Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   49   50   51   52   53   54   55   56   57

198 
 
                Adi  halda da, insan dərin düşüncədə olduqda, əllərini, 
ovuclarını astaca açır, sonra əllərini fikirli - fikirli biri - biri üzərinə 
qoyur.  
               Bu hal ilk yer insanı dövründən mövcud olan hal yaddaşı olub. 
               Çünki  İlk  İnsan  özü  ilə Kainat arasındakı yaddaş 
"rabitəsini" - qırmırdı.  
              Bu bizə, bütün yer üzü insanlarına bir yaddaş mirasıdır. 
              Bu hal - yerlə, tarixi hadisələrlə, coğrafu ərazilərlə heç bir 
bağlılığı olmayan İnsan - Kainat rabitəsidir. 
              Çox maraqlıdır ona görə ki, bu yer aləmində bir çox 
düşündürücü hallar bütün sahələrdə var. Amma o qədər "boşluqlar" - 
var ki, hamısı sual yaradır, insan əllərini Kainata niyə açır... 
              Cavablar isə yenə də, qalır. 
 
Görkəmimiz 
             Ətrafımız, vücudumuz, baş - yaddaşımız, göz, qulaq, dad, iy, 
hiss və s. bizə yaraşıq üşün - verilməyib!  
Karıxmayaq - özümüzü, ətrafımızı görüb, bilib, dərk edib hiss etmək 
üçün - Bəxş edilib! 
 
Aləmlərin hərəkəti 
               Min illərdir insanlar Yer kürəsini öz düşüncələrinə uyğun 
"görmək" - istəyirlər! 
              Amma  Yer kürəsi və Günəş  nə  hərəkət dinamikasını, nə 
sür'ətini, nə də yerini dəyişdilər! 
Rəvan hərəkəti ilə öz yolunu, davam etdilər! 
 


199 
 
İnsan simaları 
              İnsanlara baxırsan, simalar görünür. 
Eləsi var əzablıdır, eləsi var biganədir, eləsi var düşüncəlidir, eləsi var 
özü üçün yaşayandır, eləsi var yalançıdır, eləsi var aldadandır  və  s.  
               Amma bunlar da, olan simalardır! 
“Dili də qəribə, sözləri də qəribə, baxışı da qəribə” və s. 
Gözlə, sima özünü gizlədə bilməz! 
 
Dostum 
             Əgər ki, özün - özünlə "dost" - deyilsənsə, kənarında - düşməni 
axtarma! 
Bu  yer  həyatı  Onunla  “cırmalaqlaşanı”- çox istəyir!  
(Düşünüb, axtarıb bilənləri, araşdıranları və s.). 
              Bu yer həyatı (yıxılanları, yıxanları, məqsədlə karıxdıranları) 
İstəmir. Düşüncə, bilmək istəyi, ittiham etməyənləri hifz edir. 
 
Həyatın mə`nası 
Həyata  gəldik  ki, bu  həyatı  anlayaq  gedək! 
Həyata  gəlmədik  ki,  bu  həyatı  anlamadan  gedək! 
 
Yaradanımız 
           Yatmaz Yaradanım - Yatmaz, Mürgüləməz! 
Yatarsa Yaradan, yatar cəm Yaranan! 
Kainatlar yatar, sür'ətlər, hərəkətlər, ardıcıllıqlar dayanar, Kainat susar! 
Kainatda xaos başlar, cəm planetlər, Qalaktikalar qarışar - Qaranlıqlar 


200 
 
çökər, qarışıqlıq hökm sürər! 
          Yatmaz Yaradan, Yatmaz Mürgüləməz, Yuxu Görməz! 
          Canlı yatır, mürgüləyir də! 
          Bir  Kainat, bir Kainatla olan bütün hərəkətlər, (sür'ətlər) 
planetlər də, nə yatır, nə mürgüləyir, nə yorulur, nə tükənir, nə bezir, nə 
də ki, dayanır! 
           Çünki,  Bunlara hərəkətləri və nizamı "Verən", -  nə "Yatar" - nə 
də ki, "Mürgüləyər" -  Səbəb budur! 
 
Kəşflər 
             Düzünü axtarmaqdan, nədədirlərdən - başlar, bütün düşüncələr, 
bütün - araşdırmalar! 
Nəticələrə onda gəlinər!  
             Olmayanı, deyilməyəni, aşkarladıqca, tapdıqca - olar Kəşf! 
O kəşflərdən - bütün bəşəriyyət bəhrələnər! 
             O kəşflər üzərindən, yeni fikirlər püxtələşər! 
Budur yer, budur göy, budur kəşf, budur bəşər, belədir bəşər! 
Bunun üçündür bəşər, özü düşünüb, özü tapmalıdır.  
Düşünmək, düşündürmək üçündür, yer üzündə - bəşər! 
 
Mə`nasız yaranmaz bəşər 
               Bütün Elmlərin, Tarixlərin, Müharibələrin, İnancların, 
Düşüncələrin, Araşdırmaların, Bildiklərimizin qarşısında bir bilmək 
marağı dayanar:  
"Əgər ölüm yoxsa, insan ölmürsə - o əbədi olan aləmə qayıtmalısa! Bu 
nə gəliş, nə qayıdışdır?". 
               Kainat - bir gəliş, bir qayıtmaq üçün bəşər yaratmaz, varlıqlar 
yaratmaz, cəza üçün, məhv etmək üçün yaratmaz! 
Nədir gəliş, nədir qayıdış, İnsan nəyə çatmalı, nəyə yüksəlməli, İlkinə 
niyə qayıtmalı, niyə dönməli? 


201 
 
          İnanclar, Kainatla - insan arasında olan tə'limlərkən, insan nəyə 
qovuşmalı, nəyə bir də, yüksəlməli? 
Çox maraqlı və çox düşündürücüdür! 
Yer üzünə milyardlarla insan gəldi və (daha çox) qayıtdı. 
Ola bilməz ki, bəşəriyyət bir müddət, yer üzündə yaşamaq və ölmək 
üçün bu həyatına gəlsin. 
           Bu gəliş - gedişin sözsüz ki, bir mə'nası da, olmalıdır! 
Nədir səbəb, niyədir səbəb?  
Dostlar nədir bu fəlsəfə, nədədir bu fəlsəfə?  
Mə'na olmalıdır!  
Mə'nasız - bu həyat olmaz! 
             Bu yer həyatına gəliş, bu yer həyatından qayıdış, səbəb deyil, 
zəruriyyətdən - zəruriyyətdir!  
Əbədiyyətin - zəruriyyətidir! 
 
Sokrat 
              Sokrat günün - günortasında, əlində fənər, küçə ilə keçirmiş.  
Ondan soruşduqda ki, "bu nə fənərdir  günün-günortasında?".  
Cavab verib ki, "İnsan axtarıram!" 
 
Sokrat deyir 
               Kim ki, nəyi isə araşdırmaq istəyir üslub axtarır. 
Kim ki, heç bir işlə məşqul olmaq istəmir, o bəhanə axtarır. 
 
 
 


202 
 
Gözləməyi bacar 
            Hər hansı bir məvhumu, öyrənib və bilmək üçün, Müddət gərək! 
Müddətə - an gərək!  
            O anı - gözləmək gərək! 
An  çatdıqda - mə'nanı görək! 
              Nə edək,  gözləyək... 
Bu yer aləmi Müddətdə, Anda, Gözləməyi  bacarmaqda, Mə'nalara 
çatmaqda! 
 
Təxəllüslər... 
            Qəribə və düşündürücüdür :  
Məhəmməd, - təxəllüsü Füzuli!  
Hüseyn, - təxəllüsü Cavid!   
İmadəddin, - təxəllüsü Nəsimi! 
            Əliağa, - təxəllüsü Vahid! və s.  
Təxəllüs deyirik bu adlara!  
Bəlkə, Onları  Kainat Aləmində olan adı ilə, çağırıldılar belə... 
             Kainatlarda, adları  idi - belə...  
Kim bilir... 
 
Düşünməsək, olarmı? 
           Nədir düşüncə? Düşünməsək, düşündürəcəkdir! 
Budur "düşüncənin"- mexanizmi. Bu həmişə belə işləyib, işləyir, 
işləyəcəkdir!  
           Onun qarşısını alacaq heç bir "Varlıq" - mövcud deyil. Baxaq 
görək, bir anlıq düşünməyə bilərik? 
           Bütün varlıqlar düşünür. Düşüncənin özü - onları düşündürür. 
Düşünməsə - deməyəcək! Deməsə - düşünməyəcək, düşündürməyəcək. 
           Düşüncələr olmasa idi, oxuduğu  kitabları, dərsləri necə şərh 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə