Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə134/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   144
386 in.fealxh ders vesaiti

221
Götürmə qrupu
 
səpələmə qrupu ilə birgə fəaliyyət göstərir
kütlənin daxilində dəhlizlər açıldıqdan sonra, hərəkətə gələrək, 
iğtişaşın təşkilatçıları və fəal iştirakçılarını kütlənin arasından gö-
türülüb yaxalanmasını təmin edir, dövrələmə xəttindən kənara çı-
xarıb, konvoy (müşaiyət) qrupuna təhvil verirlər. 
Zərərçəkmiş şəxslərə tibbi yardımın göstərilməsi təmin edilir: 
talanlarla, dağıntılarla, yanğınlarla müşayiət olunan iğtişaşların 
qarşısının alınması, inzibati, xidməti və icitimai-siyasi təşkilatla-
rın yerləşdiyi binalara və s. mühüm obyektlərə basqınların, haki-
miyyət orqanları nümayəndələrinə hücumun dəf edilməsi və s. bu 
kimi hallarda şəxsi heyət müvafiq normativ aktların tələblərinə 
uyğun olaraq, fiziki güc, xüsusi vasitələr, odlu silah və zirehli 
texnika tətbiq edə bilər. 
Kütlə dağıdılıb və hadisə yerindən sıxışdırılıb, çıxarıldıqdan 
sonra, öz əsas vəzifəsini icra etmiş şəxsi heyət, PPX-nin güclən-
dirilməsinə cəlb edilir və ya ehtiyatda saxlanılır. Naryadlar yalnız 
əməliyyat rəhbərinin göstərişinə əsasən tam götürülə bilər. 
Əməliyyat başa çatdıqdan sonra (əməliyyatın sonu), iğtişaşla-
rın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırlması 
məqsədilə, təxirəsalınmaz tədbirlər həyata keçirilir, yanğınların 
söndürülməsi, nəqliyyatın, gündəlik tələbat malları mağazaları-
nın, digər obyektlərin normal fəaliyyətlərinin bərpası üçün ölçülər 
götürülür. 
Süzgəc məntəqələrinə gətirilmiş şəxslərin saxlanılması və tu-
tulmasının qanuniliyi yoxlanılır, günahkarların qeyri-qanuni 
əməllərinin tam və obyektiv sənədləşdirilməsi təmin edilir, onla-
rın məsuliyyətə cəlb edilməsi məsələsinə baxılır. 
İğtişaşların yaranmasının əsas səbəbləri və şəraiti qarşısının alın-
masında polisin fəaliyyətinin qanuniliyi barədə əhalinin yaşayış və iş 
yerlərində, KİV-lə geniş izahat işlərinin aparılması təşkil edilir. 
İğtişaşların səbəblərini araşdırıb, aradan qaldırmaq üçün təklif-
lər hazırlanır. Şəxsi heyətin fəaliyyəti təhlil olunur, müsbət hallar, 
yol verilmiş nöqsanlar qeyd edilir. 
Xüsusi əməliyyatların təşkili, aparılması və nəticələri barədə 
yuxarı DİO-ya ətraflı məlumat (arayış) göndərilir. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə