www.achiq.info
84
milləti münasibətlərini müəyyən etmək lazım idi. Qəzetin millət anlayışına münasibəti yuxarıda qeyd
edilmişdi. Qəzet milliyyət anlayışını vətəndaşlıq, hər hansı ərazi
birliyinə, siyasi quruma yaxud müasir
terminlə desək vətəndaş cəmiyyətinə mənsubluq kimi başa düşürdü. Millət və milliyyət anlayışlarının İran
və Azərbaycana nəzərən müəyyən edilməsinde əsas ünsür dil hesab edilirdi. Hakim ideoloqlar “İran milləti”
və ”İran milliyyəti” anlayışlarının mütləq fars dilini də nəzərdə tutmasını iddia edirdilər. ”Azərbaycan
cəmiyyəti” və onun orqanı ”Azərbaycan” qəzeti həmin terminlərin bu cür şərhi ilə razılaşmırdı. Qəzet belə
hesab edirdi ki, Azərbaycan dili Azərbaycan millətinin ayrılmaz bir əlaməti olduğu halda ”İran milləti” və
”İran milliyyəti” deyilən anlayışlar üçün belə bir dil ünsürü mövcud deyildi, çünki İran çoxmillətli bir
cəmiyyətdir. Qəzet belə hesab edirdi ki, vətəndaş cəmiyyəti kimi başa düşülən “İran milliyyəti” anlayışı
üçün əsas şərt ”məqsəd və ideal birliyidir”
63
İran üçün vahid dil ünsürünün əhəmiyyətini (əslində
assimilyasiya siyasətini) şişirdənlərə müraciətlə qəzet bildirirdi ki, vahid dil İranın
müstəqilliyinin yeganə
əlaməti ola bilməz.
64
”Azərbaycan cəmiyyəti”nin Azərbaycan dilinin hüquqlarını bərpa etmək sahəsindəki fəaliyyətinə
düşmənçiliklə baxan panİranistlərlə hətta Azərbaycanın valisi X.Fəhimi belə razılaşmırdı. O özünün həmin
münasibətilə “Şahin” qəzetinə yazdığı məktubda bildirirdi ki, azərbaycanlıların öz dillərində danışmalarına
səy etmələri heç də onların mərkəzi hökümətə və ölkənin bütövlüyünə qarşı qalxdığını göstərmir.
65
Bununla belə, “Azərbaycan qəzeti doğru qeyd edirdi ki, Azərbaycan dilinin vəziyyəti Azərbaycan
millətinin İran cəmiyyətində vəziyyətini, əzilən millət olduğunu dəqiq əks etdirir. Azərbaycan dilinə qarşı
mübarizə Azərbaycan millətinə iqtisadi, sosial, siyasi təzyiqin gücləndirilməsinin bir formasıdır.
Buna görə
də Azərbaycan dilinin bərabərliyi uğrunda mübarizə aparmaq lazımdır. Azərbaycan demokratlarının
fikrincə dillərin bərabərliyi azərbaycanlıları İranın əsil vətənpərvəri edib, onların milliyyətini (İran
vətəndaşlığını) möhkəmlədər. “Dil-fars şovinistlərinin digər dillərin işlədilməsinə qarşı mübarizəsini
nəzərdə tutan qəzet yazırdı:- azərbaycanlıların azadlıq ruhunun məhv edilməsi, onların əbədi əzilənlərə
çevrilməsi uçün bir pərdədir”.
66
Ana dili məsələsi Azərbaycanın mühüm problemlərindən biri olub fars-
Azərbaycan, mərkəz - Azərbaycan münasibətlərinə həmin şəraitdə güclü təsir göstərdiyinə görə dillərin
bərabərliyi tələbi ön plana çıxmışdır. Demokratların əqidəsinə görə həmin məsələnin həlli nəinki milli
məsələnin həllini, həm də İran dövlətinin bütövluyünü təmin edər. “Biz deyirik ki, əgər siz
azərbaycanlıların əxlaqının, adət-ənənəsinin, dilinin,
hisslərinin sizin əxlaq, adət-ənənə, dil və hisslərinizlə
eyni olduğunu güman edirsinizsə, gərək biləsiniz ki, bu milli vəhdət o vaxt sabit olacaq ki, mütləq azadlığa
yəni dil, adət, hiss azadlığına tamamilə riayət olunsun”.
67
”Cəmiyyət” azərbaycanlılarda öz dili haqqında obyektiv təsəvvür yaratmağa səy göstərirdi.
”Azərbaycan” qəzeti azərbaycanlıların özünəməxsus qədim və zəngin dili olduğunu xüsusi qeyd edirdi.
Qəzet Azərbaycanda fars dilinin yayılmadığını
68
Azərbaycan dilinin türk dilləri sistemində müstəqilliyini
69
, Azərbaycan əhalisinin dili ilə İranın digər əyalətlərinin əhalisinin dili arasında hələ VII əsrdən heç bir
oxşarlıq olmadığını,
70
İranda monqolların hökmranlığı ilə Azərbaycanın türkləşməsi arasında
heç bir əlaqə
olmadığını
71
qeyd edir, Azərbaycanda indiki dilin işlənməsi dövrünü göstərirdi.
72
Azərbaycan xalqı təkcə bu dildə danışmamış, həm də həmin dildə zəngin mədəniyyət abidələri,
ədəbiyyat yaratmış
73
və yaratmaqdadır. Bunu nümayiş etdirmək üçün qəzetdə Azərbaycan ədəbiyyatı
haqqında yazılar,
74
Azərbaycan nağıllarından,
75
atalar sözlərindən
76
nümunələr, kiçik hekayələr
77
və
nəhayət hər nömrədə bir və ya iki müasir şer parçası və s. dərc edilirdi. Azərbaycan tarixinin bəzi səhifələri
haqqında verilən yazılar
78
da tarixi milli şüuru möhkəmləndirməyə xidmət edirdi.
www.achiq.info
85
”Cəmiyyət” özünün əsas vəzifəsini Azərbaycan dilinin həqiqi, faktiki bərabərliyinə nail olmaq, ana
dilinin işlənmə sahəsinin bərpa edilməsi və genişləndirilməsində görürdü. “Biz əminik ki, - qəzet yazırdı -
hər bir millət öz milli dilini, adət-ənənələrini qorumalı, öz işlərini və tərəqqisi ilə bağlı məsələləri
özü idarə
etməli və başqa millətlərin onun dilinə, digər işlərinə qarışması qeyri-qanunidir və azadlıq qanununa ziddir.
Вə biz elan edirik: öz dili, milliyyəti və ənənələri olan Azərbaycanın öz ana dilini işlətməyə, bu dildə
məktəbdə tədris etməyə, kitab çap etməyə haqqı vardır”.
79
“Cəmiyyət” geniş demokratik dairələrin ana
dilinin bərabərliyi uğrunda mübarizə əzmini əks etdirərək, intellektual qüvvələri bu mübarizəyə səfərbər
etməyə çalışırdı. “Kim ki, bizim dilimizə, ənəpələrimizə,
sərvətimizə qəsd etmək istəsə, biz onu öz
düşmənimiz sanacaq və son nəfəsimizə qədər onları məhv etməyə çalışacağıq”.
80
Azərbaycanın və Azərbaycan xalqının iqtisadi, mədəni və sosial mənafeyini Təbrizdə demokratik
hərəkatın tanınmış nümayəndəsi, azərbaycanlı H.Aqazadənin nəşr etdiyi “Şahin” qəzeti də müdafiə edirdi.
Farsca nəşr olunan qəzetin səhifələrində azərbaycanca vətənpərvərlik mövzusunda şerlər çap olunurdu.
Qəzet azərbaycanlıların ana dilinə hörmət
etməyi tələb edir, Tehrana getməyə məcbur olub, paytaxtda ali
məktəbə qəbul zamanı ayrı-seçkiliyə məruz qalan azərbaycanlıları bu qayğıdan xilas etmək üçün
Azərbaycanda ali məktəb açılması uğrunda çıxış edirdi. Qəzet Rezaye (Urmiya), Şahpur (Salmas)
şəhərlərinin əvvəlki adlarını bərpa etməyi tələb edir, Təbriz pedaqoji məktəbinin müəllim və tələbə
heyətinin Tehranda komplektləşdirmə kimi fasid təcrübəyə qarşı çıxırdı. Azərbaycanın iki müstəqil əyalətə
bölünməsini pisləyən qəzet bildirirdi ki, bu suni vəziyyət Qərbi və Şərqi Azərbaycanın birliyini məhv edə
bilməz. Qəzet həmçinin Azərbaycanın böyuk oğullarının xatirəsini əziz tutmağa, onların adını Təbrizin kücə
və meydanlarında əbədiləşdirməyə, onlara heykəl qoymağa çağırırdı.
81
Bununla belə ”Şahin” qəzeti
”Azərbaycan” qəzeti kimi milli maarifçiliklə məşğul olmurdu.
“Azərbaycan” cəmiyyəti milli şüurun inkişaf edib formalaşması üçün mühüm mərhələ və şərt olan milli
özünü- dərketmə ilə yaxından məşğul olmuşdur.
”Azərbaycan” qəzeti milli özünüdərketmə prosesinin nəticələrini cəmiyyətdə gedən informasiya
mübadiləsinə daxil etmək üçün çox mühüm vasitə idi. Ancaq bu yolla Azərbaycan
millətini təşkil edən
fərdlərin ictimai şüurunu milli tarix, mədəniyyət və s. haqqında məlumatla zənginləşdirmək olardı. Qəzetdə
çap edilənlər milli dil, ədəbiyyat, tarix və s. sahəsindəki biliklərin cüzi bir hissəsini təşkil etsə də oxucularda
Azərbaycan xalqının qədimliyi, özünəməxsusluğu və problemləri haqqında müəyyən təsəvvürlər yaratmağa
kömək edir və eyni zamanda hakim millətçilik ideologiyasına qarşı yönəlmişdi. İranda fars və Azərbaycan
dilində yeni olan bu məlumatlara xalqın böyük ehtiyacı vardı.
”Cəmiyyət” tezliklə informasiya istehsal edib yayan mərkəz olmaqdan əlavə mədəni
inkişafa təkan
verən, azərbayanlıların milli konsolidasiyasını sürətləndirən mühüm mərkəz rolunu da oynamağa başladı.
Qəzetin 10-cu nömrədən etibarən üç (2,3,4) səhifəsinin Azərbaycan dilində nəşr olunması Azərbaycan
dilində oxuyub-yazmağa marağın artmasını göstərməklə, ədəbi yaradıcılıq üçün yeni imkanlar açmışdır.
”Cəmiyyət” həmçinin bəzi milli-mədəni məsələlərin işdə həll olunmasına səy göstərirdi. “Cəmiyyət”in
təşəbbüsü ilə İran inqilabının (1905-1911) fədakar qəhrəmanları Səttar xan və Bağır xanın xatirəsinə həsr
olunmuş gecə keçirilmiş, həmin gecədə Təbrizdəki Pəhləvi Xiyabanına Səttar xanın adı verilməsi qərara
alınmış
82
və az sonra bu qərar həyata keçirilmişdir.
83
“Azərbaycan” cəmiyyətinin təşəbbüsü ilə teatr
truppası təşkil olunmuşdur.
84
“Cəmiyyət” meydana gəlmiş müxtəlif teatr və incəsənət dəstələrini bir