Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə40/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

 
www.achiq.info
  
 
86 
 
təşkilatda birləşdirmək məqsədi ilə 1942-ci ilin fevral ayında idarə heyəti təşkil etmiş, idarə heyəti xüsusi 
komissiya yaradaraq incəsənət sahəsindəki kortəbiiliklə mübarizə etməyi qarşısına məqsəd qoymuşdur.
85
 
“Cəmiyyət” həmçinin Azərbaycan dilində kitab nəşr etməyə başlamışdır.
86
 
Beləliklə, 40-cı illərin əvvəllərində azərbaycanlılar özlərini dil, ərazi, psixi xüsusiyyətlər birliyinə malik 
müstəqil millət hesab edirdilər. ”Azərbaycan cəmiyyəti” Azərbaycan millətinin müstəqilliyini və onun öz 
müqəddaratını təyin etmə hüququna malik olmasını əsaslandırmağa çalışaraq, Azərbaycan millətinin 
mədəniyyət, dil sahəsində dirçəlişi və azərbaycanlılar arasında milli şüurun yayılması və dərinləşməsi 
yolunda təsirli tədbirlər həyata keçirdi. 
Azərbaycan mətbuatı tarixində ilk dəfə ”Azərbaycan” qəzeti səhifələrində İranın digər azərbaycanlıları 
haqqında məlumat verilmişdi. Qəzvindən qəzet redaksiyasına məktub yazmış təbrizli müəllif qeyd edir ki, 
Təbrizdən Həmədana qədər, Həmədan ətrafında, Xəmsə mahalında azərbaycanca danışırlar. Bundan əlavə 
200 minlik Qaşqay tayfasının ana dili də Azərbaycan dilidir. Müəllif həmin azərbaycanlıların rəhbərsiz 
olduqlarını qeyd edərək belə nəticəyə gəlir ki, Azərbaycan milləti ən bədbəxt millətdir, çünki onun bircə 
arzusu var, o da öz ana dilində danışmaq imkanına malik olmaqdan ibarətdir.
87
 
Bu məktub özü azərbaycanlıların milli şüurunun dörinləşməsini, İranın bütün azərbaycanlılarının milli 
birliyinin dərk edilməsini göstərir. Nəzərdən keçirilən dövrdə İran azərbaycanlıları məsələsini Azərbaycanın 
sosial, iqtisadi və s. məsələləri ilə bağlamaq çətin olduğu üçün həmin məsələ qaldırılmadı. Lakin nadir 
hallar istisna olmaqla milliyyət və millət anlayışlarının mütləq dil ilə bağlanması artıq özündə Azərbaycan 
milləti məfhumunu İranda millətin təbii etnik-dil sərhəddinə qədər genişləndirilməsi imkanını daşıyırdı. 
Bunu azərbaycanlı S.Azərin Türkiyədə çap etdirdiyi ”İran turkləri” əsəri də göstərir. Müəllif öz əsərində 
İran azərbaycanlılarının sayı (İranın 10 mln. əhalisindən 5 mln-u) haqqında bəzi mülahizələr söyləyir, 
onların etnik coğrafiyasını, tayfa- qəbilə quruluşunu təsvir edir.
88
 
Müəllif milli hüquqları tanınmayan azərbaycanlıların ari mənşəli olmaları ideyasını rədd edir, milli 
zülmün əsas formalarını açıb göstərir.
89
 
S.Azər də milli özünü dərketmə ilə məşğul olmağın zəruriliyi tezisini irəli sürür. “Biz hər şeydən 
əvvəl - müəllif yazır - özümüzü, öz mənliyimizi idrak etməliyik”.
90
 Azərbaycanlıların məhkum 
vəziyyətdə olmalarının səbəblərindən birini müəllif özünə mövcud gerçəkliyə uyğun münasibətin 
olmamasında görürdü. O, azərbaycanlının ari olmasını qəbul etmir və fars və azərbaycanlıların tale 
birliyini inkar edir.
91
 
 Kitaba müstəqil fəsil kimi daxil edilmiş ”İranda türk şairləri” hissəsi Aran 
tərəfindən yazılmış və azərbaycanlıların milli-mədəni müstəqilliyini əsaslandırmaq məqsədi güdürdü. 
Müəllif Azərbaycan dili vص Azərbaycan xalqının türk dilləri və xalqları sistemində müstəqil yer 
tutduğunu qeyd edir.
92
 həmin hissədə qeyd edilir ki, müəllif türkdilli azərbaycanlıların indiki ərazidə 
avtoxton olması haqqında əsərini də çapa hazırlayıb.
93
 
Aran həmçinin klassik və müasir Cənubi Azərbaycan şairləri haqqında qısa məlumat, onların 
şerlərindən nümunələr vermişdir. Kitabın həmin fəsili Azərbaycan dilində bədii ədəbiyyatın olmadığı 
haqqında Azərbaycan-fars assimilyasiya tərəfdarlarının iftiralarının əleyhinə yönəlmişdi. Həmin kitab 
bütövlükdə azərbaycanlı ziyalıların bir çox nümayəndələrinin inkişaf etmiş milli şüura malik olmalarını 
və İranın bütün azərbaycanlılarının milli birliyinin dərk olunmasını göstərirdi. Bununla belə müəlliflər 


 
www.achiq.info
  
 
87 
 
azərbaycanlıların milli həyatının dirçəlişinə yardım edə biləcək nəinki siyasi, hətta mədəni proqram irəli 
sürə bilməmişlər. Məzmunu və yolları göstərilməsə də milli hüquqların əldə edilməsinə çağırışla 
kifayətlənilmişdir. Məhz müsbət proqram irəli surülməsi baxımından həmin kitab “Azərbaycan” 
qəzetindən xeyli geri qalırdı. 
Rza şahın hakimiyyətdən getməsindən sonra şok zərbəsindən özünə gələn irticaçı qüvvələr cəmiyyətdə 
özünün əvvəlki siyasi, ideoloji mövqelərini bərpa etmək, dövlətin həyatın bütün sahələri üzərində nəzarət 
qoyması, demokratik dəyişikliklərə mane olmaq üçün az qüvvə sərf etmədilər. Azərbaycanda milli azadlıq 
hərəkatı ilə mübarizədə onlar xüsusi inadkarlıq göstərirdilər. Hakim dairələr “Azərbaycan” cəmiyyəti və 
onun orqanı ”Azərbaycan” qəzetinin fəaliyyətinə hər vasitə ilə mane olurdular.
94
 Mərkəzdə ”Cəmiyyətə” 
qarşı əvvəlcə ideoloji mübarizəyə başlanmış,
95
 sonra qəzetin Tehranda yayılması qadağan edilmişdir.
96
 
1942- ci ilin əvvəllərindən mürtəce hakim dairələr öz təzyiqini gücləndirmiş və aprel ayının əvvəlində 
”Azərbaycan cəmiyyəti”ni buraxmağa və onun mətbu orqanı “Azərbaycan” qəzetini qadağan etməyə nail 
olmuşlar. 
Beləliklə, əyalətdə təkcə mərkəzi hökumətin deyil, həm də Azərbaycanda assimilyasiya siyasətinin 
tərəfdarları olan yerli hakim dairələrin mövqeyi müəyyən dərəcədə möhkəmləndi. Azərbaycan hakim 
təbəqələrinin azərbaycanlıların spesifik milli mənafeyinə münasibəti H.Katibinin “Azərbaycan və vəhdətə 
melliye İran” (”Azərbaycan və İranın milli birliyi”) əsərində əks olunmuşdur. 
H.Katibinin əqidəsinə görə Azərbaycan dili və mədəniyyətinin dirçəlməsi uğrunda hərəkat, özünü 
müstəqil sosial- etnik orqanizm kimi dərk etmək meyli Azərbaycan ruhunun əsas mahiyyəti ilə bağlı 
deyildi. Müəllifin fikrincə bəzi qəzetlərdə ”Azərbaycanın milliyyəti, dili və mədəniyyəti” haqqında dərc 
edilmiş məqalələr səthidir və məqalə müəlliflərinin məlumatsızlığını və əsassız təəssübkeşliyini göstərir.
97
 
Müəllif milli hərəkatın Azərbaycan gənclərinə mümkün ola bilən təsirindən ehtiyat edərək, öz 
oxucularına müzakirə olunan məsələlər haqqında ”həqiqi” informasiya təqdim etmək üçün 
azərbaycanlıların milliyyəti və dilini tədqiq etməyi qərara alır. Bu məqsədlə o, O.Bauer.E.Renan və 
başqalarının millətlə bağlı məlum ideya və konsepsiyalarını qeyd edir, həmçinin bir sıra rəsmi xarici və 
beynəlxalq bəyannamələrdə millət haqqında səbt edilmiş tərifləri verir.
98
 Yuxarıda deyilənlərdən çıxış 
edərək müəllif milliyyəti təşkil edən aşağıdakı ünsürləri xüsusi qeyd edir: ‘‘Ərazi, tarix, xatirələr, milli 
əfsanələr, irq, dil, din, qanunlar, adətlər, ənənələr, əxlaq, həyat tərzi, ədəbiyyat, mənəvi və mədəni irs, 
hisslər, ifadə. məqsəd, milli ideal.”
99
 
Müəllif fikirləşir ki, İranlılar dil cəhətdən bir- birindən fərqlənsələr də, tarix, ərazi, mənafe, qanunlar, 
ənənələr, milli ideal, ruh birliyi və s. cəhətdən “mütləq birliyə” malikdirlər.
100
 İranlılardan ötrü ümumi 
vətən və millət hər şeydən yüksəkdir,
101
 bu da müəllifə görə ayrı-ayrı etnik birliklərin milli mənafeyini 
dəyişdirməlidir. 
H.Katibi mövcud olmayan tarixi tale, ədəbiyyat, folklor birliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, 
“azərbaycanlı farsdır, olmuş və olacaqdır”.
102
 
Müəllifin başa düşdüyünə görə ”İranlı” termini nəinki İran dövlətinin vətəndaşını, həm də fars dilində 
danışan, ari ruhlu, mənşəli fərdi ifadə edir. H.Katibi azərbaycanlının ari mənşəli olduğuna qətiyyən şübhə 
etmirdi.
103
 Müəllifin əsas məqsədi İran və Azərbaycanın milli vəhdətini sübut etməkdir. Bu məqsədlə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə