Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

161 
 
bu mərhumiyyət və zorakılıq müvəqqətidir. "Hecə gəldilərsə, elə də, 
çəkilib gedərlər!" 
               Yaddaşını, İşıq elmini heç bir zorakılıqlar qarşısında 
bildiklərini unutmadılar! Bununla əraziyə, əhaliyə ad, "tolerantlar"- 
dedilər. Müvəqqəti "hə"-desələr də, bildiklərini heç bir halla 
dəyişməyəcəklər! Hər bir halı içəridə "həll edəcəklər", amma onlarla 
razılaşmayacaqlar, qəbul etməyəcəklər! 
                Qədim tarixlərdən, səlnamələrdən, hərbi yürüşlərdən çox 
sonralar mə'lum oldu ki, hər bir sərkərdənin Azərbaycan ərazisinə 
yürüşü onun son yürüşü olubdur! Təhrif olunmamış tarixlərə baxın, hər 
bir sərkərdənin süqutunun mərhələ-mərhələ başlanğıcı Azərbaycan 
ərazisindən, o, yürüşündən başlayıb və məğlubiyyətləri ilə nəticələnib! 
             İlkdən, Dünya tufanından xilas olmuş, bu ərazinin İşıq Sahibi 
var O İşıq Sahibinə isə, Sahib olmaq olmaz! 
İşığa isə, Qaranlıqlarla gəlmək olmaz! 
           Azərbaycan ərazisi bir məktəb, əhalisi bir müəllim, xanımını isə 
əziz bilib Xanım-xatun deyiblər. Elmini İşıq! İşığı isə Elmləri biliblər! 
 
 
Maraqlı, qəribədir. 
 
               Qəribə yox amma ki, belə ola bilər ki, (ehtimal), öz əcəli ilə 
ölən insanı həyat gücü tədricən tərk edir. Deməli temperatur həddi sabit 
qala bilir. 
Amma e'dama aparılan və ya e'dam qabağı insan öldürüləcəyini 
bildikdə, qorxudan qan çox sür'ətlə  hərəkət edə  bilər ki, ürək də, çox 
sür`ətlə döyünər. 
               Çox sür'ətlə döyündüyündən yə'qin ki, qan həddindən artıq 
qıza, istinə bilər. 
Belə olan halda e'dam olunmuş insanın ilkin bədən temperatur həddi də, 
adi ölən adamdan, fərqli ola bilər. 
 


162 
 
Yer üzünün ilkin olan halı 
 
              "Cənnət bağı" -nə isti, nə soyuqdur (subtropik), təlatüm yox, 
qorxu yox, acam yox, suzam yox, əzab yox, ağrı yox, vahimə yox
ümidsizlik yox! 
              Yer  üzü, suyu, bitkiləri ilə rahatçılıqları, sevincləri yaşadardı 
insanlara! 
             İnsan düşüncə, davranışları ilə, narazıçılıqları ilə, zorakılıqları 
ilə, hakimlik iddiaları ilə, gətirdi Yer üzünü nə günə? 
              Yer üzü: "Baği Cənnət"-də, idiniz, Demədimi, Bildirmədimi 
bizə yer üzünün ilkin olan halını? 
 
Düşüncə 
 
          Ey insan, ey bəşər, Düşüncələrinə diqqətli ol. 
Sənin düşüncələrindən, davranışlarından, ətrafa münasibətlərindən ya                 
Səhralaşar Yer üzü və ya donub, dondarar Yer üzü! 
 
Xətlər, sərhədlər... 
 
              Baxanda yox, düşünəndə qəribədir... 
Hər bir canlının yaşaması üçün yuvası, evi vardır! 
Quşlar, heyvanlar üçün, yuva, bə'zi heyvanlar üçün ərazi vardır. 
Timsah, gərgədan, fil, zebra, zürafə və s. onlar üçün yuva yoxdur, yuva 
qurmaz, ərazi vardır! 
               Hər bir yuva, hər bir ev, hər bir həyətlər, ərazi deyilmi? 
Hər bir ev, hər bir yuva, hər bir ərazinin kənarı xətt, sərhədli deyilmi? 
Kim gətirdi bu xətləri, bu sərhədləri, bu ölçüləri? 
Axı, ilk insan, ərazisini əziz bilirdi, xətti yox, sərhəddi yox  bilirdi! 
Xətsiz, sərhədsiz qonşuluğu bilirdi, mehribançılığı ondan bilirdi! 
                Kim gətirdi bu xətləri, bu sərhədləri, bu mərhumiyyətləri, bu 


163 
 
fərqləri, bu insanları fərqlər arasına, bölmələri? 
Kainat Sahibi Mütləqinin, Qarşısında, Ətrafında xətti yox, sərhəddi yox, 
Kainat O-nun Ərazisidir, Yaratdıqları arasında Xətti yox, Sərhəddi yox! 
Bə'zi heyvanat, bə'zi quşlar ərazilərini dəyişərlər, ancaq ərazilərini 
dəyişərlər! 
                   İnsanlar biri-birinin ərazisinə girməmək üçün, xətt çəkib, 
sərhədd çəkərlər, biri-birindən "qorunarlar"- bəlkə də, ərazidə azad olan 
quşlar da, heyvanat da, insanları görüb, biri-biri arasına ərazi xətti 
çəkiblər? 
Kim bilir... 
İlki xətsiz, sərhədsiz yer üzü, ilki mehribanlıqda olan yer üzü, sonu 
xətlərlə, sərhədlərlə, biri-biri arasında, insanlar, xətt çəkdilər, sərhəd 
çəkdilər. 
İnsan və İnsanları, biri-birindən məqsədlə uzaqlaşdırdılar! 
Sənin, mənim, sizin, bizimə böldülər, insanları biri-birinə 
ehtiyatlandırdılar! 
            Quşlar da, heyvanat ba, bitkilər də, bəlkə də, İnsanlardan, 
ehtiyatlandılar, bə'zi bitkilər, bə'zi ərazilərdə bitdilər, bə'zi ərazilərdə, 
bitmədilər! 
Sərhədsizlik, xətsizlik o deyil ki, istədiyim kimi, necə bizə əlverişlidir 
elə də, sərfəlidir bizə. 
              Elə yox, bu deyil azadlıq! 
Yer həyatını, rahat, sevinclə, nəyə isə, lazımlıqla, rahat düşünməklə, 
qayğı ilə yaşamağa olaydı sərhədsiz, xətsiz aləm. 
 
Günəş ətrafı planetlər. 
 
              Hz. Zərdüşt yer üzünə İşıq elmi, astronomiya, riyaziyyat, 
fizika, fəlsəfə gətirmişdi. 
Amma bütün başlanğıclar, Kainatdan, O, Mütləqdən Törəndiyini bir 
tə'lim kimi, deyə bildi. 
             Azərbaycan ərazisinə müxtəlif səmtlərdən gəlib elmlə 
maraqlanan insanlar, öz ərazilərinə qayıdıb, o, mənimsədikləri elmləri 


164 
 
insanlar arasında deyiblər ki, Zərdüş  elm tə'limləri min illiklərlə yer 
üzünü bəhrələndirib. 
Amma "atəş pərəstlik"-adı ilə, İşıq anlayışını, bütün elmləri yer 
üzündən məhv etməyə başlanıldı. 
               Əgər ki, Hz. Zərdüş yer üzünə gətirdiyi Din olmuş olsa idi, 
onu məhv  etmənin mə'nası olardımı? 
Elmləri İnkvizisiya, müxtəlif adlarla, bəhanələrlə müxtəlif  hərbi yürüş 
və qoşunlarla, elm deyənləri yer üzündə məhv etdilər, elm mə'bədlərini, 
elm tə'limlərini məhv  edə bildilər. 
Yer üzunə İşıq yox, daha qaranlıqlar istədilər. 
           İlk yer üzü insanı, bütün həyat fəaliyyətini, Günəş hərəkətinə və 
ardıcıl hərəkət trayektoriyalarına mütənasib qururdu. 
Dünya tufanından Azərbaycan ərazisində xilas olmuş insanlar bir daha  
Günəşə, onun hərəkətlərinə, bürclər ardıcıllığına uyğun həyat 
fəaliyyətini qururdular. 
              Onlara 11- bürc ardıcıllığı yə'ni, Günəşdə gedən 11- tsikl 
dəyişikliklərinə uyğun (təqvimlərə ehtiyac yox idi) həyat şərtlərini 
qururdular.  
               Qoç, Buğa, Tərəzi, Əkizlər, Su tökən bürcləri, Qız qalası 
sirrinə, elminə vaqif olmaq üçün, simvollaşdırılaraq, ardıcıllığı 
pozulmasın deyə, açarlardır ki, ərəfələr dəqiq bilinsin.  
Bunlar aparıcı Kainat elmi olmaqla yanaşı,  Azərbaycanın o Bürclər 
ərəfəsinə istinadən, dəqiq coğrafi ərazisini bildirsin. 
Müxtəlif  bürc  adlarının başlanğıc adlığı simvol işarələrlə, güzgü 
effektlərində, gizlədiliblər. 
             Amma yer üzünə gələn Hz. Zərdüş  Kainat Elmini gətirməklə, 
olan bürclər istinadlarına bir balaca dəqiqlik gətirdi. 
Azərbaycan ərazisindən, Astronomiya, Riyaziyyat, Həndəsə, Fizika, 
Fəlsəfə kimi elmlər sür'ətlə, yayılmağa, mənimsənilməyə başladı. 
Bu səbəbdən Hindistandan, Uzaq şərqdən, Avropadan Azərbaycan 
ərazisində o elmləri öyrənməyə böyük axın baş verdi. 
               Zərdüş  tə'liminə görə Günəş ətrafında  9 - planetin hərəkətdə 
olduğunu və onların ardıcıl Astronomik vaxt vahidlərini və astronomik 
Bucaqları mə'lum oldu. 
Bu səbəbdən Azərbaycan ərazisində müxtəlif  yerlərdə indiki "Qız 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə