Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə41/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

 
www.achiq.info
  
 
88 
 
müəllif coğrafiyaya, əyalət və vilayət əncümənləri haqqında qanunun ikinci maddəsinə (əyalətin 
məmləkətin ayrılmaz hissəsi olması (1907), azərbaycanlılarla farsların üç min illik birgə tarixi, irqi 
əlamətlərinə, İranda bütün digər irqləri, xalqları guya öz aralarında əritmiş qədim fars və midiyalıların 
mənşə birliyinə, millət və mifik dil vəhdətinə və s. istinad edir.
104
 H.Katibi doğru olaraq qeyd edir ki, 
“dil birliyi” milli birliyin struktur yaradan ünsurlərindən biridir”.
105
 Lakin, İranda həqiqi dil birliyinin 
mövcud olmaması müəllifi güya İranlıların qədimdə mövcud olmuş dil birliyindən, həmin birliyin müasir 
Azərbaycanda reliktinin mövcudluğundan, azərbaycanlılara türk dilinin zorla qəbul etdirilməsi 
təsəvvüründən (S.Ə.Kəsrəvinin əsərləri əsasında), Azərbaycan dilinin güya qeyri-müstəqilliyindən çıxış 
etməyə məcbur edir. O yazır: ”Savadsızlar və ailə üzvləri arasında, onların adi həyatında ancaq ünsiyyət 
vasitəsi olan indiki Azərbaycan dili, fars, ərəb, monqol, Avropa və Şərq dillərinin qarışıqı olub 
Monqolustanda, Türkistanda, Qafqazda və Türkiyədə danışılan türk dili deyildir”.
106
 Müəllifin qeyri-
ixtiyari və öz iddialarının əksinə olaraq Azərbaycan dilinin dünyanın digər dilləri ilə geniş miqyasda 
tarixi əlaqələrini və onun türk dilləri sistemində müstəqilliyini etiraf etməsinə baxmayaraq o, 
azərbaycanlıların tezliklə assimilyasiya olunmaları uğrunda. çıxış edirdi. Müəllifə görə bunun üçün 
azərbaycanlıların fars dilində savadlılıq səviyyəsini yüksəltmək, onları İranizmin həqiqi mahiyyəti ilə 
tanış etmək kifayətdir, Belə siyasət yeridilərsə, H.Katibiyə görə, azərbaycanlıların tamamilə assimilyasiya 
olunmaları üçün cəmisi 30-50 il kifayətdir. Belə yolla əldə edilən milli birliyin zəruriliyini müəllif milli 
birliyin başqa meyarları ilə də ”əsaslandırır”. Azərbaycan üçün milli ideal - müəllif hesab edir - İranın 
müstəqilliyi və əzəməti və İran bayrağı altında olmaq olmalıdır.
107
 
Beləliklə, Azərbaycanın hakim təbəqələri paniranist ruhlu burjua ziyalılarının nümayəndələrinin 
şəxsində öz milli özünəməxsusluğundan, tarixindən, mədəniyyətindən, dilindən və s. imtina edirdilər. 
Onlar öz sosial-iqtisadi mənafelərini Azərbaycan xalqının milli-demokratik hərəkatının güclənməsi 
təhlükəsindən ancaq bu yolla müdafiə etməyə ümid bəsləyirdilər. 
Nə Azərbaycan hakim təbəqələrinin antimilli ideologiyası, nə İran hakimiyyət orqanlarının zorakılıq 
tədbirləri Azərbaycan xalqının sosial və milli azadlıq meylini məhv edə bilmədi. Bundan əlavə, 
azərbaycanlılar öz tarixində ilk dəfə olaraq milli azadlıq hərəkatı proqramının bir cox cəhətlərini dəqiq 
surətdə ifadə etdilər. ”Azərbaycan” qəzetinin xülasəsindən göründuyü kimi bu proqram əsasən iki əsas 
tələbdə cəmləşirdi: Azərbaycan azərbaycanlılarındır,- Azərbaycan milləti ictimai həyatın müəyyən 
sahələrində öz ana dilindən istifadə etmək hüququna malikdir. 
Beləliklə, 1941-1942-ci illər ərzində azərbaycanlıların milli şüurunun məzmunu nizama salınma, işlənmə 
və səbt olunma mərəhələsini keçərək obyektivləşmiş və Azərbaycan cəmiyyətində informasiya 
mübadiləsinin bir ünsürünə cevrilmişdi. Bundan əlavə, milli şüurun məzmunu mənəvi idrak obyektinə 
çevrilmişdi. Başqa sözlə desək, azərbaycanlıların milli şüuru inkişaf etmişdi, bu qısa dövr ərzində milli 
ideya irəli sürülmüş və Azərbaycan millətinin spesifik milli mənafeyinin mövcudluğunu, onun həmin 
mənafeyi təmin etmək tələbatını ümumi şəkildə əks etdirən milli ideologiya yaradılmışdı. 
Keçmiş Sovet İttifaqı xalqlarının, dünyanın bütün demokratik, mütərəqqi qüvvələrinin imperializmin ən 
təcavüzkar dəstəsi - Alman faşizmi və Yapon militarizmi üzərindəki birgə qələbəsindən sonra əsarət altına 
alınmış xalqların milli suverenliyinin dirçəlişi və dünyada yeni dövlətlərin meydana gəlməsi, dünyanın 
bütün demokratik qüvvələrinin sosial və milli tərəqqi uğrunda mübarizəsi üçün əlverişli şərait yarandı. 
Azərbaycanlılar əlverişli şəraitdən istifadə edərək Azərbaycanda və İranda demokratik dəyişikliklər, milli 
azadlıq mübarizəsi bayrağı qaldırdılar. 


 
www.achiq.info
  
 
89 
 
1945-ci ilin sentyabr ayının üçündə Təbrizdə 77 nəfərdən ibarət bir qrup tərəfindən Azərbaycanda 
müstəqil siyasi partiya - Azərbaycan Demokrat Partiyasının (ADP) yarandığını və onun məqsəd və 
vəzifələrini elan edən müraciətnamə yayıldı. Əsas vəzifə kimi aşağıdakı tələblər irəli sürülürdü: (1) 
Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməsi, (3) məktəbdə dərslərin Azərbaycan 
(üçüncü sinfə qədər ancaq Azərbaycan dilində) və fars dillərində aparılması, (9) azərbaycanlıların məclisdə 
daha ədalətli və mütənasib şəkildə (deputatların 1/3 Azərbaycandan seçilməlidir) təmsil olunmaları, (2) 
həmin vəzifələri yerinə yetirmək ucün əyalət və vilayət əncümənlərinin təşkil edilmesi.
108
 
Septyabrıp 5-də ADP-nin orqanı - “Azərbaycan” qəzetinin birinci nömrəsi 2 səhifə, 2 dildə: fars və 
Azərbaycan dillərində cap olundu. 
ADP öz fəaliyyətinin ilk günlərindən Azərbaycan dilinin təkmilləşməsi və inkişafına xüsusi diqqət 
yetirməyə başladı. Lakin partiyanı yaradanların əsas vəzifəsi onun əyalət çərçivəsində təşkilat və ərazi 
cəhətdən genişləndirilməsi idi. ADP-nin müraciətinin yayılmasından bir ay sonra partiyanın birinci 
qurultayı çağrıldı (2.X.1945) və qurultayda partiyanın məramnaməsi və nizamnaməsi qəbul olundu. 
Müraciətdə irəli sürülmüş tələblər proqramda dəqiqləşdirilmiş, konkretləşdirilmiş və inkişaf etdirilmişdi 
və həmin sənəd demokratik qüvvələrin fəaliyyətinə istiqaməت verən əsas sənədə çevrilmişdi. 
İndi Azərbaycan xalqı milli azadlıq hərəkatının proqramına və bu hərəkata rəhbərlik etməyə qabil olan 
mütəşəkkil siyasi qüvvəyə malik idi və bu özü Azərbaycan xalqının siyasi təşkili yolunda mühüm addım 
idi. Həmin dövrdən ADP azərbaycanlıların milli həyatının təşkilatçısı, onların öz sosial və milli azadlıq 
hərəkatının rəhbərinə çevrilir. Milli ideologiya da inkişaf etməkdə, təkmilləşməkdə idi. Belə ki, ADP 
proqramının preambulasında(müqəddimə) Azərbaycan xalqının özünütəsdiqə, öz müqəddaratını təyin 
etməyə, xalqın şanlı tarixinə layiq olmağa, Azərbaycanı sənaye cəhətdən inkişaf etmiş demokratik ölkəyə 
Çevirməyə can atması öz əksini tapmışdır. Proqramın “Ümumi siyasi məsələlər” bölməsində milli 
muxtariyyət tələbi irəli sürülürdü. “Milli məsələ” bölməsində GösTərilirdi ki, milli hüquqların yerinə 
yetirilməsi İran konsTitusiyası (1906-1907) tərəfindən nəzərdə tutulan əyalət və vilayət əncümənlərinin 
təşkili nəticəsində mümkündür. “Mədəni məsələlər” bölməsində Azərbaycan yazıçılar və incəsənət 
xadimləri ittifaqı, teatr yaratmaq, Azərbaycan mədəniyyəti və dilinin düşmənlərinə qarşı amansız mübarizə 
aparmaq vəzifəsi qoyulurdu.
109
 
Qeyd etmək lazımdır ki, milli demokratik hərəkat çox sürətle inkişaf edir ve hər yeni mərhələdə yeni 
vəzifələr qoyub həll edirdi. 
Hərəkatın genişlənməsi və dərinləşməsi zamanı xalqın geniş siyasi fəallığı nəticəsində partiyanın 
proqramı dəqiqləşmə və təkmilləşməyə məruz qalırdı. Belə ki, Əncümənlərin təşkil edilməsi ideyası öz 
aktuallığını tezliklə itirdi, demokratik hərəkat Azərbaycan xalqının sosial-siyasi, milli təşkilinin yeni 
formalarını irəli sürürdü. 
Azərbaycan xalqı mərkəzi hakimiyyətin onun haqlı tələblərinə ədalətli münasibətinə arxayınlaşmağı arzu 
etməyərək 1945-ci ilin noyabrında ADP-nin rəhbərliyi ilə kütləvi yığıncaqlarda öz nümayəndələrini 
seçməyə başladı, həmin nümayəndələr xalqın iradəsinin ifadəçisi kimi Milli konqresi (20.X1.1945) təşkil 
etdilər. Milli konqres özünü Müəssislər məclisi elan edib 39-nəfərdən ibarət Milli Komitə təşkil etdi. 
Milli Komitə müvəqqəti hökümətin vəzifəsini icra etməli və Milli məclisə seçkilər keçirməli idi. Milli 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə