Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə132/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   144
386 in.fealxh ders vesaiti

Dəstə aşağı-
dakı qruplardan ibarətdir: 
– patrul; 
mühafizə
– nəqliyyatın hərəkətini məhdudlaşdıran; 
– qanunları izah edən; 
– rabitə; 
– dövrələmə; 
– səpələmə; 
– götürmə; 
– süzgəc; 
– müşaiyət; 
əməliyyat
– xüsusi vasitələrin tətbiqi; 
– yanğın söndürmə; 
– arxa təminatı; 


219
– tibb təminatı; 
– təhlil və təkliflərin hazırlanması; 
– ehtiyat. 
Kütləvi iğtişaşlarla mübarizədə DİO-nun əldə edəcəyi ən bö-
yük nailiyyət, iğtişaşlar hələ başlamamış, onun ilkin mərhələsində 
qarşısını almaqdan ibarətdir. Belə şəraitlərdə DİO-nun fəaliyyəti-
nin təşkilində növbətçi hissələrin çevik fəaliyyəti mühüm əhə-
miyyət kəsb edir. Ona görə də növbətçi hissəyə bu barədə siqnal 
daxil olarkən, DİO üzrə növbətçi, onun funksional vəzifələrində 
qeyd edildiyi kimi, aldığı məlumatı təxirəsalmadan DİO-nun rəi-
sinə və ya onu əvəz edən şəxsə məruzə etməlidir. DİO-nun rəisi 
isə məlumatı alan kimi dərhal hadisənin yerini, vaxtını, xarakteri-
ni, onun miqyasını, iştirakçıların sayını dəqiqləşdirməli və öz 
növbəsində bu barədə yuxarı DİO-ya məlumat verməlidir. Sonra 
o, gücləndirilmiş əməliyyat qruplarını təlimatlandıraraq, onları, 
eləcə də hadisə yerinə yaxın ərazilərdə xidmət aparan polis nar-
yadlarını hadisə yerinə göndərməli, konfliktli situasiyanın artaraq, 
iğtişaşlara çevrilməməsi üçün bütün mümkün olan digər tədbird-
ləri də həyata keçirməlidir. 
Sonra DİO-nun rəisi şəxsən hadisə yerinə gəlməli, şəraiti qiy-
mətləndirməli, DİO-nun növbətçisinə, öz müavinlərinə, bölmə, 
xidmət və qrup rəislərinə zəruri göstərişlər verməli, hadisə barədə 
əlaqədar strukturların rəhbərlərini məlumatlandırmalıdır. 
Hadisə yerinə gəlmiş DİO-nun rəisi müvafiq izahedici-profi-
laktiki tədbirlər görməlidir (kütləyə müraciət, güc tətbiq ediləcəyi 
barədə xəbərdarlıq, güc “nümayişi” və s.). Bütün izahedici, profi-
laktiki və iğtişaşların baş verməməsi üçün mümkün olan digər 
tədbirlər səmərəsiz olduqda, DİO-nun rəisi kütləvi iğtişaşların 
ləğv edilməsi ilə bağlı xüsusi əməliyyatın keçirilməsi barədə qə-
rar qəbul edir. Yuxarı əməliyyat rəisi bu qərarı təsdiq etdikdən 
sonra, DİO-nun rəisi xüsusi əməliyyatın həyata keçirilməsi barə-
də əməliyyat qərargahı üzvlərinə, müavinlərinə, növbətçi hissəyə 
müvafiq göstəriş verir. 
Kütləvi iğtişaşların ləğv edilməsi ilə bağlı həyata keçirilən 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə