Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə127/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   144
386 in.fealxh ders vesaiti

 
II qrup
 
 
I qrup 
 
 
III qrup 
 
Birinci qrupa 
liderlər, təşkilatçılar və təhrikçilər daxildir. On-
lar kütlənin ən az saylı hissəsi olsalar da (3-5%) kütlənin nüvəsi-
ni, onun fəaliyyətini nizamlayan və istiqamətləndirən güc mərkə-
zi hesab edilirlər. Qrupa həmçinin, xüsusi hazırlıq və təlim keç-
miş ekstremist ünsürlər, müxtəlif təyinatlı “cangüdənlər”, gənc-
lər, hüquq-mühafizə orqanlarına fiziki müqavimət göstərə biləcək 
“döyüşçülər” də daxildir. 
İkinci qrupa 
liderləri, təşkilatçıları və təhrikçiləri kor-koranə, 
lakin fəal dəstəkləyən, onları təqlid edənlər daxildir (təxm. 25%). 
25 % 
3-5% 
70 -72
%


212
İğtişaşlar zamanı dağıdıcılıq fəaliyyətinin əsas hissəsi də elə bu 
qrupun üzərinə düşür. Təhrikçilər və qızışdırıcılar vasitəsilə bu 
qrup tez bir zamanda arta – mütəşəkkil dağıdıcı bir dəstəyə çevri-
lə bilər. Dəstənin xüsusi fəallığı ilə seçilən hissəsi, əsasən fiziki 
cəhətdən sağlam yeniyetmələrdən, gənclərdən, kriminogen ünsür-
lərdən və s. təşkil edilir.
Üçüncü qrupun 
tərkibi isə kütlənin ən böyük hissəsini (təxm. 
70%) təşkil edən “maraqlananlardan” – hadisələrin axarını, gedi-
şinin nəticəsini izləyən insanlardan ibarətdir. 
Təbii ki, onlar iğtişaşlar zamanı passiv mövqedə olur, yəni da-
ğıdıcı fəaliyyət göstərmirlər və gördükdə ki, konflikt düzgün
ədalətli həll olunur və ya hakimiyyət orqanları tərəfindən qətiy-
yətli, qanunazidd olmayan addımlar atılır, onların hadisələrə “ma-
rağı” itir və hadisə yerini könüllü olaraq tərk edirlər. Digər tərəf-
dən, əgər iğtişaşlar zamanı kütlənin bu çoxluq təşkil edən hissəsi, 
hakimiyyət orqanlarının qətiyyətsizliyini, iradəsizliyini, bəzi hal-
larda isə qorxaqlığını və ya həddindən artıq amansızlığını hiss et-
dikdə, habelə təhrikedicilərin təbliğatına uyaraq, onların təsiri al-
tına düşdükdə, onların da iğtişaşların fəal iştirakçılarına çevrilmə-
si ehtimalı böyük ola bilər. 
Kütləvi iğtişaşlar təsadüfi olmur, yəni heçdən və ya digər föv-
qəladə hadisələrdən fərqli olaraq, kütləvi iğtişaşlar birdən-birə ya-
ranmır. Kütləvi iğtişaşların baş verməsi üçün müəyyən şərtlər, za-
man və məkan amili, şərait və s. yetişməlidir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə