Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

169 
 
Sevdasındayıq... 
 
               Nədir sevda, necədir sevda? 
Aləmlərin sevdasındayıq? 
Sevdadan gəlmişik, sevda axtarırıq, 
               Hər iki Aləmin sevdası arasında dayanmışıq! 
O Aləm sevda, Bu aləm sevda! 
İki aləmin, sevdası arasında dayanmışıq. 
Nədir həsrət,  nəyədir həsrət? 
           Hər iki aləm İşığının, həsrətindəyik. 
O Sevda, bu Sevda, Aləm Sevda,  
           Hər iki Aləmin sevdasında, sevdasını axtarırıq... 
 
Göz... 
 
           Gözə göz gərək, görməyə göz gərək. 
Göz gözü göstərər, görməyə göz gərək. 
Vücüd özünü gözlə görər, görməyə göz gərək. 
            Yadına yaddaş gərək, yaddaşa bilmək gərək
Bu aləm göz önündədir, görməyə göz gərək,  
Öyrənməyə vaxt gərək, düşünməyə müddət gərək. 
            Hər varlıq özünü bə`yan edər, göstərər,  
Görməyimiz üçün, özünü bə`yan edər, göstərər. 
 
Plagiatlıq 
 
               Bir çox insanlarda belə bir düşüncə formalaşıb ki, "hər nəyisə 
mən araşdırıb tapmışamsa deməli, o mənimdir, kəşfimdir, o tapdığımı 
heç kimə demərəm", çünki - Plagiatlıq (fikri  oğurlama, öz adına 
köçürmə) olar. 
                Qəribə məntiqdir, əgər düşüncəni kiminsə başa düşəcəyindən 


170 
 
"ehtiyat"- edirsənsə, onda heç düşünməyinə dəyməz ki... 
Hər düşüncə, hər yenilik, xalqın deyilmi? 
 
Sabahın xeyir Günəş! 
 
Sabahın xeyir Günəş! 
Bizim üçün sabahsan, amma özün həmişə varsan, sən bir İşıq, 
Qovduğunsa qaranlıqdır. 
Qaranlıq İşıqdan qaçar, İşıq isə, İşıq saçar! 
Sabahımız xeyir Günəş! 
 
Nağıl, əsatir 
 
            Nağıl hadisənin ardıcıllığıdır, Rəvayət keçmişin xatırladıcısıdır. 
Mif, əsatir isə, tarixi hadisə və personajların dəyişikliyidir. 
 
Məzarlıqlar... 
 
                  Çox qəribədir, çox düşündürücüdür! 
Statistika mə'lumatına görə, yer üzündə yeddi milyard əhali var, bəs 
quşlar, balıqlar və başqa canlılar sayı haqda mə'lumat var? 
Mən bilən belə bir dəqiq hesabat yoxdur. 
Amma diqqətlə düşünüldükdə, indiki əhalinin sayı ilə, deməli gələcəyə 
yeddi milyard məzar var! 
                 Yer üzünün yetmiş faizi su hövzələri, otuz faizi quru torpaq 
sahəsidir. 
Belə bir təcrübi sınaq aparaq. 
İlk yer insanından, bu günkü dövrə qədər, nə qədər insan gəldi yer 
üzünə, nə qədər insan qayıtdı yer üzündən? 
Bu hesabat - ədədi silsiləni də, üstələyər və ədədlər ardıcıllığına da, 


171 
 
sığmaz! 
                Arxeoloji qazıntılar min illərdir ki, aparılır. Tapılan aşkar olan 
əşyalar, şəhər ərazisi aşkar olunur, amma o ərazidə yaşamış olan o 
əhalinin məzarlığı aşkar olunmur. Halbuki, şəhər qalıqları varsa, deməli 
əhali də, mövcud olub. 
               Əgər yer üzündə yaşamış insanların sayı namə`lum qalırsa, 
onların məzarları da, namə`lum olaraq qalacaqdır. 
Düşünsək əgər ki, yer üzünün yarı hissəsi su hövzələri, yarı hissəsi quru 
sahə olmuş olsa da belə, yer  kürəsini miqyaslara bölsək, yer üzündə bir 
məzar sahəsi bir metr olsa, yer üzü ancaq məzarlıqlardan ibarət olmalı, 
başqa məzarlıqlar qazılmağa yer qalmamalıdır! 
Bəs  ilk məzardan bu dövrə qədər olan məzarlar hanı?  
              Yer üzü ancaq məzarlıqlardan ibarət olmalı? Ayaq qoymağa 
belə yer çatmamalı idi,  nəinki şəhər salma, istehsalatlar, əkin, biçinlər! 
İnsan sümük quruluş və qalıqlarının öz spesifik rəngi var, o bütün 
spektral rənglərdən fərqlidir, o olan rənglərə və torpağa qarışmayandır! 
                Bəlkə də, hansısa bir tarixi mərhələdə, o məzarlıqlar 
Kainatlara yüksələr qalxar ki, necə deyilib, "O insanlar ilkinə, dönər, 
yüksələr". 
Amma düşündürücüdür! Ö. Xəyyam dedi ki, "hər kuzə, hər bardaq bir 
gözəlin barmağıdır". 
                 Amma ola bilməz ki, Ali insan, Əşrəf insan bir də, insan 
əlində aciz qala, əşyaya dönə, çevrilə!  
Əşya üçün yaranmayan İNSAN, necə əşyaya dönməli?! 
Ola bilər ki, mərhələ-mərhələ, müddət-müddət məzarlar və  məzarlıqlar 
da, O İlkə, Yaradanına yüksələr! 
Kim bilir...  
                Çünki yaranan, əhali dayanmayan, tükənməyən, say hesabı 
bilinməyən bütün bəşəriyyət, məzarlıqlara sığar. Məzarlıqlar isə, öz 
növbəsində yer üzünə sığarsa, yer üzü ancaq məzarlıqlardan ibarət 
olardı! 
                Həqiqətdə də, yer üzündə çox-çox qədim məzarlıqlar, 
məzarlar aşkar olunmur. Sanki yox olurlar. 
Əgər aşkar olunmuş olsa idi, yəqin ki, qəbrin həndəsi forması aşkara 


172 
 
çıxa bilərdi (çox qədim, yüz min il əvvəlki qəbirlərin daşları, divarları 
aşkar oluna bilərdi). 
 
Qəbristanlıq 
 
             Başqa yerə, başqa vilayətə getməli olsan, oradakı insanların 
biri-birinə münasibətini bilmək istəsən, o şəhərin, o ölkənin bazarına 
yox, məzarlığına get, məzarlığına bax! 
Dirilərin biri-birinə münasibəti o ölkənin, məzarlığından da, görünər. 
              O məzarlar qarışıq haldadırsa, o şəhərin, o ölkənin diriləri 
arasındakı münasibətləri də, qarışıqdır, dirilərin biri-birinə 
münasibətləri də, e'tinasızlıqladır, biri-birinə diqqətsizlikdədir. 
               O ölkənin, o şəhərin məzarlıqları bir cərgəlidirsə, ardıcıldırsa, 
deməli, o şəhərin, o ölkənin insanları biri-birinə mehribandır, 
diqqətlidir, qayğılıdır, biri-birinə sevimlidir. 
                Güzgü fərdi göstərər, məzarlıq xalqı göstərər, yaddaş tarixi 
göstərər, tarix xalqı göstərər. 
 
Dahilər tənqidi 
 
            Dahini tənqid etmək üçün, yenə də, Dahi gərəkdir! 
H. Cavidi tənqid etmək üçün, ikinci bir Cavid lazımdır ki, o da, Yox 
kimidir! 
             H. Cavidi tənqid etməyə, Cavid gərək! 
O da, yer üzünə bir də tənqidlə yenib, gəlməyəcək! 
             H. Cavidi tənqid etməyə, ürək gərək,  
Hər iki Aləmi, bilmək gərək! 
(Yer aləmi ilə, İlahiyyat Aləmini bilmək gərək). 
H. Cavidin  məqbərəsini görüb  də, onu, Kainatlarda axtaraq! 
                                                                      . . . 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə