Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   49   50   51   52   53   54   55   56   57

203 
 
edəcəkdi?. 
Düşüncə - yaddaşdır, yaddaş - düşüncənindir! 
Düşüncələr  bitərsə əgər, Kainat aləmi dayanar, sönər!  
               Kainat düşünür, düşündürür, təkmilləşdirir, qədərlər bölüb, 
qədərlər ayırır, vaxtsız-zamansız hərəkət edir, yaradır, ayırır və s. 
Kainatın  yer vaxtının milyarda bir saniyəsi qədərində dayanmağa, 
ləngiməyə imkanı yoxdur. 
                 Yaradıcının vaxta-zamana bu baxımdan imkanı yoxdur! 
 
Xeyirxahlıq 
           Xeyirhaxlıq ayrıdır, bağışlamaq ayrıdır. Xeyirhaxlığı 
düşünməyən, düşünə bilməyən - "xeyirə"- biganədir!  
Xeyir deyilən - tək özümüzə, demək deyil - bütün varlıqları, gözəllik 
əhatəsində görməkdir! 
           Hər düşüncə - xeyir deyilmi?  
Hər  xeyir  düşüncəsi - Xeyirlə deyilmi? 
          İnsan  “öz xeyrini güdməyəndə” - onda bilər ki, xeyir nədir! 
 
Filantropiya 
           "Filantropiya"- insan sevərlik, insanlara köməklik.  
 İnsanlar – insanlardan “insanlıqdan”  bəhs edəndə,  Kainatlar  sevinər! 
 
 
 


204 
 
Avesta 
Avestada: -  "Xeyrə düşün, Xeyrə çalış, Xeyrə danış". 
 
Həqiqət 
              Həqiqət haradan başlayır, harada qurtarır? 
Həqiqət - heç vaxt, bitmir, tükənmir, qurtarmır, yox olmur! 
Həqiqət  Kainat  qanununun, ilki olduğundan, Kainatın özü ilə, Özünün 
- həqiqətindədir! 
               Həqiqət  deyib  də,  çağırdıqca, Kainatı  çağırmırıqmı? 
 
Dirilmə 
İnsan bilməsin ki, bu aləmə ölməyə gəlib. İnsan bilsin ki, bu aləmdən 
bir də, dirilməyə gəlib. Çünki, hər iki aləmdə, ölüm yox, dirilmək olur. 
 
Qanad 
           Çox düşündürücüdür, qanad qürrələnir yoxsa quş? Yəqin ki, 
qanad qürrələnir. Qanad uçmur, uçurdur. 
 
Yaddaş 
          İnsan öz ilkini, öz əvvəlini, öz kökünü, öz adını, öz yaddaşını, öz 
böyüklüyünü unutmasın gərək.  
           İlkini, yaddaşını dəyişməyən o kollar, o ağaclar, o rənglər, o 
rayihələr müqayisələr etmək üçün, bilmək üçün, yaddaşa - bir 
misallarladır bizə. 


205 
 
            Hər bitki, hər ağac, hər kol öz rayihəsini, öz dadını, öz rəngi ilə, 
öz meyvəsini gətirər. Onların öz yaddaşıdır,  öz  yaddaşında  gələr,  öz  
yaddaşındakıları  gətirib, onları  bölüşüb, deyər.  Qışda, soyuqlarda 
çəkilər, yazda yaddaşı ilə, yaddaşında olanları bir də deyər. 
            Yaddaşları dəyişməz, öz yaddaşları ilə deyər.Onların daşıdığı 
yaddaş qışın şaxtalı günlərindən qoruyar, yazın isti günlərinə çatdırar. 
 
Enerji nədir? 
  
             İsıq əmsalının, istilik əmsalına çevrilməsidir. İstilik temperatur 
hədlərinə görə dəyişən, İşıq dəyişməyəndir (nə tezliyi, nə sür'əti).  
Temperatur, material aləmə aid (dəydiyimiz, toxunduğumuz, hiss 
etdiyimiz, ölçmələr apardığımız,  müqayisələr etdiyimiz) Mütləq olan                 
İşıq Sahibi Yaradıcı (obsolyut) İlahi Aləmlədir ki, O, dəyişmir!  
             Dəyişmədiyindən də  (təməl), itmir, İtirmir! İşıq Ata,  
törəmələri,  Zərrələrdir. 
 
İstək 
 
               Nə istədik "O"-ndan istədik. Bəxş edən "O"- idi, "O"-ndan 
istədik. Biz müvəqqəti, "O"- Əbədi! Ondan istədik! 
 
Dünyanın sahibi 
 
                 Nə böyük  xöşbəxtlik!  Allahın  dünyası  var,  dünyanın  
Allahı  var,  bütün  bəşəriyyət “O”-nun, Dünyası  içərisində  var. 
 
İşıq və Zərrə toplum hərəkəti 
             H. Teslanın "dəyişən cərəyan" - kəşfi bəşəriyyəti İşıq aləminə 
bağlaya bildi! 
              Elektrik cərəyanı 50 hers tezliyinə çatdırıldı! 
             O 50 hers tezliyi, elektrik İşığının kvant-kvant (yə'ni hissə-hissə 
işıq axımının, selinin diskret kəmiyyətdə olduğunun, daha dəqiq desək, 


206 
 
yanıb-sönür halını o 50 hers tezliyinə uyğun, bir "işıq axımı"- kimi 
müşahidə edirik) halını nizamlamağa xidmət edir! 
             Yə'ni elektrik işıq halını bir hədli kimi müşahidə edə bilirik. 
Amma Kainat sistemində də, İşıq selinin bərabər “Nizamlama” - həddi 
mövcuddur! 
              Necə ki, Kainat daxilində bütün küllü-kütlələr (planetlər), 
həmahəng sür'ət tezliyinə, Nizamına tabedir! 
              Yə'ni Kainatda bütün planetlər 16-vahid sür'ət, Nizamı 
çərçivəsində (o həddindən artıq, çox böyük sür'ətdir) sür'əti 
nizamındadırlar! 
               O sür'ət tezliyinə mütənasib, biz canlıların görmə tezliyi də
16-vahid tezlik sür'ətinə mütənasibdir, predmetləri görərkən, onların 
hərəkət halını o 16- ya müvazi müşahidə edə bilirik! 
                Kainatda başqa hərəkət sür'əti mövcuddurmu? 
Planetlər arası hərəkət sür'əti 16-vahidə nizamlandığı halda, İşıq və 
İşıqdan Zərrələrin hərəkət sür'əti 64-vahid nizamına uyğundur! 
Planetlərin hərəkətlərini rahat müşahidə etməyimizə səbəb, gözümüzün 
görmə tezliyinə münasib olaraq (16), bir yerdə görürük! 
                 Amma Kainatda hərəkətdə olan Komet və Asteroidlərin 
hərəkət sür'əti 64-vahid sür'ətə mütənasib olduğundan onları İşıq 
"quyruğu" ilə müşayət olunur!  
                  O hərəkət sür'ətinə mütənasib, Kainatda sərbəst Zərrələrin 
toplumunu (o sür'ətə mütənasib) bir toplumda müşayət edə bilirik! 
                  O asteroidlər, kometlər yerə gəlib düşdükdə, toxunduqda 
(Tunquz, Çelyabinsk meteoriti) o sahədə böyük İşıq-Zərrə toplumu, 
birliyi diametral çox güclü İşıq saçır! 
                  Əgər Kainatlar arası planetlər sür'əti 16-vahid hərəkətində 
olmayıb, 64-vahid hərəkətinə müvafiq olsa idi, o hərəkət sür'ətinə 
mütənasib bütün planetləri çox parlaq İşıq əhatəsində görmüş olardıq! 
                  Düşüncələrimizin də, sür`əti, indikindən çox-çox fərqli 
olmuş olardı! 
                  Kainat Nuru Mövcuddur, amma gözümüzün görmə sür'ətinə 
mütənasib O Nur Qədərini olduğu kimi görə bilmirik! 
Bu isə o demək deyil ki, O Nur, O İşıq mövcud deyil! "O"-nun, Nuru 
Görünməzdir! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə