Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

173 
 
           Tarixlərə, tarixi   keçidlərə  baxdiqda,   C. Rumi,   Y. Emre,   Ö. 
Xəyyam,    N. Tusi,   İ.Nəsimi, H. Cavid  və s.  öz  dövrlərində  
dedikləri  bütün  mə'na və məntiqləri o dövr insanlardan qəbul 
etməyənlər, istəməyənlər də, var idi! 
             Hanı o dahilər, hanı o inkarçı  insanlar?  
İnkar  edənlər, öz  müddətinin  insanları! 
О, dahilərin fikirləri, tarixə, bütün  mərhələlərə deyilən fikirləri! 
Baxmayaraq ki, əsrlər keçdi, o dahilər fikirlərinə bu gün də, müraciət 
edilir!  İnkar  edənlərin nə adı, nə özü, nə sayı tarixlərdə  qaldı! 
 
Xəyanətlər 
 
             Xəyanətlərin  kateqoriyaları yoxdur, olmur! Xəyanərlər heç 
vaxt, özünə haqq qazandırmağa yer saxlamır! 
            "Xəyanətin" - adlığı yox, özlüyü xəyanət adlı bir - xəyanətdir! 
 
Əbədi həyat, ölümsüzlük alması! 
 
               Azərbaycan ərazisində yaşayan çox qədim dövrün insanları, 
oturaq həyatları ilə onları əhatə edən aləmə, bir bağlılıqda, bir qayğıda, 
təşəkkürlə yanaşırdılar! 
Bütün müxtəlif ağaclara, bitki örtüyünə bir qayğı ilə, həssaslıqla 
yanaşırdılar. 
                Ağaclara, bitki örtüyünə, mehribanlıqla, təşəkkürlə 
yanaşırdılar! 
Bunlara isə, səbəblər var idi! 
                Ağac,  kollardan meyvə dərilməsi də, çox mühüm bir hadisə 
hesab olunurdu! 
Səhər-səhər meyvə yığmaq, Sübh Günəşinin düşdüyü səmtdən (ağacın 
Şərq səmtindən) dərilən meyvələr, əsasən vücudun sağlam olması 
anlamı daşıyırdı. Günəşin Zenitdə olan vaxtı ərəfəsində (günorta vaxtı), 
dərilən istifaqə olunan meyvə, Bilmək, bilgilərə qovuşmaq elm, anlamı 


174 
 
daşıyırdı!  
                Qürub vaxtı, Günəşin qürub səmtindən dərilən meyvələr, 
əhval - ruhiyyənin yüksək olması, axşamı, gecəni rahat keçirmək, rahat 
yatmaq, rahatçılıqlar gətirər anlamı daşıyırdı! 
Gün düşməyən (Şimal səmtdən), yığılan meyvələr isə, zəka artıran, 
namə`lum, gizliləri anlamaq, örtülü olan halları açmaq, onlara 
qovuşmaq, yüksəklərə qovuşmaq mə'nalarını daşıdıqlarını bilirdilər! 
               Meyvələr ağacın, kolun hansı səmtdən dərildiyini meyvənin 
dadı ilə, rəngi ilə, böyük-kiçikliyi ilə tə'yin edirdilər! 
Dağlıq ərazidən yığılan meyvə ilə, aran meyvəsinin fərqini, meyvənin 
rəngindən tə'yin edərdilər! 
               Qış  üçün qurudulacaq  meyvələri, ağacın ancaq Cənub 
səmtindən dərilən  meyvələrdən kölgədə, qurudardılar! 
Babalarımız, Azərbaycan ərazisində, qida xatirinə qidalanmadılar!  
O qidaların, mə'naları ilə qidalandılar! 
                Günəşə görə, gün ərzini mərhələlərə bölmüşdülər: Sübh 
günəşi, Günorta günəşi, Qürub günəşi, Gecə vaxtı! 
Keçən əsrlər ərzində, bir çox halları unuda-unuda, unutdurula-
unutdurula, "yeniliyə" - can atmışıq,  keçmiş halları biganəliyimiz, 
unutqanlığımız  unutdurdu  bizə! 
                 Rəvayətlərdə, nağıllarda, əsatirlərdə "dirilik suyu", "əbədi 
həyat alması"- adlı bilgilər mövcuddur. 
Nağıl  janrında Məlik Məmməd, Qaranlıq Dünyadan, Divin qoruduğu 
alma ağacından, almanı gətirib, şahın qızına iylətdirdikdən sonra o qız 
yuxudan  oyandı  kimi, nağıllar mövcuddur! 
                   Belə bir deyim də mövcuddur ki, "kim əbədi olan dirilik 
almasını dadsa, o əbədi ölümsüzlüyə yüksələr!". 
Bu ağaca "Cənnət alması"-da, deyilir! 
O ağacın meyvələri İşıqlı, işıq saçan olduğuna görə belə bir ad, verilib! 
 
 
 
 


175 
 
Vücud, bədən... 
 
                Dost deyirsən, dost deyirəm! 
Vücudumla özümə, dostlar deyirəm! 
Vücud, hissələrdən ibarətdir.  
               Bədən, vücudla dostluq dəyərini saxlamasa, (bədən sənsən, 
vücud özünsən) vücud xəstələnəcəkdir.  
Niyə, bədən vücudla dostluq "rabitəsini"- itiribdir! 
              Bu bədən, "vücudi"- dostluğunu  incidibdir! 
Onda bu insan, xəstələnibdir!  
(Demə, xəstəlik ocaqları, belə başlayırmış). 
 
 
Əbədiyyətim... 
             Yaşamıram, yaşamaq üçün! 
Ölmürəm, ölmək üçün! 
             Varam, müddətimdə olmaq üçün! 
" Varam" - O, Sahibi  Mütləq  Əbədiyyətinə, İşığa qovuşmaq üçün! 
 
 
 
Gəldi insan, getdi insan! 
 
              Nə qədər yer üzünə, gəldi insan, nə qədər yer üzündən, getdi 
insan?  
             Hər yer üzünə gələn insan, hər yer üzündən gedən insan, razımı 
getdi? 
             Yer üzünə gələn insan, yer üzündən gedən insan,  
              Yer üzünə, nələri istədisə, onunla qayıtdı insan, onunla getdi  
insan! 


176 
 
              Xeyirhaxlığına xeyirhaxlıq, bədliyinə bədliklərlə - qayıtdı 
insan! 
              Bu dünyaya sevinc üçün gəldik! 
              Bəs bu dünyadan niyə kədərlə getdik? 
Çünki bu dünyanın dadını, tamını, niyəsini, rəngarəngliyini bilmək 
istəmədən getdik! 
  
Sevgi... 
 
Axı, necə bilək ki, sevgi nədir? 
Axı, sevməyən nə bilər ki, sevgi nədir! 
Sevgi ölməz, sevgi öldürməz, sevgi unudulmaz, sevgi unutmaz! 
Biganəlik sevgi deyil, biganəlik sevgi yolunda, yol yoldaşı deyil, 
sevgiyə soyuqdur, sevgi! İşığından uzaqdadır, o sevgiyə koranədir! 
Sevgi  ülvidir, çünki o sevginin zirvəsindədir! 
Sevgi hisslədir, sözlədir, quru söz deyil! 
Sevgi xəzinə də, deyil, o bir varidatdır! 
Tükənməyən, unudulmayan, unutdurmayan, çağıran, səsləyən, oyadan, 
biri-birinə bağlayandır sevgi! 
 
Cazibə 
               Əgər Kainatda, cazibə mövcud olsa idi, bütün küllü kütlələr 
(planetlər) yerindən, orbitindən çıxar, onda vakuum, xaos, efir,  maqnit,  
qara  dəliklər qaçıb gizlənməyə yer tapmazdılar! 
                 Kainatın bu qarışıqlıqlarla, sonu olmuş olardı, onda! 
Günəş sönər, planetlər parçalanar, Kainatın nizam qanunu da, aciz 
olardı, onda! 
                  Belə bir Kainat mexanikası (cazibə) mövcud olmuş olsa idi, 
bütün Qalaktikalar bir yerə toplaşar, Kainatın sonu olardı onda! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə