Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə130/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   144
386 in.fealxh ders vesaiti

 
§ 2. Kütl
ə
vi i
ğ
ti
ş
a
ş
lar
ı
n x
ə
b
ə
rdar edilm
ə
si v
ə
 qar
ş
ı
s
ı
n
ı
n al
ı
nmas
ı
 
il
ə
 ba
ğ
l
ı
 D
İ
O-nun f
ə
aliyy
ə
tinin 
ə
sas istiqam
ə
tl
ə
ri 
 
İctimai qaydanın qrup halında pozulmasının, kütləvi iğtişaşla-
rın yaranması və inkişaf dinamikası bir-biri ilə əlaqəli olan və biri 
o birini tamamlayan bir neçə mərhələdən ibarətdir. 
Bu səbəbdən polis, digər hüquq-mühafizə orqanlarının əmək-


215
daşları bu mərhələlərin genezisini dəqiq bilməli, iğtişaşların xə-
bərdar edilməsi, qarşısının alınması üzrə hər bir mərhələyə uyğun 
adekvat fəaliyyət göstərməli, daha çox isə perspektiv (önləyici, 
qabaqlayıcı) tədbirlər həyata keçirməlidirlər. 
DİO kütləvi iğtişaşların xəbərdar edilməsi və qarşısının alın-
ması ilə bağlı fəaliyyətini qurarkən, müasir dövrün tələblərini 
(qloballaşma, demokratiya, insan hüquqlarının aliliyi və s.) ölkə-
dəki mövcud problemləri dərindən bilməlidirlər. Kütləvi iğtişaş-
ların aşağıda göstərilən fərqli xüsusiyyətləri vardır:
– kütləvi iğtişaşların siyasiləşdirilməsi-kütləvi hüquq-pozma-
ların, cinayət əməllərinin siyasi şüarlar, siyasi tələblər fonunda tö-
rədilməsi; 
– demokratiya və insan hüquqlarının pozulması fonunda iğti-
şaşlara daha çox insan kütləsinin cəlb edilməsi; 
– dünyada artan demokratik dəyərlərdən sui-istifadə edən iğti-
şaş təşkilatçıları, təhrikçiləri tərəfindən kütlənin məsuliyyətsiz hə-
rəkətlərə sövq edilməsi (məsələn: “Qorxmayın, vurun, dağıdın! 
Qərb demokratiyası bizimlədir...” və s. və i.); 
– xarici qüvvələrin təsiri, “rəngli” inqilablar amili; 
– iğtişaşlar törətməyə meylli şəxslərin “peşəkarlaşması” (əv-
vəlcədən hazırlıq işlərinin görülməsi, “müqavimət alətlərinin” ha-
zırlanması, təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəa-
liyyət taktikasının öyrənilməsi və s.); 
– iğtişaş iştirakçılarının maddi-texniki bazasının güc-ləndiril-
məsi (iştirakçılar, döyüş qrupları arasında mobil radio-rabitə əla-
qəsi, tibbi ləvazimatlar, fərdi və fəal müdafiə vasitələri və s.). 
Təbii ki, siyasi motivlərlə keçirilən aksiyalar zamanı iğtişaşlar 
baş verdikdə, polisin fəaliyyəti daha da çətinləşir və yuxarıda 
qeyd edilən amilləri nəzərə almaqla, onlar çox gərgin psixoloji at-
mosferdə – mövcud siyasi sistemə – hakimiyyətə etiraz edən aq-
ressiv kütlə ilə qarşı-qarşıya gəlməli olurlar. Ona görə belə bir şə-
raitdə hüquq-mühafizə orqanları düzgün taktiki fəaliyyət növü 
seçməli, diqqətli olmalı, kütlənin psixoloji xüsusiyyətlərini bilmə-
li, vəziyyətə tam nəzarət etməyi və təşəbbüsü ələ almağı bacar-
malı, düşünülməmiş addımlar atmamalı və neqativ nəticələrə sə-


216
bəb olacaq tədbirlərin həyata keçirilməsindən çəkinməlidirlər. 
Belə şəraitlərdə adətən inandırma metodlarından (aksiya öncə-
si – qabaqlayıcı tədbir kimi), müxtəlif təsir etmə formalarından 
istifadə edilməlidir. Bu tədbirlər birbaşa dialoq, müraciət, danı-
şıqlar, izahat, vasitəçilik, qanunlara riayət edilməsi, məsuliyyət 
daşımaları barədə xəbərdarlıq edilməsi və s. formalarda həyata 
keçirilə bilər. 
Kütləvi iğtişaşların vaxtında xəbərdar edilməsi məqsədilə əmə-
liyyat-axtarış fəaliyyətinin səviyyəsini yüksəltmək vacibdir. Bu 
fəaliyyət məqsədyönlü olmaqla, iğtişaş təşkilatçılarının, təhrikçi-
lərinin, havadarlarının və s. neytrallaşdırılmasına yönəldilməlidir, 
əməliyyat-axtarış fəaliyyəti ilə paralel aşağıda qeyd edilən profi-
laktiki tədbirlərin keçirilməsi də mütləq vacibdir:
 
– əmək kollektivləri ilə, siyasi partiya, ictimai və QHT-nın li-
derləri ilə, eləcə də idarə, müəssisə və təşkilatların rəhbərləri ilə 
birbaşa əlaqələrin yaradılmasıdır; 
– KİV-lə əməkdaşlığın inkişaf etdirilməsidir; 
– ictimai rəyin daima toplanması, öyrənilməsi və təhlilidir
– milli, dini və s. zəmində yaranmış mübahisə və münaqişə-
lər, hakimiyyət və idarəetmə orqanlarına təzyiqlər etmə cəhdləri, 
müxtəlif ekstremist təmayüllü, həmçinin kriminal ünsürlərin – 
“avtoritet”lərin toplantıları, eləcə də əməliyyat şəraitinə mənfi 
təsir göstərəcək hallar və faktlar, eləcə də bu barədə vətəndaşla-
rın, vəzifəli şəxslərin, KİV-in məlumatlarına dərhal reaksiya ve-
rilməsidir; 
– DİO-nun əməkdaşları tərəfindən qanunların, profes-sional-
etik normaların pozulması hallarına (faktlarına) tez və obyektiv 
reaksiya verilməsidir və s. 
Kütləvi iğtişaşların qarşısının alınması ilə bağlı yuxarıda qeyd 
edilən bütün tədbirlər nəticə vermədikdə və iğtişaşların baş ver-
məsi qaçılmaz olduqda, DİO digər hüquq-mühafizə orqanları ilə 
birlikdə güc tətbiqinə – iğtişaşların ləğv edilməsi üzrə xüsusi 
əməliyyatlar həyata keçirməlidirlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə