Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

 
www.achiq.info
  
 
80 
 
Azərbaycan dilinin işlədilməsinin qadağan olunmasına baxmayaraq bir çox azərbaycanlı şairlər öz 
dillərində yazmağı davam etdirirdilər. Onlardan biri dahi Azərbaycan satirik şairi M.Ə.Sabirin (1862-1911) 
davamçısı M.Ə.Möcüz (1873-1934 / 1254-1313) idi. XX əsrin əvvəlindən bədii yaradıcılığa başlayan şair 
öz yaradıcılığını ana dilinin qadağan edilməsindən sonra da davam etdirmişdi. O özünün cəmiyyətin sosial 
və mənəvi eybəcərliklərini ifşa edən şerlərini əsasən savadsız olan Azərbaycan cəmiyyətinin əksəriyyətinin 
dilində yazırdı. Öz ana dilində əsərlərini nəşr etdirməyə imkanı olmayan M.ƏMöcüz bütövlükdə 
Azərbaycan ədəbiyyatı, dili və mədəniyyətinə sədaqətlə xidmət etmişdir. “O, Azərbaycan dilini 
fanatikcəsinə sevirdi”,
34
 
 çünki onu ”yüksək inkişaf etmiş milli şüur”
35
 fərqləndirirdi. Öz üzərində gəlmə 
fars məmurlarının özbaşınalığı və şovinizmini bilavasitə hiss edən məktəb ziyalıları arasında da 
vətənpərvərlik və inkişaf etmiş milli şüur təzahür edirdi. Belə ki, 1937-ci ildə üçüncü ostanın (Şərqi 
Azərbaycan) yeni maarif müdiri Təbrizə gəldi. O, fars dilində danışıq vərdişlərini möhkəmlətmək məqsədi 
ilə Ali pedoqoji məktəbin müdiriyyətinə burada müəllim və tələbələrin iştiirakı ilə yığınçaqlar keçirməyi 
tapşırdı. 
O həmçinin məktəbin müdirindən danışıq zamanı Azərbaycan dilindən istifadə edən müəllim və 
tələbələri məktəbdən xaric etməyi tələb etdi, lakin bir neçə gün sonra, həmin məktəbin müdiri Əli Əkbər 
Səba yığıncaqda çıxış etdi və ”heç kəsin intizarı getmədən türkcə danışmağa başladı. Səbanın türkü 
danışması ağayi rəise maarifin (maarif müdirinin - V.M.) ihanətinin (təhqirinin - VM.) acısını yuyub apardı, 
və uşaqları coşdurdu.”
36
 Bəzən zavodlarda fəhlələr fars dilində danışmaqdan imtina edirdilər.
37
 bəzi 
məktəb müdirləri məktəblərin əvvəlki adlarının qaytarılması uğrunda, Azərbaycanda yerləşən hərbi 
hissələrdə azərbaycanlı zabitlər fars zabitlərinin fars şovinizminə qarşı çıxış edirdilər.
38
 
Qeyd edilən faktlar göstərir ki, milli hüquqlar uğrunda çıxışlar qeyri-mütəşəkkil, təbəqədaxili xarakter 
daşıyırdı. Bu da yuxarıda qeyd «edildiyi kimi Azərbaycan cəmiyyətinin sosial strukturunun etnik tərkibi ilə 
bağlı idi. Belə ki, burada ən qeyri-milli komponent məmurlar, xüsusən onun yuxarı dairələri idi, hərçənd 
Azərbaycanın məmurları sırasında bu və ya digər dərəcədə azərbaycanlılar da təmsil olunmuşdular. Belə ki, 
müxtəlif vaxtlarda azərbaycanlılar Təbriz şəhər bələdiyyə idarəsinin rəisi, Sovuc- bulaq, Maku polisinin 
rəisi, Urmiyə şəhər maarif idarəsinin rəisi, Urmiyə və Ərdəbil vilayətlərinin qubernatorları, Azərbaycanın 
appelyasiya məhkəməsi, maliyyə idarəsinin rəisi, Şərqi Azərbaycanın kənd təsərrüfatı idarəsi, poçt və 
teleqraf idarəsi və əyalət maarif idarəsi rəisi və s. vəzifələrində çalışmışlar.
39
 Bundan əlavə, 1937-ci il 
inzibati-idarə islahatı qanununa görə aşağı dərəcəli məmurlar, məsələn dehdar (nahiyyə starşinası) və 
kəndxuda yerli əhalinin nümayəndələrindən təyin
 
edilməli idilər.
40
 Görünür, qeyd olunan qanun qəbul 
olunandan əvvəl də vəziyyət belə imiş. Başqa sözlə qeyri-milli məmurlar kəndlərə nüfuz etməmişdilər. 
Məmurlar haqqında danışarkən, onu da qeyd etmək lazımdır ki, azərbaycanlılar bütün cəmiyyətin siyasi 
və inzibati-idarə strukturunda müəyyən mövqelərini qoruyub saxlamaqda idilər. Belə ki, 10 və 11 nömrəli 
cədvəllərdə (Əlavə 1) qeyd olunmuş nazir və vali vəzifələrindən başqa, azərbaycanlılar müxtəlif illərdə 
İranın sənaye üzrə baş idarəsinin, polisinin rəisi, Tehran cinayət məhkəməsının rəisi, Kerman, Kürdüstan və 
Kermanşahın maliyyə idarəsinin rəisi, baş nazirin müavini, İranın xarici ölkələrdə səfirləri, Həmədanın 
appelyasiya məhkəməsinin sədri, Fars əyaləti maarif idarəsinin rəisi, ölkənin ticarət baş idarəsinin, yollar 
baş idarəsinin baş direktoru və s. vəzifələrdə işləmişlər.
41
 
Azərbaycanlılar Rza şah sarayında, baş nazirin dəftərxanasında, bütün nazirlik və baş idarələrdə bu və ya 
digər funksiyanı yerinə yetirirdilər. 
Azərbaycandan kənarda işləyən azərbaycanlı məmurlar Azərbaycan xalqına qarşı yeridilən millətçilik 


 
www.achiq.info
  
 
81 
 
siyasətini yaxından hiss edib başa düşselər də ümumdövlət menafeyinə xidmət etdiklərindən obyektiv 
olaraq həmin siyasətin işlənib hazırlanması və yerinə yetirilməsinde iştirak edirdilər. 
Azərbaycanın özündə ise məmurların tərkibinde müəyyən Azərbaycan təbəqəsinin olması bir tərəfdən 
bürokratik özbaşınalığın millətçiliklə eyniləşdirilməsi meylini zəiflədir, digər terəfdən həmin təbəqə 
daxilində milli hisslərin daha güclü təzahür etməsinə şərait yaradırdı. 
Beləliklə, Azərbaycanda meydana gəlmiş milli şərait onunla xarakterizə olunurdu ki, etnik cehətdən 
yekcins olan əsas sosial təbəqələr prinsip etibarilə iş verənlərin mənafeyini müdafiə edən, eyni zamanda 
hakim millətin nümayəndəsi olan fars (yaxud qeyri-milli) məmurlar vasitəsi ilə bir-birinə bağlanmışdılar. 
Sosial strukturda aşağı mövqe tutan təbəqələr ayrı-seçkilikdən daha çox, ilk növbədə azərbaycanlı hakim 
təbəqələrin iqtisadi, siyasi, sosial zülmündən əziyyət çəkir, ona görə də başlıça olaraq sosial azadlıq uğrunda 
çıxış edirdilər, hərçend öz milli mənafeyi onlara yad deyildi. Farsdilli Azərbaycan ziyalılarının bir hissəsi öz 
xalqının assimilyasiya olunması uğrunda çıxış edir, ziyalıların digər hissəsi ayrı-seçkilik siyasətindən 
narazılıq edirdilər, çünki həmin siyasət onların maddi mənafeyinə toxunur, onları əyalətdə fars 
ziyalılarından asılı vəziyyətə salırdı. 
Maraqlıdır ki, Rza şahın daxili siyasətini məhkum edən müəlliflər Azərbaycanın iqtisadi geriləməsi və 
fars məmurlarının özbaşınalığını xüsusi qeyd edirdilər. 
”Pəhləvi dövrəsində siyasət belə idi ki, Azərbaycanda bütün idare rəisləri və iş başçıları 
azərbaycanlılardan olmamalı idi. Buna görə Pəhləvinin qüdrətinə arxalanan farslar azərbaycanlılarla yola 
getməyib, özlərin onlara hakim sayırdılar. Onlar azərbaycanlılar haqqında heç bir təhqir və zülmdən geri 
durmayırdılar”.
42
 Azərbaycandan 13-cu çağırış (1941) İran məclisinin deputatı Həriri məclisdə öz çıxışında 
demişdir: ”Son iyirmi il ərzində... Təbrizdə cəmi Ali pedaqoji məktəb üçün bir bina və bir elevator inşa 
edilib. Şəhər idarəsinin böyük büdcəsindən bələdiyyə idarəsi üçün xırda bir bina və bir dənə naqis bənd 
tikintisi üçün pul ayırmışdılar. Soyqunçuluqla məşqul olan... bu diyarın igid övladlarının hissiyatını 
tapdalayan... bəzi ləyaqətsiz məmurlar, nəinki cəzasız qalmış, əksinə Tehrana qayıtdıqdan sonra onlara 
xüsusi himayədarlıq göstərilirdi.
43
 
Beləliklə, əyalət iqtisadi və sosial infrastruktur cəhətdən tənəzzül keçirir, Azərbaycan xalqı isə ilk 
növbədə məmurların özbaşınalığı, şovinizmi şəklində təzahür edən milli zülmə məruz qalırdı. Bu zülmü ən 
konkret, gözə çarpan şəkildə və daim azərbaycanlı məmur və ziyalılar hiss və dərk edirdilər, ona görə də 
onların arasında həm bu zülmə müqavimət, həm də ən başlıcası, Azərbaycan millətinin spesifik mənafeyinin 
dərk edilməsi və öz qrup mənafeyinin milll mənafe ilə eyniləşdirilməsi prosesinin getməsi özünü göstərirdi. 
Yuxarıda qeyd edilənlər göstərir ki, Azərbaycanda dövlətin millətçilik siyasəti və məmurların şovinist 
özbaşınalığına qarşı narazılıq mövcud idi və artırdı. Lakin bu narazılıq qeyri-mütəşəkkil və fərdi-hissi 
səviyyədə özünü göstərirdi. Bu da sosial strukturun əsas komponentlərinin etnik yekcinsliyi, ölkədə polis 
diktaturasının hökm sürməsi, və deməli xırda burjuaziyanın və ilk növbədə ziyalıların fəaliyyətinin 
mütəşəkkilliyi və onun təşkilatçılıq fəaliyyəti üçün mühüm şərt olan demokratik şəraitin olmamsı ilə bağlı 
idi. 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə