Microsoft Word vidadi butov dL



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə34/51
tarix01.11.2017
ölçüsü5,05 Kb.
#7732
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

 
www.achiq.info
  
 
73 
 
132- Orada. s.6 
133- Yenə orada. s.7 
134
-
 
 ،هدنيآ
1367
 
)
1988
(
 ،

8
-
9
 

 
ص
 .
253
-
251
  
135
-
 
ا ىورسک

 ميدق نابز اي ىرذ
 نارھت ،ناجيابرذآ
1332
 
)
1953
(
ص ،
 .
21
  
136- Toğan Z. V. Xatirələr. İstanbul, 1969, s..570-571 
137
-
 
ناتساب نايناريا همانراک اي همانناريا ،ىرتشوش ىلع دمحم نب سابع ازريم
 .
1304
 
)
1925
(
ج هرمن ،
 .
ص
 .
105
 
138- Orada. s..33 
139
-
 
دمحم ىنيوزق
 .
ىنيوزق هلاقم تسيب لماک هرود
 دلج ،
1
 
 و
2
 
 ،
1332
 
)
1953
(
ص ،
 .
18
  
140- - Гасанова Е.Ю. Göst. əsər, s.146. 
141 Yenə orada. s.146. 
142- Бутаев И. Проблемы Турции, Л., 1925, с.134. 
143- Мелинков О.Установление диктатуры Реза шаха в Иране, М. 1961, с. 66-67,  
ع ىفوتسم
 .
نم ىناگدنز حرش
...
دلج

 
،
65
6

  
144- Асадуллаев А. Свержение династии Каджаров в Иране (1920- 1925 гг) 1966, с. 105 
145- Асадуллаев А. . Göst. əsər, s.61 
146- Меликов О. Göst. əsər, s..96. 
147- Бакиниски рабочии, 11, 11, 1925  
148- Проблемы совремснной Персии, М.. 1927, с.57. 
 
 
 


 
www.achiq.info
  
 
74 
 
III Fəsil 
Azərbaycanlıların məzlum millətə çevrilməsi və Cənubi azərbaycanlıların 
milli şuurunun formalaşması (1925-1941 -ci illər) 
Rza xanın İran şahı elan edilməsindən sonra İran burjuaziyasının milli birlik ideologiyası İran dövlətinin 
milli münasibətlər sahesindəki siyasətinin əsasını təşkil etdi. Bütövlükdə ölkənin və ayrı-ayrı əyalətlərin, 
müvafiq olaraq fars və digər millət və xalqların sosial- iqtisadi inkişaf səviyyəsi, cəmiyyətin savadlılıq və 
mədəni inkişaf səviyyəsi və İranda etnodemoqrafik şərait əyalətlərin məcmu iqtisadi istismarında (vergi 
yığılması yolu ilə) və qeyri-fars xalqların mədəni-dil assimilyasiyasında təzahür edən millətçilik siyasətniə 
gətirib çıxardı. Azərbaycan cəmiyyətinin sosial strukturunun etnik yekcinsliyi Azərbaycan cəmiyyətində 
sosial-sinfi münasibətlərə milli cəhətin daxil olmasına mane olurdu. Dövlətin Azərbaycanda millətçilik 
siyasətinin icraçıları eyni zamanda Azərbaycan hakim təbəqələrininn mənafeyinin ifadəçisi olan fars 
məmurları idi. Buna görə də bütövlükdə əzilən Azərbaycan milləti fars millətindən, daha çox. mərkəzi 
hökümətin siyasətindən narazı idi və eyni zamanda sosial təbəqələrin siyasi, sosial şüuru milli şüurdan daha 
artıq inkişaf etmişdir. Deməli Azərbaycan məsələsinin mövcud cəmiyyət çərçivəsində Azərbaycan 
burjuaziyasının başçılığı ilə həlli qeyri-mümkün idi. 
 
1-Azərbaycanda qeyri-milli məmurların üstün mövqe qazanması və dövlətin 
assimilyasiya siyasəti. 
Müəssislər məclisi 1925-ci ilin dekabr ayının 25-də dövlətin müvəqqəti başçısı Rza xanı İranın irsi şahı 
elan etdi. Sülalənin əvəz olunması həm sosial strukturda bəzi dəyişikliklər, həm də hakim ünsürlərin sosial 
əlaqə sistemində bir sıra yerdəyişmələrin nəticəsi idi. 
İranda sülalənin əvəz olunmasına həmçinin farsların digər xalqlar üzərində hakimiyyət hüququnun 
bərpa olunması kimi baxırdılar. 
Rza xanın hakimiyyətə gəlməsi ilə mərkəzi hökümət ilk növbədə fars millətinin hakim təbəqələrinin 
sosial-iqtisadi, mədəni mənafeyinin ifadəçisinə çevrildi və bunun nəticəsində İranın müxtəlif xalqlarının 
mərkəzi hakimiyyətə münasibəti kəskin surətdə dəyişdi. Lakin Qacar sülaləsi kimi, yeni Pəhləvi sülaləsi də 
ancaq hər hansı bir millətin hakim təbəqəsinə arxalana bilməzdi, çünki Azərbaycanın torpaq sahibləri və 
burjuaziyasının etnik tərkibində elə bir dəyişiklik baş vsrməmişdi. 
Beləki, ölkənin mərkəzləşdirilməsi prosesində bir sıra xanlar, şahsevən qəbilələrinin başçıları fiziki 
surətdə ləğv edilmiş və onların torpaqlarının bir hissəsi dövlətin mülkiyyətinə keçmişdir. Şahsevənlərin 
tamamilə oturaq həyat tərzinə keçməsi üçün onlara torpaq sahələri ayrılmış, onların yaşadıqları ərazilərdə 
bir sıra köçəri kürd tayfaları yerləşdirilmişdi. Bundan əlavə hərbiçilərin ölkənin siyasi həyatında mühüm rol 
oynamağa başlaması ilə onların bəziləri iri torpaq sahibinə çevrilmək imkanı əldə etməyə başlamışdılar. 
Əgər azərbaycanlı hərbı məmurların Rza şah diktaturasının bərqərar olmasında mühüm rol oynadığını 
nəzərə alsaq, onda deyə bilərik ki. yeni torpaq sahibləri arasında bir çox azərbaycanlı da ola bilərdi. 
Bütövlükdə, yuxarıda deyildiyi kimi, Azərbaycanda tornaq sahiblərinin etnik tərkibində əsaslı dəyişikliklər 
baş vermədi. 


 
www.achiq.info
  
 
75 
 
Burjuaziyaiın da etnik tərkibində nəzərə çarpan dəyişikliklər baş vermədi, hərçənd onun inkişafı bir sıra 
özünə məxsusluğu ilə fərqlənirdi. Rza şahın hakimiyyəti bərqərar olandan sonra, xüsusən 30-cu illərin 
əvvəllərindən dövlət iqtisadi həyatın tənzimləyicisi rolunu oynamağa, ölkənin sənayecə inkişaf 
etdirilməsinə çalışırdı. Dövlət xüsusi şəxslərin iştirakı ilə səhmdar cəmiyyətlərinin təşkilatçısı, yeni fabrik-
zavod müəssisələrinin yaradıcısı və bir sıra yerli fabrik-zavod müəssisələrinin məhsulunun istehlakçısı 
rolunu oynamağa səy edirdi. Bu zaman Azərbaycan burjuaziyasının inkişafında həm onun struktur 
dəyişiklikləri, həm də fars burjuaziyası ilə münasibətləri üçün həll edici əhəmiyyətə malik yeni meyllər 
özünü göstərirdi. 
30-cu illərin əvvəllərində İranda ən böyük kibrit fabriki Təbrizdə idi və Xoylu cəmiyyətinə (şirkətinə) 
mənsub idi.
1
 Həmin dövrün ortalarına yaxın İranın kibrit sənayesi əsasən azərbaycanlıların əlnidə idi.
2
 Elə 
həmin vaxt Təbrizin Xosrovi dəri zavodu dəri sənayesinin ən iri zavoduna çevrilmişdi.”
3
 
Bir müddət dövlət zavodu dövlət sifarişi ilə təmin etmişdi. Ümumiyyətlə dəri sənayesində Azərbaycan 
burjuaziyası əhəmiyyətli mövqeyə malik idi. 
30-cu illərin ortalarına yaxın İranda 18 sabun zavodu vardı. İri sabun zavodlarından biri – “Mir” zavodu 
Təbrizdə idi. Bundan başqa Təbrizdə daha iki sabun zavodu vardı.
4
 
İranda ən iri şüşə zavodu
5
, kiçik tikinti materialları müəssisəsələri əsasən Təbrizdə yerləşirdi.
6
 
1932-33-cü ildə Azərbaycanda 60 sənaye obyekti vardı; iki pambıqtəmizləmə zavodu, 4 corab-trikotaj 
fabriki, 5 əyrici fabriki, bir iri yunəyirici fabrik, 6 sabun zavodu, 2 dəyirman və s.
7
 
İran statistikasının məlumatına görə 1932/1933- 1934-cü illərdə Təbrizdə 60 müəssisə var idi, lakin 
onlardan ancaq dordündə 100 nəfərdən çox adam çalışırdı, yəni onlar iri müəssisə sayılırdı.
8
 Bütün bunlar 
xüsusi mülkiyyət təşkil edirdi. Dövlət ancaq bir zavod - Miyandoabda qənd zavodu tikdirmişdi. 
Dövlət Azərbaycanın sənaysi cəhətdən inkişafı tədbirlərini öz fəaliyyət sahəsinə daxil etməmişdi. O, yeni 
yaradılan müəssisələri Tehran, İsfahan və Mazandaranda yerleşdiridi.
9
 
Bununla belə, göründüyü kimi, 30-cu illərin ortalarına yaxın Azərbaycan burjuaziyası İran miqyasında 
bir neçə iri ve çoxlu xırda müəssisələrə malik idi. Tədqiqatçıların yazdığına görə Təbriz şəhəri fəhlələrin 
sayı ən çox n kapitalın inteisiv təmərküzləşməsi gedən iri ticarət və aparıcı mərkəzlərdən biri hesab 
olunurdu.
10
 “Kapitalın təmərküzləşməsi daha sürətlə şimali İranın şəhərlərində, nisbətən zəif, Tehran 
istisna olmaqla mərkəzi hissədə və bundan da zəif cənub əyalətlərində baş verir”-
11 
Belə ki, 1935-ci ilin 
əvvəlində məcmu kapitalı 20615 mln. rial olan 234 səhmdar cəmiyyəti qeyd edilmişdi. Bunlardan 92 mln. 
kapitalla 151-i Tehranda, 45,3 mln. rialla 19-u İsfahanda, 23,8 mln. 35-i Təbrizdə idi.
12
 30-cu illərin 
ortalarında Azərbaycan səhmdar cəmiyyətlərin sayına görə 3-5, məcmu kapitala görə 4-cü yerdə idi.
13
 
1935-ci ildə hökumət tərəfindən təşkil edilmiş ”Qumaş” səhmdar cəmiyyətinin ölkənin 22 rayonu və 
məntəqəsində filialları var idi. Ən iri filiallar 2 mln. rial kapitalla Xorasanda, 1,9 mln. rial kapitalla 
Azərbaynanda, 1,5 mln. rial kapitalla Tehranda idi.
14
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə