Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə136/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   144
386 in.fealxh ders vesaiti

§ 2. Fövq
ə
lad
ə
 v
ə
ziyy
ə

şə
raitind
ə
 idar
ə
etm
ə
nin t
əş
kili v
ə

bu 
şə
raitd
ə
 daxili i
ş
l
ə
r orqanlar
ı
n
ı
n funksiyalar
ı
 
Qüvvdə olan qanunvericiliyə əsassn, fövqəladə vəziyyət rejimi 
idarəetmə sisteminin yenidən təşkil olunması, dövlət orqanlarının 
səlahiyyətlərinin yenidən bölüşdürülməsi, onların əlavə hüquqlar-
la təmin edilməsi, əlbəttə ki, fiziki və hüquqi şəxslərin hüquq və 
azadlıqlarının məhdudlaşdırılması, həmçinin, onların üzərinə əla-
və vəzifələrin qoyulması və həyata keçirilir. 
Qüvvədə olan qanunvericiliyin təhlili idarəetmə sisteminin ya-
radılmasının bir neçə təşkilati formalarını ayırmağa imkan verir. 
Bu təşkilati formalar aşağıdakılardan ibarətdir:
– fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi zamanı bütün 


228
mövcud olan orqanlar saxlanılır, lakin birbaşa Prezidentin tabeçi-
liyinə verilir; 
– fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi vaxt icra orqan-
ları saxlanılır, lakin prezident tərəfindən təyin edilmiş orqanın 
birbaşa tabeçiliyinə verilir; 
– fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş hadisə-
lərin ləğv edilməsi üzrə işlərin əlaqələndirilməsi üçün xüsusi mü-
vəqqəti orqanlar yaradılır; 
– dövlət hakimiyyəti və idarəetmə orqanları öz funksional və-
zifələrini lazımınca yerinə yetirmədiyi halda, xüsusi müvəqqəti 
orqanlar yaradılır. 
Birinci halda, idarəetmə orqanları yenidən təşkil olunmurlar, 
onlara, bu orqanlara birbaşa rəhbərliyi həyata keçirən Prezident, 
əgər icra hakimiyyəti orqanları yaranmış münaqişənin qısa müd-
dətdə həll edilməsinə tam biganədilərsə (loyaldır), xüsusən, onun 
güc yolu ilə həll edilməsi mümkündürsə, müraciət edir. Belə bir 
böhranın həll edilməsi Azərbaycan Respublikasında 1994-1995-
ci illərin oktyabr-mart aylarında tətbiq edilmişdir. 
İkinci variantda, fövqəladə vəziyyət elan edilən halda xüsusi 
idarəetmə orqanı yaradılır və ərazi icra hakimiyyəti orqanları on-
ların tabeçiliyində olurlar. Müvafiq aparata malik olaraq, belə bir 
orqan tam həcmdə rəhbərlik fəaliyyətini həyata keçirə bilər. Bura 
hüquq-mühafizə, təsərrüfat-bərpaedici fəaliyyət, danışıqların apa-
rılması və s. daxildir. Yerli hakimiyyət orqanlarından asılı olma-
yaraq və qənaətdən azad olan o şəraiti obyektiv, düzgün qiymət-
ləndirməyə və qərar qəbul etməyə malikdir. 
Üçüncü variantda təşkilati forma haqqında qeydlər var ki, xü-
susi müvəqqəti orqanlara hakimiyyət səlahiyyətləri verilən za-
man, onlar ikinci formada göstərilən idarəetmə orqanlarına oxşar 
olmalıdır. Əgər göstərilən səlahiyyətlər həmin orqana verilmə-
mişdirsə, o, yalnız sadəcə olaraq, əlaqələndirmə mərkəzini təmsil 
edəcək. Təcrübədə, yerlərdə müvafiq hakimiyyət orqanları öz 
funksiyalarını lazımınca yerinə yetirmədikdə, yaxud onlar baykot 
edilən zaman fövqəladə vəziyyət rejimi tətbiq edildiyi ərazidə 
idarəetmə sisteminin yaradılması ən böyük çətinlik yaradır. 


229
“Fövqəladə vəziyyət haqqında” Qanuna müvafiq olaraq, hə-
min halda ərazi nümayəndə, yaxud icra orqanlarının səlahiyyətlə-
ri məhdudlaşdırıla, yaxud dayandırıla bilər. Bununla əlaqədar ola-
raq, müvəqqəti müdiriyyət və komendatura kimi belə bir idarəet-
mə orqanlarının prinsipcə yeni idarəetmə sisteminin yaradılması 
zəruriyyətindən baş verir. 
Bir qayda olaraq, müvəqqəti müdiriyyət başçısı Azərbaycan 
Respublikası hökumətinin müavini təyin edilir. Ali qanunverici 
orqan, təqdim edilmiş namizədi təsdiq edir, yaxud rədd edir. 
Azərbaycan Respublikasının Milli Məclisi öz növbədənkənar ses-
siyasında yaranmış vəziyyəti müşahidə etmək və münaqişəni ni-
zama salmaqda yardım etmək, yaxud fəlakəti neytrallaşdırmaq 
üçün müvəqqəti deputat komissiyası yarada bilər. 
Müvəqqəti müdiriyyətin başçısı böyük səlahiyyətlərə malikdir. 
Onun aşağıda göstərilən hüquqları vardır: 

öz səlahiyyətləri çərçivəsində kadrları seçmək və təyin etmək; 

fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə olan bütün döv-
lət orqanları, müəssisələri, idarələri, ictimai təşkilatlar və vətən-
daşlar müvafiq ərazidə xüsusi idarəetməni həyata keçirən Azər-
baycan Respublikasının dövlət orqanlarına hərtərəfli kömək gös-
tərməli, onların məcburi olan sərəncamlarını və əmrlərini yerinə 
yetirməlidirlər; 

yerli hakimiyyət orqanlarının qeyri-leqal nümayənələrini və 
rəhbərlərini, əgər onların fəaliyyəti qanunazidd gedirsə, vəzifədən 
kənarlaşdırmaq; 

hüquqazidd və təhrikçi xarakter daşıyan yerli normativ akt-
ları ləğv etmək; 

verilmiş qüvvə və vasitələrə rəhbərliyi həyata keçirmək; 

qonşu şəhər və rayonlarla qarşılıqlı əlaqəni təşkil etmək. 
Müvəqqəti müdiriyyət tabeçilik üzrə yaradılmış ərazidə ko-
mendaturalara rəhbərlik edir, həmçinin, onun tabeçiliyində olan 
birləşmiş qüvvələrin fəaliyyətini əlaqələndirir. Müvəqqəti müdi-
riyyət başçısı tərəfindən fövqəladə vəziyyət rayonunda komenda-
tura haqqında Əsasnamə təsdiq olunur. Göstərilən akta əsasən 
müxtədif səviyyələrdə yaradılmış komendaturalar yalnız müvəq-


230
qəti müdiriyyətə tabe olurlar. Müvəqqəti müdiriyyətin başçısı ko-
mendant rayonlarının və məntəqələrinin sənədlərini, onların yer-
ləşməsinin dislokasiyasını, onların ştat sayını və şəxsi tərkibini 
müəyyən edir. Daxili işlər orqanlarından, hərbi hissələrindən, sər-
hədçilərin və başqa güc strukturlarının nümayəndələrindən olan 
və komendanta verilmiş rejimi ilə əlaqədar məsələlər üzrə bütün 
səviyyədən olan komendantların sərəncamları, fövqəladə vəziyyət 
tətbiq edildiyi bütün ərazilərdə yerləşən yerli hakimiyyət orqanları, 
müəssisə və təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar üçün məcburi-
dir. Komendant fövqəladə vəziyyət rejiminin təmin olunması məsə-
lələrinə dair müvafiq ərazidə hökmən icra edilməli əmr və sərən-
camlar verir, hüquq-mühafizə fəaliyyətini əlaqələndirir. Eyni za-
manda fövqəladə vəziyyət tətbiq roueluğu ərazilərdə, müəssisə və 
təşkilatların səlahiyyətlərinin, vətəndaşların hüquq və azadlıqlarının 
dəyişdirilməsinə yönəlmiş məhdudiyyətlər müəyyən edilir. 
Komendaturaların əsas vəzifələrinə aiddir: 
– öz təsir zonasında ictimai qaydanın və təhlükəsizliyin təmin 
edilməsi; 
– vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsi; 
– cinayətkarlıqla və başqa hüquqpozmalarla mübarizə
– vətəndaşlardan odlu silahların, döyüş sursatlarının, partlayıcı 
maddələrin, döyüş texnikasının, başqa maddə və predmetlərin 
(mülki dövriyyədən çıxarılmış) götürülməsi; 
– müvəqqəti müdiriyyətin sərəncamlarının əhalinin nəzərinə 
çatdırılması; 
– buraxılış-nəzarət rejiminin təşkil edilməsi; 
– vətəndaşların və nəqliyyat vasitələrinin baxışının və yoxla-
nılmasının həyata keçirilməsi; 
– hüquqpozma və cinayətlərin törədilməsində şübhəli şəxslərin 
tutulması; 
– qadağan edilmiş kütləvi aksiyaların keçirilməsinin qarşısının 
alınması; 
– profilaktik və izahedici işin aparılması; 
– fövqəladə vəziyyət rejimini pozan, yaxud müvəqqəti müdi-
riyyətin sərəncamlarını yerinə yetirməkdən imtina edən idarə, 


231
müəssisə, təşkilat, həmçinin, icra hakimiyyəti nümayəndələrini 
vəzifədən kənarlaşdırılması; 
– müəyyən olunmuş komendant saatı rejiminin təmin edilməsi; 
– əhaliyə köməkliyin göstərilməsi. 
Təcrübə göstərir ki, bir qayda olaraq, fövqəladə vəziyyət şərai-
tində komendaturalar fəaliyyət göstərən daxili işlər orqanları ba-
zası əsasında təşkil edilir, buna görə də, komendaturaların təyin 
edilməsi, habelə komendaturalarda müvafiq vəzifələrlə əvəz edil-
məsi tez-tez bu orqanların və üstəlik verilmiş qüvvələrin sıraların-
dan həyata keçirilir. 
Ölkənin bu və ya başqa regionunda ictimai qaydanın və təhlü-
kəsizliyin kəskin surətdə qeyri-sabitliyə gətirib çıxaran fövqəladə 
şəraitin yaranması zamanı neqativ nəticələri xəbərdar edilməsi, 
qarşısının alınması və ləğv edilməsində mühüm rol güc struktur-
larına, başqa dövlət orqanlarına və ictimai təşkilatlara məxsusdur. 
Bu subyektlərin konkret vəzifələri, funksiyaları və səlahiyyətləri, 
onların fəaliyyətinin spesifikliyindən və istiqamətlərindən asılıdır. 
Onların bir hissəsi fövqəladə vəziyyət zonasında qəza-bərpaedici 
və xilasedici işləri həyata keçirir, digərlər həyat təminatlarının 
təşkil edilməsi ilə bağlıdır, üçüncülər isə ictimai qaydanın və təh-
lükəsizliyin mühafizəsini təmin edirlər. Fövqəladə vəziyyət reji-
minin təmin edilməsinin əsas subyektlərindən biri də daxili işlər 
orqanlarıdır. Daxili işlər orqanlarının inzibati fəaliyyəti baxılan 
şəraitlərdə şərti olaraq hüquqi və təşkilati normalara bölünür, yəni 
baxılan subyektlərin xarici fəaliyyətinin hüquqi nəticələrini yara-
dır və belə nəticələr yaratmır. 
Birinci forma çərçivəsində fəaliyyət mühümdür. Belə ki, bu 
zaman qanunların icrasına yönələn hüquqi normalar müəyyənləş-
dirilir, yaxud ləğv edilir, başqa dövlət orqanları ilə birlikdə nor-
mativ aktlar həyata keçirilir, daxili işlər orqanlarına isə müvafiq 
səlahiyyətlər verildiyi təqdirdə, onlar ictimai münasibətlərin ilkin 
nizamlayıcısı kimi çıxış edirlər (məsələn, fövqəladə vəziyyət reji-
mi şəraitində yol hərəkəti iştirakçıları tərəfindən riayət olunması-
nı təmin edən normaların qəbulu). 
Daxili işlər orqanların fəaliyyətinin digər hüquqi forması – hü-


232
quqtətbiqetmə ilə bağlıdır və fərdi idarəetmə aktının qəbulu ilə 
xarakterizə olunur. Onların böyük bir hissəsi fövqəladə hadisələr 
zamanı müəyyən edilmiş hüquqi rejimin qorunub saxlanmasına 
yönəlmiş qadağanedici tədbirlərin təmin edilməsi ilə, həmçinin 
bunların pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə 
əlaqədardır. Daxili işlər orqanları tərəfindən fövqəladə vəziyətin 
hüquqi rejiminin təmin edilməsinin metodları aşağıdakılardır: 
– vətəndaşlar və vəzifəli şəxslər tərəfindən müəyyən olunmuş 
müvafiq hüquqi normanın yerinə yetirmələrinə mütəmadi müşa-
hidə və yoxlamalarda ifadə olunan ümumi və xüsusi inzibati nə-
zarətin həyata keçirilməsi; 
– müəyyən olunmuş rejimin pozulması haqqında məlumatla-
rın, ərazilərin və şikayətlərin yoxlanılması; 
– hüquq pozuntusu törətmiş şəxslərə məcburetmə tədbirlərinin 
tətbiq edilməsi; 
– müvafiq qanunvericiliyə ciddi əməl edərək, təqsirkarların 
məsuliyyətə cəlb edilməsi. 
Fövqəladə vəziyyət rejimi şəraitində daxili işlər orqanlarının 
təşkilati fəaliyyətinə daxil təmin etməyə, lazımi infrastrukturların 
yaradılmasına, qoyulmuş vəzifələrin yerinə yetirilməsinə hazırlı-
ğın təşkilinə və əsas məqsədlərə nail olmağa yönəldilmiş hərəkət-
lər aiddir. 
Bu daxili idarəetmə fəaliyyətinin məlumat təminatı aşağıdakı-
lardır: 
– yaranmış şərait, güc və vasitələrin istifadə edilməsi, bu və ya 
digər qəbul olunmuş tədbirlərə əhalinn reaksiyası, onların əhval-ru-
hiyyəsi və niyyəti barədə əməliyyat və statistik məlumatların toplan-
ması və təhlili, təcrübənin toplanması və ümumiləşdirilməsi; 
– idarə əmrlərinin və sərəncamların qəbulu, ictimai qaydanın 
mühafizəsi üzrə aryıca funksiyalar verilmiş ictimai birliklərə təş-
kilati və metodiki yardımın göstərilməsi; 
– planlaşdırma. 
Qarşıda duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi 
üçün əməliyyat planlaşdırmanın mühüm əhəmiyyəti vardır. Daxi-
li İşlər Nazirliyinin Baş Polis İdarələrində, polis idarələrində, po-


233
lis idarələrində və şəhər, rayon polis orqanlarında, o cümlədən 
fövqəladə vəziyyətin tətbiq edildiyi halda fövqəladə şəraitlərdə 
əvvəlcədən poqnozlaşdırılması mümkün olan hərəkətlərə şəxsi 
heyətin razılığı məqsədilə xüsusi planlar işlənib hazırlanır. Bu cür 
planlarda nəzərdə tutulur: 
– müxtəlif təbii fəlakətlər və sosial münaqişələr yaranan zaman 
xidməti ərazidə ehtimal edilə vəziyyətin xarakteristikası; 
– fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında göstəriş barə-
də məlumat daxil olduqda, daxili işlər orqanlarının rəisinin və 
növbətçinin təxirəsalınmaz hərəkətlərinin ardıcıllığı və siyahısı; 
– cəlb olunan güc və vasitələrin hesablanması və onların həyə-
can siqnalı ilə yığılması; 
– qüvvələri konkret naryad növü kimi müəyən olunmuş ərazi-
də və koknret yer üzrə düzmək (qaynar nöqtələr); 
– insanların xilas edilməsi və köçürülməsi, əhaliyə köməklik 
göstərilməsi üzrə tədbirlər; 
– yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, müəyyən edil-
miş buraxılış rejiminin təmin edilməsi üçün buraxılış-nəzarət 
məntəqələrinin təşkil edilməsi, manqa postları və sipərlərin geniş-
ləndirilməsi, təhlükəli zonaların dövrəyə alınması qaydaları; 
– təhlükəsiz yerlərdə tutulmuş və həbs edilmiş şəxslərin, bəzi 
hallarda isə silahların, xüsusi texnikanın və sənədlərin təhlükəli 
zonalardan çıxarılması; 
– bütün səviyyələrdə qarşılıqlı əlaqənin təşkili; 
– xilasetmə-bərpaedici işlərin təşkil edilməsi üzrə köməkliyin 
göstərilməsi; 
– rabitənin təşkil edilməsi; 
– maddi-texniki, təsərrüfat, tibbi, ərzaq və digər təminatla tə-
min edilməsi. 
Daxili işlər orqanlarının xüsusi şəraitdə lazımi mübarizə fəa-
liyyətinə hazır olmasının saxlanması məqsədilə, xüsusən də, föv-
qəladə vəziyyət elan edildikdə, xidməti hazırlıq sistemində hissə-
lərdə şəxsi heyətin öyrədilməsi və vaxtaşırı qərargah təlimləri hə-
yata keçirilir. 
Fövqəladə vəziyyət şəraitində daxili işlər orqanlarına tətbiq 


234
edilmiş hüquqi rejimin təmin edilməsi üzrə sadalanan vəzifələr-
dən başqa, mühüm həyati obyektlərin mühafizəsi üzrə onların 
üzərinə funksiyalar da qoyulur. Daxili işlər orqanlarının, digər 
dövlət orqanlarını həyati təmin etmə sistemi obyektlərinin (su kə-
məri, su qovşağı, elektrik stansiyaları, qaz kəmərləri və s.) müha-
fizəsi üzrə xüsusi planların işlənməsinə və lazımi işlərin yerinə 
yetirilməsinə yüksək diqqət yetirilir. Azərbaycan Respublikasının 
ərazisində törədilmiş terror aktları nəticəsində insanların tələfatı 
göstərir ki, kriminal elementlərin qəddarlığı və həyasızlığına ənə-
nəvi yanaşma qərarlara yenidən baxılmasını tələb edir. Buna görə 
də, daxili işlər orqanları yaşayış evlərinin, məktəblərin, xəstəxa-
naların və mühafizə olunan obyektlərin dairəsini genişləndirməyə 
məcburdurlar. Zərər çəkmiş əhalinin yerləşdirilməsi və köçürül-
məsi, yaşayış məntəqələrinin, həmçinin üstəlik verilmiş qüvvələ-
rin cəlb edilməsi üçün müdafiə planları tərtib edilir. 
Bu planlar fövqəladə vəziyyət rejimi tətbiq edilməzdən əvvəl 
işlənib hazırlanır və təsdiq edilib, yaranmış şəraitin spesifikliyi 
nəzərə alınaraq, konkret əraziyə aid edilir. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə