Microsoft Word Vuqar ders vesaiti 2017


xü- susi əməliyyat – bu kompleks əməliyyat, rejim, siyasi, cinayət-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə133/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   144
386 in.fealxh ders vesaiti

xü-
susi əməliyyat – bu kompleks əməliyyat, rejim, siyasi, cinayət-


220
prosessual, inzibati-hüquqi və təşkilati tədbirlərdir ki, DİN-in 
orqan və qoşunları, digər qarşılıqlı əlaqədə olduqları qüvvə-
lərlə birlikdə, vahid plan və rəhbərlik altında, iğtişaşların da-
yandırılması, fəal iştirakçıların, təşkilatçıların neytrallaşdırıl-
ması, onlara qarşı qanunda nəzərdə tutulmuş qaydada tədbir 
görülməsi və ictimai asayişin bərpa edilməsi məqsədilə həyata 
keçirilir. 
Xüsusi əməliyyatların təşkili və aparılması üç mərhələdə 
həyata keçirilir: 
– əməliyyatın təşkili (planlaşdırılması, hazırlığı); 
– əməliyyatın aparılması; 
– əməliyyatın sonu (nəticəsi)
.
Xüsusi əməliyyatın təşkili mərhələsində aşağıdakı tədbirlə-
rin görülməsi nəzərdə tutulur: 
ilkin göstərişlərin verilməsi
– şəraitin qiymətləndirilməsi (təhlili); 
– qərarın qəbul edilməsi
– tapşırıqların verilməsi və qarşılıqlı əlaqənin təşkili
idarəetmə və rabitənin təşkili
– maddi-texniki və tibb təminatının təşkili; 
– xüsusi toplu dəstələrin (qrupların) və digər qüvvələrin əmə-
liyyat rayonunda cəmləşdirilməsi. 
Bu tədbirlər görüldükdən sonra, əməliyyata cəlb edilmiş qüv-
vələr öz yerlərini tutur, çıxış mövqelərində hazır vəziyyətdə yer-
ləşdirilir. Qüvvələr öz yerlərini tutduqdan sonra, hər bir qrupun 
vəzifələri bir daha dəqiqləşdirilir, şəxsi heyət təlimatlandırılır. Bi-
lavasitə əməliyyata (kütləni dağıtmağa) başlamamazdan əvvəl
DİO-nun rəisi (əməliyyat rəhbəri) kütləyə son dəfə xəbərdarlıq 
edir. Bu müraciət də nəticəsiz qaldıqda, əməliyyat rəhbəri əməliy-
yata başlamaq barədə müvafiq əmr (siqnal, işarə) verir (əməliyya-
tın ikinci mərhələsi başlayır).
Səpələmə qrupu
 
(qrupları) bir və ya bir neçə istiqamətdən ko-
lonlarla hərəkət edərək, qanunsuz əməllər törədən şəxslərin kütlə-
sini yararaq, onları kiçik dəstələrə, hissələrə “parçalayır” və hadi-
sə yerindən sıxışdıraraq çıxarılmasını təmin edirlər. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə