyir oxunur, Mə'na əvəzinə - məna 
oxunur, Fe'l əvəzinə - feyil, feil oxunur, E'lan əvəzinə - elan oxunur və 
s. və i. 
-nə edək, apastrofu  işlətməyin deyiblər, öz  dilimiz, dilçiliyimiz belə - 
belə, tədricən  hara gedəcək? 
              Hər dəfə qrafikamızı (alfaviti, əlifbamızı, hərfləri) dəyişib, 
başqa qrafikalara keçə-keçə çox böyük  elmi  külliyyatlarımız  bizim 
əlimizdən gedib. 
             Amma heç uzağa da, getməyib, o qrafikasını dəyişməyib, 
saxlayanın adına gedib, onlar bizim külliyyatlarımızdan "öz" – adlarına 
çıxıb onlardan  bəhrələniblər. 
             Öz  qrafikamızı (Gəmiqaya) "kiminsə qrafikasıdır"- deyə-deyə,  
nələrimizdən, kitablarımızdan, elmi külliyyatlarımızdan  kənarda 
qaldıq,  kimlərisə  bəhrələndirdik... 
Uşaqlar 
              Uşaqdan  öz  "boyumuza" - görə  tələb  etməyək. 
Uşağa, öz "boyuna" - görə, anladaq, başa salaq, öyrədək! 
 
Düşüncə 
                Torpağa baxa-baxa, addımlayıb düşünürük, Səmaya baxa - 
baxa, düşünürük, Üfüqə baxa - baxa düşünürük, Arxaya baxa - baxa, 
keçmiş anları düşünürük. 
Bu  aləm  düşüncə, Qayıdacağımız  O, aləm düşüncə! 
                Kainatın dörd bölümü  arasında, elə bir istinad nöqtəsi varmı 
ki, o nöqtədə dayanıb,  heç bir hal haqda, düşünməyəsən? 
Yəqin ki, Kainatın özündə də, "düşünməmək" - üçün, bir istinad 
nöqtəsi, yoxdur belə! 


192 
 
Gəldi-gedər 
          Yer aləminə gələn, getmək istəmir. 
Yer aləmindən gedən, qayıtmaq istəmir! 
Yenə gələcək, yenə gedəcəklər! 
Bu gəliş, qayıdışlar - bir hal ərəfələridir, onlar yəqin ki, 
dəyişilməyəcəklər! 
Düşünən insan 
                Cəngəlliklərin dərinliyində yaşayan insan, qidalanmağa hər 
nə əldə etmiş olsa, ona qane olur! 
Özündən başqa, cəngəllikdən kənarda, başqa bir varlıq olduğundan da, 
xəbəri yoxdur! 
              Axşam tonqal ətrafında rəqs edib sevinir o insan.  
Onu əhatə edən o aləmdə, dərman yox, sü`ni heç bir bitki yox, təbiilik 
arasında, sevinib, "məni əhatə edən bu, aləm içərisində, rahat bir 
insanam!" - deyə, düşünüb, sevinib, şənlənir o insan? 
              Biz  sivil  insanlar  isə, heç düşünmək istəmədik ki, 
babalarımızdan, tonqaldan, istidən, atəşdən, sevincdən başlandı yerdə 
həyat... 
Düşünmə, bilmə, niyə düşünüm, düşünmək mə'nasızdır deyənlərə, bir 
hal var! 
             Düşsə  bir adaya, bilsə ki, kömək gəlməyəcək, kömək yox! 
O  halda  adadan  xilas olmaq üçün yox, sağ qalmaq üçün, nələr 
düşünəcək, adi  halda düşünə bilmədiklərini də, o andan düşünəcəkdir! 
Budur insan, yaşamaq üçün, bilmək üçün, düşünən İnsan! 
               "Dünya- dünya", deyə - deyə gəlmədik! 
Dünya- dünya, deyə - deyə, həsrəti ilə də, getmərik! 
Gəldiyimiz Aləmə, dönər, qayıdarıq! 
Bu gəliş, bu qayıdışları, heç cürə saxlayıb, dayandıra, yubada bilmərik! 
 


193 
 
İnsan və vücudu 
         İnsanın vücud  üzvlərinin iş prinsipləri həm mə'lum, eyni vaxtda 
həm də, namə`lumdur! 
İnsanların özlərinə mə'lumdur ki, (isbat, sübut etməyə ehtiyac yoxdur) 
onlar nəfəs alır, və onları ürək döyüntüləri müşayət edir. 
         Bu iki haldan biri, olmasa insan həyatla vidalaşa bilir. 
İnsan, canlı nəfəs almasa, ölümə məhkum, ürək də, döyünməsə yenə də, 
ölümə məhkum! 
Ürəkmi qanı işlək hala gətirir, yoxsa qan ürəyi işlək hala gətirir?  
          Qan ürəyi işlək edir!  
Bəs nəfəsi hansı səbəbdən, dayanmadan alırıq? 
O nəfəsi işlək edən nədir?  
             İnsan ürəyi bir dəqiqə ərzində, 72-74 dəfə döyünür. İnsan bir 
dəqiqə ərzində orta hesabla 16-18 dəfə  nəfəs  alır! (deməli nəfəs almaq, 
ürək döyüntüsündən, təxminən üç dəfə azdır. Qan tərkibində,  bu 
nisbətdə, hava daşıyıcılığı, mütənasibdir).  
              Yə`qin, sür'ətlə  qaçarkən nəfəs tez-tez alınır ki, qanda hava 
nisbəti eyni vaxtda, temperatur həddi də, qalxmasın, artmasın. Qanda 
plazmatik nisbətlər bərabərliyi pozulmasın deyə, nəfəsi tənzimləyən 
qanın hərəkət sür`ətidir, onun  nizamlamasıdır.  
         Ürəkdən keçən qan miqdarı, nəfəsi nizamlayandır.  
Fauna və flora üçün nəfəs alma mexanizmi müxtəlifdir. 
          Oksigenlə, hava ilə (rəvan) nəfəs almanı, özümüz zorla yerinə 
yetirmirik və "yadımdan çıxar, nəfəs almaram ha" - deyib də, heç 
narahat da, olmuruq. 
         Nəfəs verici (məcburiyyətsiz) mexanizm necə işləyir? 
Məsələ burasındadır ki, suyu, oksigeni Yer kürəsi Nüvəsinin işıq yayma 
sür'ətinə mütənasib olaraq, nizamlayır.  
         Yerin dərin qatlarından yer səthinə qalxan su, sudan ayrılan 
fasiləli oksigen tezliyinə uyğun olaraq, nəfəs alma nizamlanır, alov da, 
o səbəbdən alovlanır!  
          Su - sudan ayrılan hava qatı olmasa idi, heç alov, atəşi də, əldə 
edə bilməzdik. Alovu, ona səpilən su niyə söndürür? Çünki o anda su 
miqdarı buxara çevrilir, alovdakı nəm qədəri, artır. Alovu yandıran 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə