Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

181 
 
Bu yer həyatı bir seçimdir, nə seçsək, necə seçsək onu yaşayacağıq! 
Yaşasın həyat, yaşasın həyatdakılar! 
 
Arı, çiçək, rayihə... 
 
           Ətir  almaq üçün o gülü əzmədən sıxmadan onun yağına 
yetişmədən əldə etmək olmur (e'mal). İylər isə, dəymədən, toxunmadan
özünü e'lan edənlərdir! 
İyi bütün varlıqların özünə xas olan, özünü tanıdıb, bildirmək bə`yan 
etməkdir

            Amma ətir bitkilərin ekstratı (yağ) e'mal etməklə alınır.  
Hər bir ətir, o bitkinin özünü tanıdır. 
Arı  çiçəklərdən nektar toplayır o da ekstrat toplayır. Gülün ətrini yox, 
dadını şirəsini toplayır. Ətir - gülün, çiçəyin yağla bir yerə toplanmış 
halıdır.  
               İyi isə, bütün məvhumların özünü tanıdır, deyir. 
İyi ayrı, ətir ayrıdır.  
              İyi kobud, ətir isə yumşaq, nəvazişlidir! 
İyi - kişi, ətir - qadındır, birlikləri bal kimi şirindir! 
               Ətir çağıran, İy tanıdandır, hökm edə biləndir! 
 
 
Heyif  Günəş... 
 
             Heyif  Günəş, Yazıq Günəş, gör "kimlərə"- İşıq saçır? 
Axı, "yarasalar" - nə bilsin ki, İşıq nədir? 
(Dünyanın sonu olacaq deyənlərə!). 
Od, Yerin simvoludur! 
              Günəş, İşığın simvoludur! 


182 
 
Od - yerin dərin qatlarından, 
Günəş - işıq Saçar, ətrafına, Yerə, ətraf  Planetlərə! 
 
Rahatlıq 
 
            "Azad burax məni, azad olum, azad düşünüm, azad bilim, 
qovuşacağım O  İşığın səmtini, azad görüm, rahat qovuşum, azad 
olum!". 
 
Fikir 
 
              Ümumi halda bütün Səmavi Kitablar - Kainat "dili-
dilçiliyində"-olduğundan, orada olan mətnlər, yer üzərində olan optimal 
söz qədərindən çox zəngin olduğundan, mətnlərdə yad edilir ki, "dilini 
tərpətmə"- yə'ni şərh vermə, o cümləni, yer sözünə çevirməyə çalışma, 
düşüncələrində axtarsınlar. 
             Redaktə, korrektə etməyə çalışmağa can atmasınlar!  
Çünki, O İlahi mətni sözə çevirməyə, söz axtarmayın, onlara yer sözləri 
azlıq edəcək. 
           Ümumi halda Səmavi Kitablarda, mətnlər bir o qədər də, çətin 
deyil, lakin hər söz, hər kəlmə düşündürür. 
Bilinməyən, açılması mümkün olmayan mətnlər, insanlar arasına 
"Göndərilməz"-di. 
Sadəcə, düşünməklərimiz qalır. 
Hər bir fərdə, o mətnlər aid ola bilir

        Hər düşüncəmi, hər istəyimi istəmədən əvvəl düşünürəm, nəyi 
necə istəmişəmsə, onları Kainatdan eşidib, dinləyəcək, o ömrü 
yaşayacağam! 
        Özümə, kimlərəsə nə istəmişəmsə, ona müvazi olan, o ömrü 
yaşayacağam! 
 


183 
 
Əvvəl 
          Əvvəl - sonla yekunlaşmaz, əvvəl! Hanı  bu dünyanın  əvvəli? 
          Əvvəldəndir, Aləmlərin əvvəli! 
Sonla olmayandır, bu Aləmlərin əvvəli! 
Dünyaların sabahı xeyir! 
 
             Dünyamızın, Dünyaların Sabahı  xeyir! 
Kainatdan Səslənər – Yaranmışlar, Sabahınız xeyir! 
Kainat  Özünə  deməz  sabahın  xeyir, Kainat - Aləmə, Aləmlərə, hər 
varlığa  pıçıldayar, Yaranmışlar - Sabahınız xeyir! 
             Sahibi  Mütləq  Özünə  Deməz  Sabahın xeyir, Yaratdıqlarına  
Deyər - Sabahın xeyir! 
             "Sabah" - İşıq əhatəsində, bir İşıqdır! 
             İnsan, sən xeyirxahlıq istə, özünlə istə! 
 
Sahib... 
 
            Dünya deyib,  Dünyadayıq!  
Dünyanın necə olduğunu - bilməliyik! 
           Dünyadan, dünya tələb edirik! 
Dünya  bizim deyil  ki, dünyanı  tələb  edirik! 
Dünyadayıq,  Dünya iləyik,  Dünyalarcayıq! 
           Amma  Dünya,  Dünyaların  sahibi  deyilik! 
Biz dünyaya gələli, dünya var idi ki, biz  Dünyaya  gələli! 
           Dünyaya  gəldik,  dünyada  var  olmaq  üçün  gəldik. 
Olan,  Dünyaya  gəldik! 
           Dünya  deyə-deyə  gəlmədik!  
Dünya – deyə-deyə  getdik! 
 
 


184 
 
İşıq saçar... 
 
              Günəş  elə - belə, işıq  saçmaq  üçün,  deyil!  
Ətrafında  olan  planetləri  işıqlandırmaqla yanaşı, ən  ümdə  işi, onun  
ətrafında  olan  varlıqları, İşığa, Mütləq Olan Kainat Sahibinə 
istiqamətləndirmək, bə`yan etməkdən ibarət olmaqla, O, Yaradıcı  İşığa  
tərəf  istiqamətləndirib, yad  etdirir! 
             Biz insanlar, o  Günəşi  həmişə  gördüyümüzdən  
adiləşdirmişik! 
Amma o Günəş yaddaş daşıyıcısı funksiyasıdır, yə`ni ki, İşıq olmasa 
varlıqların var olması, O, İşıqsız mövcud olmaz! 
Müqəddəsliyə, bir  rəmz  daşıyıcısıdır! 
İşıqdan, İşıq  saçar! 
             Günəş  Ayı  yox,  Ay – Günəşi  təqib  edir! 
Çünki  bütün  varlıqlar  İşıqa  möhtacdır! 
Ay planeti,  Günəşsiz  və ya  Yer  planeti, Günəşsiz  nə  etmək  gücündə  
ola  bilər ki, Günəş ətrafında  İşığa  ehtiyaclı  olanlar, Onun başına 
dolanar, fırlanar! 
          Qaranlıqdan  bütün  varlıqlar  qaçar, İşıq  axtarar,  Onun  səmtini  
axtarar! 
           Nə  qədər  canlı  gəldi  yer üzünə - Yer bilər, Ay – ona boylanar! 
Günəş – hər canlıya ayırdığı, saldığı  İşıq  Payını – yaddaşında  
saxlayar! 
          Nə qədər canlı gəldi, nə qədər yer üzünü məhv etmək istədilər
onu Gün yaddaşında, bilər. 
          Yer  yarımkürədə,  hər tərəfi,  hər üzü hava buludlu  olsa da,  
Günəş  önündən  keçər
.
 
 
 
 
 


185 
 
“Qlobal istiləşmə” 
 
         “Qlobal istiləşmə” – son illərdə deyilir! 
Nədir bu, niyədir bu, istiləşmə? 
Yer üzündə dəfələrlə belə bir anomalıyalar yaşanılıb! 
Bu istiləşmənin mexanizmi var! 
          O, o ərəfədə baş verməyə başlayır ki, yer üzünə yeni, yaranışlar 
gələcək. 
Hansılar  ki, əvvəllər yox  idi. 
Yeni  bitkilər, yeni  həşəratlar, yeni  faydalı  qazıntılar, yeni  hallar, yeni 
quruluşlar  və s. 
          Bu hal, (istiləşmə) Yer planetinin, onları qəbul etməyə hazırlıq 
ərəfələridir! 
İsti başlanğıcı ilə, başlayar – gələr yeniliklər! 
           İstəsək də, istəməsək də, bu belədir!  
Yer üzü, Günəş Kainatla belə bir rabitədədir! 
Yenilikləri qəbul etməyə, hazırlıqlarladır! 
 
Sonu olmayan, Dünya 
 
           Qəribədir, insan “dünyanın sonu olacaq”-deyib hay salır! 
Günəş sistemi və  ətrafında  hərəkətdə  olan planetlərin mövcudluğu 4,5 
milyard ili əhatə edir (astronomiyanın dediyi). 
           Bu  müddəti  bir  az  kiçiltsək, olsun 1-milyard il! 
Həmin bir milyard il ərzində, nə qədər canlı gəldi yür üzünə? 
Onu yer üzü bilər! 
            Yer  planetini nə qədər planetlərlə dəfələrlə üz-üzə 
“toqquşdurdular”-amma onlar insan “sifarişləri”-ilə hərəkətləri 
orbitlərindən çıxıb üz-üzə gəlmədilər! 
            Son illərdə, daha da, irəliyə gedib, indi də, Yer planetini, 
Günəşlə “toqquşdurmaq”-istəyib, dünyanın sonu olacaq deyirlər! 
              Dünyanın,  Dünyaların  sonu  yoxdur, birgə  hərəkəti  vardır! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə