Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə120/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   144
386 in.fealxh ders vesaiti

§ 2. T
ə
bii f
ə
lak
ə
tl
ə
r, epidemiya v
ə
 epizootiyalar zaman
ı

D
İ
O-nun f
ə
aliyy
ə
tinin t
əş
kili 
Təbii fəlakətlərin, epidemiya və epizootiya, eləcə də texnogen 
xarakterli hadisələrin (iri nəqliyyat və istehsalat qəzaları və s.) 
baş verdiyi ərazilərdə bir qayda olaraq, əməliyyat şəraiti kəskin 
dəyişir. 
Bu hadisələr ərazidə müxtəlif növ hüquqpozmaların və cina-
yətlərin törədilməsinə əlverişli şərait yaradır. Hərçənd belə şərait-


202
lərdə hadisə (təbii fəlakət, epidemiya və s.) baş vermiş ərazilərdə 
dövlət hakimiyyət orqanlarının səlahiyyətlərini gücləndirən xüsu-
si hüquqi rejim (fövqəladə vəziyyət rejimi, karantin rejimi və s.) 
tətbiq olunur. Lakin bu hadisələrin yaratdığı şərait, vurduğu ziyan 
elə DİO-nun özündən də yan ötüşmür, bəzən isə DİO-nun özü – 
şəxsi heyəti, inzibati binası – itkiyə, dağıntıya məruz qalır. 
Təbii fəlakətlərin, epidemiya və epizootiyaların, texnogen xa-
rakterli hadisələrin vaxtında xəbərdar edilməsi, nəticələrinin ara-
dan qaldırılması məqsədilə dövlət orqanları, o cümlədən DİO bir 
sıra kompleks hüquqi, təşkilati tədbirlər həyata keçirməli, polis 
orqanlarının rəhbərləri tabeliyində olan strukturları buna qabaqca-
dan hazırlamalıdırlar. 
Belə tədbirlər aşağıdakılar ola bilər: 

əhalinin və ərazinin ekstremal şəraitlərdə müdafiəsinin tə-
min edilməsinə dair hüquqi və iqtisadi normaların müəyyən edil-
məsi; 

fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün 
maddi və maliyyə vəsaitləri ehtiyatlarının yaradılması; 

həyati əhəmiyyət kəsb edən maddi sərvətlərin qabaqcadan 
başqa yerə köçürülməsi; 

hadisələrin baş verəcəyinin və nəticələrinin proqnozlaşdırıl-
ması və qiymətləndirilməsi; 

əhalinin vaxtında xəbərdar edilməsi

dövlət orqanlarına, ictimai təşkilatlar, eləcə də əhaliyə məx-
sus əmlakın mühafizəsinin təmin edilməsi

hüquqpozmalar və cinayətkarlığa qarşı mübarizə; 

fəlakət rayonunda tətbiq edilmiş xüsusi hüquqi rejimin tə-
min edilməsi; 

fəlakət rayonunda idarələrin, təşkilatların və müəssisələrin 
fəaliyyətlərinin, eləcə də vətəndaşların hərəkətlərinin məhdudlaş-
dırılması; 

əhalinin müvəqqəti və ya daimi olaraq, fəlakət rayonundan 
çıxarılması (təxliyyəsi) və onların digər yaşayış məntəqələrində 
məskunlaşdırılması; 

əhalinin, eləcə də idarə, müəssisə və təşkilatların resursları-


203
nı baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılmasına sə-
fərbər edilməsi; 

fəlakət rayonunda sanitar-epidemioloji və karantin tədbirlə-
rinin həyata keçirilməsinin təmin edilməsi

həyati əhəmiyyətli obyektlərin mühafizəsinin gücləndiril-
məsi və s. 
Yuxarıda sadalanan ümumi tədbirlərlə yanaşı, DİO xüsusi şə-
raitlərdə şəxsi heyətin fəaliyyətini tənzimləyən, istiqamətləndirən 
və belə şəraitlərdə qüvvə və vasitələrin idarə edilməsini tənzimlə-
yən aşağıdakı tədbirlər həyata keçirməlidir: 
– DİN-də, DİO-da xüsusi şəraitlər yarandıqda qüvvə və vasitə-
lərin idarə edilməsini həyata keçirən əməliyyat qərargahlarının 
yaradılması; 
– baş verməsi ehtimal ediləcək hadisələrin xarakteri və ərazi-
nin xüsusiyyətləri nəzərə alınmaqla, tədbirlərin həyata keçirilmə-
sinə cəlb ediləcək qüvvə və vasitələrin bölgüsünün aparılması; 
– DİN-in tədris müəssisələrinin, nizami hissələrinin və digər 
strukturlarının şəxsi heyətindən ehtiyat qüvvələrinin yaradılması, 
onların dislokasiya yerlərinin müəyyən edilməsi
– müxtəlif növ xüsusi şəraitlərdə şəxsi heyətin fəaliyyəti planı-
nın hazırlanması (ayrı-ayrı hallar üçün); 
– xüsusi şəraitlər yarandıqda (baş verdikdə) təxirəsalınmaz 
tədbirlərin həyata keçirilməsini özündə əks etdirən Təlimatların 
hazırlanması və s. tədbirlərdir. 
Bunlardan əlavə təbii fəlakətlərin, epidemiya və epizootiyala-
rın, texnogen xarakterli hadisələrin vaxtında xəbərdar edilməsi, 
onların nəticələrinin aradan qaldırılmasına hazırlıqla bağlı- şəxsi 
heyətin bu və ya digər hadisələrə hazırlığının yoxlanılması, qa-
nunçuluğa riayət edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və 
yerlərdə tətbiqi, qüvvə və vasitələrlə mütəmadi təlimlərin və 
məşqlərin keçirilməsi və s. məsələləri özündə əks etdirən tədbir-
lər də həyata keçirilməlidir. 
Fəlakət zonalarında xilasetmə və təxirəsalınmaz qəza-bərpa iş-
lərinin görülməsi zamanı DİO-nun fəaliyyətinin təşkili əvvəlcə-
dən, hələ dinc dövrdə aparılır. Nəzərdə tutulacaq tədbirləri həyata 


204
keçirmək məqsədilə xüsusi plan hazırlanır. Bu plan DİO-nun üzə-
rinə qoyulmuş vəzifələrin təşkili və yerinə yetirilməsi qaydalarını 
müəyyən edir. 
Plan bir neçə bölmədən və plana əlavələrdən ibarət olmalıdır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə