Microsoft Word Vuqar ders vesaiti 2017


Plana əlavə kimi aşağıdakılar daxil edilə bilər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə122/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   144
386 in.fealxh ders vesaiti

Plana əlavə kimi aşağıdakılar daxil edilə bilər: 
– şəxsi heyətin xəbərdar edilməsi və “Həyacan” siqnalı ilə top-
lanması sxemi; 
– dövlət hakimiyyəti və idarəetmə orqanları, eləcə də yuxarı 
DİO ilə rabitə əlaqəsi sxemi
– fövqəladə hadisələr şəraitində mühafizəsinin gücləndirilməsi 
tələb olunan obyektlərin siyahısı; 
– şəraitə uyğun olaraq, qüvvə və vasitələrin bölgüsü və onların 
dislokasiya variantları; 
– əhalinin toplanma məntəqələri (yerləri), təxliyyə edilməsi 
marşrutları və müvəqqəti məskunlaşma yerlərinin planı (sxemi) 
və s. 
Planlaşdırma üzrə işlər müəyyən prinsiplər üzərində qurulur 
ki, bura da konkretlik, dəqiqlik, çeviklik və perspektivlik aiddir. 
Planlaşdırma zamanı bu prinsipləri sıx, qarşılıqlı əlaqədə tətbiq 
etmək lazımdır. Planlaşdırma tərtib edilən planın real olmasına, 
qüvvə və vasitələrin tam və səmərəli istifadə edilməsinə, qarşıya 
qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və məqsədə nail olma-
sına yönəldilir. 
Beləliklə, fövqəladə hadisələr şəraitində DİO-nun fəaliyyət 
planı, qüvvə və vasitələrin belə şəraitlərdə idarə edilməsini həyata 
keçirmək üçün fəaliyyət proqramıdır və o analoji şəraitlərdə dəfə-
lərlə istifadə edilə bilər (konkret şəraitə uyğun bəzi dəyişikliklər, 
əlavələr və s. edilməklə). 
Fövqəladə hadisələrin baş verməsi (xüsusi şəraitin yaranması) 
bir qayda olaraq, DİO-nun normal funksiya göstərməsinə, “adi” 


206
rejimdə işləməsinə mənfi təsir göstərir – şəxsi heyətin iş intensiv-
liyi, xidməti yükü artır, psixoloji gərginlik yüksəlir, onların qida-
lanması və digər təminat növləri ilə təchizatı məsələlərində prob-
lemlər yaranır və s. 
Ona görə DİO-nun fəaliyyətinin adi rejimdən xüsusi rejimə 
“ağrısız” keçməsini təmin etmək məqsədilə onların belə şəraitlərə 
qabaqcadan hazırlanması tələb olunur. 
Fövqəladə hadisələr şəraitində proseslərin tez-tez dəyişməsi, 
müxtəlif məzmunlu problemlərin yaranması, xidməti-döyüş tapşı-
rıqlarının yerinə yetirilməsindəki çətinliklər, DİO-nun qüvvə və 
vasitələrinin dəqiq və çevik idarə edilməsini, vaxtında və düzgün 
operativ qərarlar qəbul edilməsini həyata keçirmək məqsədilə ilk 
öncə əməliyyat qərargahları (onu bəzən müvəqqəti əməliyyat qə-
rargahı da adlandırırlar) yaradılır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə