Microsoft Word Vuqar ders vesaiti 2017


Təcrübə göstərir ki, fövqəladə hadisələr zamanı DİO-da



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə124/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   144
386 in.fealxh ders vesaiti

Təcrübə göstərir ki, fövqəladə hadisələr zamanı DİO-da 
aşağıdakı qrupların yaradılması məqsədəmüvafiq sayılır: 
– təxliyyə qrupu – vəzifəsi: əhalinin fəlakət baş vermiş rayon-
dan çıxarılması və müvəqqəti məskunlaşma yerlərində yerləşdiril-
məsi; əmlakın, sənədlərin, texnikanın, DİO-ya məxsus silahların, 
təchizat vasitələrinin, eləcə də tutulmuş və inzibati qaydada həbs 
edilmiş şəxslərin təhlükəli zonadan çıxarılması; təxliyyə planının 
həyata keçirilməsi ilə əlaqədar fövqəladə hallar üzrə şəhər (rayon) 
komissiyalarına köməklik göstərmək; 
– qəza-xilasetmə tədbirlərini həyata keçirən qrup – vəzifəsi: 
insanların və əmlakın xilas edilməsi; xəsarət almış şəxslərə ilkin 
tibbi yardımın göstərilməsi; fövqəladə hadisənin yaratdığı təhlükə 
ocaqlarının ləğv edilməsi və s. 
– zəncirləmə qrupu – vəzifəsi: qəza-xilasetmə tədbirlərinin hə-
yata keçirilməsinə əlverişli şəraitin yaradılması; vətəndaşların 
təhlükəli zonaya girişinin qadağan edilməsi
– mühafizə qrupu – vəzifəsi: dövlət, hakimiyyət orqanlarının 
(inzibati orqanların) və mühüm (xüsusi) obyektlərin mühafizəsi; 
tutulmuş və həbs edilmiş şəxslərin saxlandığı yerlərin mühafizəsi
vətəndaşlara, idarə və müəssisələrə məxsus, eləcə də sahibsiz qal-
mış əmlakın qorunması; 
– sədd qrupları – cinayətkarların və digər kriminal ünsürlərin 
fəlakət zonasına daxil olmalarının qarşısını almaq məqsədilə ya-
radılır; 


208
– cinayətkarlıqla mübarizə qrupu – fəlakət rayonunda baş ver-
miş cinayətlərin təhqiqatı və açılması ilə bağlı tədbirlərin həyata 
keçirilməsi məqsədilə yaradılır; 
– pasport-qeydiyyat rejiminə nəzarət qrupu – fəlakət rayonun-
da, eləcə də əhalinin müvəqqəti məskunlaşdığı yerlərdə pasport 
rejiminə riayət edilməsi ilə bağlı tədbirlərin təşkili və həyata keçi-
rilməsi məqsədilə yaradılır; 
– yol hərəkətinin təhlükəsizliyini təmin edən qrup – fəlakət ra-
yonunda nəqliyyatın hərəkətinin təhlükəsizliyini, müntəzəm da-
şınmaları təmin etmək, eləcə də avtonəqliyyat vasitələrini təxirə-
salınmaz xilasetmə və qəza-bərpa işlərinə cəlb etmək məqsədilə 
yaradılır. 
Bunlardan əlavə icazə sistemi, yanğın təhlükəsizliyinin təmin 
edilməsi, karantin-nəzarət, ehtiyat və s. qruplar da yaradıla bilər. 
Təbii fəlakətlərin və digər fövqəladə hadisələrin nəticələrinin 
aradan qaldırılması ilə bağlı həyata keçiriləcək tədbirlərin ilkin 
mərhələsində əməliyyat qərargahının rəhbəri və qərargah üzvləri 
aşağıda göstərilən əsas vəzifələrin yerinə yetirilməsini təmin et-
məlidirlər:
 
– insanların xilas edilməsi və əhalinin təxliyyəsi; 
– fəlakət rayonuna gediş-gəliş qaydalarının müəyyən edilməsi 
və onun təmin edilməsi
– maddi nemətlər saxlanılan yerlərin mühafizəsi; 
– yanğınların söndürülməsi; 
– karantin, sanitar-epidemioloji tədbirlərin təmin edilməsi; 
– ölənlərin qeydiyyatı və şəxsiyyətlərinin müəyyənləşdirilməsi 
və s. 
İkinci mərhələdə fəlakət nəticəsində ölmüş şəxslərin meyitləri-
nin uçuqlar, söküklər altından çıxarılıb şəxsiyyətlərinin müəyyən-
ləşdirilməsi və basdırılması, ölənlərin qeydiyyatının aparılması, 
xarabalıqların təmizlənməsi, bərpa işlərinə başlanılması və s. təd-
birlər həyata keçirilir. Bununla əlaqədar ictimai asayişin mühafi-
zəsi ilə bağlı tapşırıqların həcmi artır (maddi nemətlərin, tikinti 
materiallarının qorunması və s.), bir sıra xüsusi tədbirlərin (profi-
laktiki, inzibati və s.) həyata keçirilməsi nəzərdə tutulur. 


209
Şərait normallaşdıqca, fəlakətin nəticələrinin aradan qaldırıl-
masına cəlb edilmiş əlavə qüvvələrə ehtiyac duyulmur və onlar 
əməliyat qərargahı rəhbərinin göstərişinə əsasən, daimi dislokasi-
ya yerlərinə göndərilir. Fəlakət rayonunda normal vəziyyət yaran-
dıqdan sonra, DİO-nun şəxsi heyəti normal xidmət variantına ke-
çirilir. Sonda əməliyyat qərargahının rəhbəri DİO-nun fəaliyyəti-
ni, yerinə yetirilmiş tapşırıqların nəticələrini təhlil edir, görülmüş 
işlərə yekun vurur, nəticələr barədə yuxarı əməliyyat rəisinə yazı-
lı məlumat verir, əlaqəli orqanları məlumatlandırır. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə