Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə138/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   144
386 in.fealxh ders vesaiti

§ 2. V
ə
t
ə
nda
ş
lar
ı
n vicdan azadl
ı
ğ
ı
 v
ə
 etiqad azadl
ı
ğ
ı
 hüququ-
nun h
ə
yata keçir
ə
rk
ə
n daxili i
ş
l
ə
r orqanlar
ı
 t
ə
r
ə
find
ə
n ictimai
qaydan
ı
n qorunmas
ı
 v
ə
 ictimai t
ə
hlük
ə
sizliyin t
ə
min edilm
ə
si 
Qeyd etdiyimiz kimi, polisin vəzifələrindən biri də ictimai 
qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsidir. 
Buna uyğun olaraq polis vəzifəsinin icrası üçün xidmətini dini 
ayinlərin açıq yerlərdə, məscidlərin ərazisində və onların ətrafın-
da, dini yığıncaqlar və ibadətlər üçün ayrılmış yerlərdə, qəbirstan-
lıqlarda da aparılmalıdır. Vicdan azadlığı və dini təşkilatlar ha-
qıqnda qanunvericilikdə göstərildiyi kimi, dinə və ya inama eti-
qad azadlığının həyata keçirilməsi yalnız ictimai qaydanın qorun-
ması və ictimai təhlükəsizliyin təmin edilməsi, vətəndaşların hə-
yatı, sağlamlığı, mənəviyyatı, həmçinin digər hüquq və azadlıqla-
rın qorunması məqsədilə məhdudlaşdırıla bilər. 
Göstərilən vəzifənin yerinə yetirilməsi daha çox ictimai təhlü-
kəsizlik xidmətinin hissələri və sahə inspektorları tərəfindən hə-
yata keçirilir. 
Mərasimlərin və kütləvi ibadətlərin keçirildiyi prosesdə ictimai 
qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini adətən çox 
mürəkkəb şəraitdə həyata keçirilir və polis əməkdaşlarından qə-
tiyyətli və bacarıqlı hərəkətləri tələb edir. Vətəndaşların kütləvi 
toplanması şəraitində keçən belə mərasim və dini ayinlərin zahiri 
cəhətdən bəzi kütləvi tədbirlərlə oxşarlığı vardır. Lakin onlar aşa-
ğıdakı xüsusiyyətlərə görə fərqlənirlər: 

dini etiqad mərasimi onların dini tələbatlarının ödənilməsi 
üsuludur və həmin insanların dini dünya görüşünün təsdiq edil-
məsi və saxlanılması üçün keçirilirlər


240

dini ayinlər ictimai-siyasi, kütləvi-mədəni və idman tədbir-
lərinin keçirilmə vaxtı, yeri, iştirakçılarının dini mənsubiyyətin-
dən asılı olaraq və s. xüsusiyyətlərə görə fərqlənir.
Təbii ki, hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusilə 
də, polis, dini kütləvi tədbirlər kimi mürəkkəb vəziyyətdə vətən-
daşların vicdan azadlığının mühafizəsini təmin edərkən, qanunçu-
luğun tələblərini rəhbər tutmalıdır. 
İctimai qaydanı qoruyarkən daxili işlər orqanlarının rəhbərləri 
dini ayinlər, mərasimlər xeyli sayda öz davamçılarını yığdığını nə-
zərə almalıdır. İnananlardan başqa məscidlərin və digər ibadətgah-
ların binalarının ətrafında çoxlu sayda maraqlananlar yığılarlar. Bu 
fakt da bəzi hallarda təhlükə törədə bilər. Belə ki, 1990-cı il 3 iyul 
faciəsindən sonra Səudiyyə Ərəbistanında böyük müsəlman bayra-
mında Məkkə və Mədinəyə ziyarətə gələn müsəlmanlardan bir qru-
pu anlaşılmamazlıqdan 500 metrlik tuneldə sıxılıb qalmışdılar. Ha-
vanın temperaturu 40 dərəcəni ötdükdən sonra minlərlə adamdan 
ibarət kütlədə təlaş başladı. Baş vermiş basdırıqda kütlənin ayaqları 
altında əzilərək və boğularaq 1000-dən artıq adam həlak oldu. 
Yüzlərlə adam xəstəxana və hospitallara çatdırıldı. 
Azərbaycan Respublikasının ərazisindəki Gəngcədəki “Təzə 
pir məscidi”, Bakıdakı “Göy məscid”, “Şəhidlər məscidi” kimi 
məscidlər Ramazan və Qurban bayramlarında xeyli sayda insan 
qəbul edir. Bizim ölkədə belə tədbirlərdə iştirak edənlərin sayı 
yüz minlərlə olsa da, dünya miqyasındakı təcrübələr daha çox iş-
tirakçıların tədbirlərdə olduğunu göstərir. Belə ki, hər il bütün 
dünyadan Kəbəni ziyarət etmək üçün Məkkə şəhərinə milyonlarla 
müsəlman gəlir. 
Nəzərə almaq lazımdır ki, daxili işlər orqanlarının şəxsi heyəti 
gündəlik iş şəraitindən fərqli iş şəraitində də fəaliyyət göstərirlər. 
Bu şəraitlər yuxarıda göstərdiyimiz yüksək ictimai təhlükəliliklə 
yanaşı dini yürüşlərin ictimai qaydanın qrup halında pozulmasına 
və inananlar arasında ateistlərə qarşı nifrət hissini oyadılmasına 
yönəlmiş çıxışlara keçmək imkanı mövcudluğu ilə xarakterizə 
olunur. Bununla əlaqədar daxili işlər orqanlarının qarşısında aşa-
ğıdakı vəzifələr qoyulur: 


241
1) inananların və digər iştirakçıların müəyyən edilmiş davranış 
qaydalarına riayət etməsinə ciddi nəzarət etmək; 
2) müxtəlif hüquq pozuntularının qarşısının alınması və xəbər-
dar edilməsi, lazımi qaydanı və təhlükəsizliyi təmin etmək məq-
sədi ilə açıq yerlərdə dini ayinlərin yerinə yetirilməsinə nəzarət 
etmək; 
3) ruhanilərin, inananların və inanmayan vətəndaşların hüquq 
və qanuni maraqlarının mühafizəsini təşkil etmək; 
4) vicdan azadlığı və dini təşkilatlar haqqında qanunvericiliyin 
və ona riayət edilməməsinin nəticələrinin izah edilməsi
5) vicdan azadlığı və dini təşkilatlar haqqında qanunvericiliyə 
riayət olunmasına nəzarət edən hakimiyyət orqanlarına kömək 
göstərilməsi. 
Dini ayinlər və dini-kütləvi tədbirlərin hazırlanması və keçiril-
məsi zamanı müəyyən edilmiş qaydaların mühafizəsi üzrə qarşıya 
qoyulmuş tapşırıqları yerinə yetirərkən milli təhlükəsizlik orqan-
ları, hərbi hissələr və sərhəd qoşunları ilə və digər dövlət orqanla-
rı və ya ictimai təşkilatlarla birgə fəaliyyət göstərir. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə