Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə135/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   144
386 in.fealxh ders vesaiti

222
XXII Fəsil.
FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ VƏ ONUN TƏMİN 
EDİLMƏSİ ÜZRƏ DAXİLİ İŞLƏR ORQANLARININ 
FUNKSİYALARI 
 
§ 1. Fövq
ə
lad
ə
 v
ə
ziyy
ə
t rejiminin anlay
ı
ş
ı
 v
ə
 t
ə
tbiq
edilm
ə
sinin 
ə
saslar
ı
 
Fövqəladə vəziyyət - Azərbaycan Respublikası Konstitusiyası-
na və “Fövqəladə vəziyyət” haqqında Qanuna uyğun olaraq Azər-
baycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respub-
likası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxs-
lərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət for-
masından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və 
qanuni mənafelərinin məhdudlaşdırılmasına və onların üzərinə 
əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də müvafiq icra ha-
kimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzi-
fəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimidir. 
Fövqəladə vəziyyət rejimi qüvvədə olan qanunvericiliyə mü-
vafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində, yaxud 
ayrı-ayrı yerlərində müvəqqəti olaraq tətbiq edilə bilər və bu da 
səlahiyyətli dövlət orqanlarının fəaliyyətinin xüsusi hüquqi rejimi 
deməkdir, hüquqi şəxslərin, vətəndaşların hüquq və azadlıqlarının 
məhdudlaşdırılmasına yol verir, həmçinin, onların üzərinə əlavə 
vəzifələrin qoyulmasını nəzərdə tutur. Fövqəladə vəziyyət rejimi-
nin tətbiq edilməsinin məqsədi ilə yaranmış təhlükəli şəraitin tez-
liklə normalaşdırılması, hüquq və qanunçuluğun pozulması halla-
rında onun bərpa edilməsi, əhaliyə təhlükə hədəsinin, təbii fəla-
kətlərin, ekoloji və başqa qəzaların nəticələrini aradan qaldırmaq 
və lazımi köməklik göstərilməsidir. “Fövqəladə vəziyyət haqqın-
da” Qanuna müvafiq olaraq, fövqəladə vəziyyət rejimi yalnız föv-
qəladə vəziyyət rejiminin tətbiq edilməsinə əsas verən, ölkənin 
vətəndaşlarına və konstitusiya quruluşuna real, labüd təhlükə ya-
radan, təhlükənin aradan qaldırılması üçün fövqəladə tədbirlər 
görülməsi tələb olunan şəraitdə tətbiq oluna bilər.


223
Fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinin əsas hissəsini 
qanunda nəzərdə tutulmuş hallar və hadisələr təşkil edir və bunlar 
aşağıdakılardır: 
– dövlətin ərazi bütövlüyünün və konstitusiya quruluşunun 
zorla dəyişdirilməsi cəhdi, zorakılıqla müşayiət olunan kütləvi iğ-
tişaşlar, millətlərarası münaqişələr, ayrı-ayrı ərazilərin mühasirə-
si, vətəndaşların həyatı və təhlükəsizliyinə, yaxud dövlət institut-
larının normal fəaliyyətinə qorxu yaradarsa; 
təbii fəlakətlər, epidemiya, epizootiya, insanların həyat və 
sağlamlığını təhlükə altına qoyan bütün texniki, ekoloji qəzalar 
və qəza bərpaedici işlərin aparılmasını tələb edirsə. 
“Fövqəladə vəziyyət haqqında” Qanunda göstərilən hallara 
əsasən, fövqəladə vəziyyət rejimi elan etməzdən əvvəl Azərbay-
can Respublikası Prezidenti, yaxud Milli Məclisin sədri fövqəladə 
vəziyyətin tətbiqinə əsas verən hərəkətlərin təşəbbüsçüsü və ya 
iştirakçısı olan şəxslərə, təşkilatlara, dairələrə xəbərdarlıqla müra-
ciət etməli və öz müraciətlərində müəyyən olun müddətdə qeyri-
qanuni hərəkətləri dayandırmağı onlardan tələb edir. 
Həmin şəxslər, təşkilatlar və idarələr olmadığı halda və onlar 
qeyri-qanuni hərəkətləri davam etdirdikdə, göstərilən müddət ba-
şa çatan kimi fövqəladə vəziyyət tətbiq edilir. 
Əgər onlar normal fəaliyyət göstərməyi davam edilərsə, qa-
nunda göstərilən hallara əsasən, fövqəladə vəziyyət rejimi yerli 
dövlət hakimiyyəti orqanlarının yalnız razılığı ilə tətbiq edilə bi-
lər. Əhalinin həyatının və təhlükəsizliyinin qorunması üçün təxi-
rəsalınmaz tədbirlərin görülməsi tələb olunduğu hallarda fövqəla-
də vəziyyət rejimi xəbərdarlıq edilmədən dərhal tətbiq edilə bilər. 
Beləliklə, fövqəladə vəziyyətin tətbiq edilməsi qaydası nizama 
salınır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu mad-
dəsinin 29-cu bəndinə əsasən, Azərbaycan Respublikasının bütün 
ərazisində, yaxud ayrı-ayrı yerlərində tətbiq edir və bu barədə qə-
bul etdiyi fərmanı dərhal 24 saat müddətində Azərbaycan Res-
publikası Milli Məclisinin təsdiqinə verir. 
Qüvvədə olan qanunvericiliyə əsasən, fövqəladə vəziyyət gös-
tərilən hallar əhalinin həyat və sağlamlığı üçün real, fövqəladə, 


224
labüd təhlükə yaradır və bu təhlükəni fövqəladə tədbirlər görmə-
dən aradan qaldırmaq mümkün deyilsə, tətbiq oluna bilər. 
Fövqəladə vəziyyətin tətbiq edilməsinin elan edilməsi zamanı 
ümumi tədbirlərə aşağıdakı göstərilənlər aiddir: 

fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin 
xüsusi rejimi, habelə, bu ərazidə hərəkət sərbəstliyinin məhdud-
laşdırılması; 

ictimai qaydanın və əhalinin, xalq təsərrüfatının həyat fəa-
liyyətini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi; 

mitinqlərin, küçə yürüşlərinin, yığıncaqlarının, nümayişlə-
rin, habelə, digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edil-
məsi; 

tətillərin qadağan edilməsi

nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və 
onların yoxlanılması; 

qadağan saatının qoyulması – xüsusi verilmiş icazə vərəqə-
ləri və şəxsiyyəti təsdiq edən sənədlər olmadıqda, günün müəy-
yən vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmadğın qada-
ğan edilməsi; 

qabaqcadan senzura qoymaq yolu ilə mətbuatın və digər küt-
ləvi informasiya vasitələrinin məhdudlaşdırılması: səs ucaldan tex-
niki vasitələrin və surətçıxarma aparatların müvəqqəti alınması; 

vəziyyətin normallaşdırılmasına ciddi mane olan siyasi par-
tiyaların, ictimai təşkilatların və kütləvi hərəkətlərin fəaliyyətinin 
müvafiq xəbərdarlıqdan sonra dayandırılması; 

vətəndaşların toplaşdığı yerlərdə sənədlərin yoxlanması, 
müstəsna hallarda isə vətəndaşlarda silah olması barədə məlumat 
olduqda, şəxsi yoxlama aparılması, əşyaların və nəqliyyat vasitə-
lərinin yoxlanması; 

silah, zərərli və partlayıcı maddələr, döyüş sursatı, spirtli iç-
kilər gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaş-
dırılması və ya qadağan edilməsi; müstəsna hallarda vətəndaşlar-
dan odlu silahın, soyuq silahın, döyüş sursatının, zəhərli maddələ-
rin, müəssisələrdən, idarələrdən və təşkilatlardan, həmçinin təlim-
hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti alınması; 


225

fövqəladə vəziyyət rayonunun sakini olmayan və ictimai 
qaydanı pozan şəxslərin fövqəladə vəziyyət elan olunan ərazinin 
hüdudlarından çıxarılması. 
“Fövqəladə vəziyyət haqqında” Qanuna əsasən, göstərilən hal-
larda, fövqəladə vəziyyət tətbiq edilərsə, yuxarıda sadalanan 
məhdudiyyətlərə aşağıdakı əlavə tədbirlər də tətbiq edilə bilər: 
– yaşayış yeri üçün təhlükəli olan rayonlardan, stasionar və ya 
müvəqqəti mənzilləri verməklə, vətəndaşların müvəqqəti köçürül-
məsi; 
– ərzaq məhsullarının və ən zəruri tələbat mallarının bölüşdü-
rülməsində xüsusi qaydanın tətbiq edilməsi; 
– dövlət və başqa müəssisələrin, idarələrin və təşkilatların ehti-
yatlarının səfərbərliyə alınması, onların iş reximinin dəyişdirilmə-
si, onların fəaliyyətlərinin fövqəladə vəziyyət şəraitində zəruri 
olan məhsullar istehsalına yönəldilməsi, istehsal təsərrüfat fəaliy-
yətində qəza-xilasetmə və bərpa işləri üçün zəruri olan digər də-
yişikliklərin edilməsi; 
– dövlət idarələrinin, müəssisələrinin və təşkilatlarının rəhbər-
ləri öz vəzifələrini lazımınca icra etmədikdə, onların fövqəladə 
vəziyyət dövründə işdən kənar edilməsi və vəzifələrinin müvəq-
qəti icrası üçün başqa şəxslərin təyin olunması; 
– müstəsna hallarda təxirəsalınmaz qəza-xilasetmə işləri apar-
maq üçün əmək təhlükəsizliyinin hökmən təmin edilməsi şərtilə 
əmək qabiliyyətli əhalinin və vətəndaşların nəqliyyat vasitələrinin 
səfərbərliyə alınması; 
– rabitədən istifadə üçün xüsusi qaydaların qoyulması. 
Respublikada və onun ayrı-ayrı regionlarında yaranan və baş 
verən şəraitlər həmin qeyri-sabitləşməsinə gəlib çıxara bilər, on-
ların aradan qaldırılması və neytrallaşdırılması xüsusi tədbirlərin 
tətbiq edilməsini tələb edir. Məsələn, 1988-1994-cü ilədək Azər-
baycan Respublikasında erməni qəsbkarları tərəfindən elan olun-
muş müharibənin aparılması və 20% ərazinin işğal edilməsi, 
1993-1995-ci illərdə xarici ölkələrin xüsusi xidmət orqanları tərə-
findən Azərbaycan Respublikasında terror aktlarının törədilməsi, 
müəyyən daxili qüvvələrin respublika ərazisində silahlı basqınla-


226
rının cəhdləri və silahla konstitusiya quruluşunun dəyişdirilməsi-
nə cəhdlərini göstərmək olar. Yuxarıda göstərilən hadisələr kütlə-
vi iğtişaşlarla müşahidə olunan millətlərarası münaqişələrin baş 
verməsinə gətirib çıxarmışdır və buna görə də Azərbaycan Res-
publikasının Prezidenti ölkədə fövqəladə vəziyyətin tətbiq edil-
məsi haqqında fərman imzalamış, dərhal təsdiq edilməsi üçün 
Milli Məclisə verimişdir. Azərbaycan Respublikasının Milli Məc-
lisi 24 saat ərzində bu məsələyə dair qərar qəbul edir. Azərbaycan 
Respublikasının Milli Məclisinin sessiyaları arasındakı dövrdə 
fövqəladə vəziyyət tətbiq edildikdə, Milli Məclisin sədri dərhal 
növbədənkənar sessiyanı çağırır. Sessiyada bu məsələyə dair qə-
rar Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı im-
zalandığı andan 72 saat keçənədək qəbul edilir. Fövqəladə vəziy-
yətin tətbiq edilməsi məsələsinə dair qərar Milli Məclisin tərkibi-
nin azı üçdə ikisindən ibarət çoxluqla qəbul olunur. 
Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında Fərmanda aşa-
ğıdakılar göstərilməlidir: 
– fövqəladə vəziyyətin tətbiq edilməsinin səbəbləri; 
– fövqəladə tədbirlərin siyahısı və hədləri, bu şəraitdə görülən 
və dövlət hakimiyyəti orqanlarının qanunla müəyyən edilən səla-
hiyyətlərinin, ictimai birliklərin hüquqlarının, həmçinin, vətən-
daşların hüquq, azadlıq və vəzifələrinin dəyişdirilməsinə səbəb 
olan tədbirlər yaranmış vəziyyətin kəskinliyindən irəli gələn hü-
dudlar daxilində həyata keçirilməməsi. 
Fövqəladə vəziyyətin tətbiq edilməsi vətəndaş hüquqları və si-
yasi hüquqlar haqqında Beynəlxalq müqavilədə və Azərbaycan 
Respublikasının ona zidd olmayan qanunlarında başa düşülən 
mənada yaşamaq hüququnun, vicdan və dini etiqad azadlığının 
hər hansı şəkildə məhdudlaşdırılmasına, işgəncələr tətbiq olun-
masına, qəddar, amansız, yaxud insan ləyaqətini alçaldan rəftar 
edilməsinə və ya cəza verilməsinə əsas ola bilməz. Eləcə də, əmə-
lə görə cəza müəyyən edən və ya cəzanı ağırlaşdıran qanunun ge-
riyə qüvvəsinin tətbiqinə yol verilmir; 
– fövqəladə vəziyyət tədbirlərinin həyat keçirilməsi üçün ca-
vabdeh olan dövlət orqanları və onların fövqəladə səlahiyyətləri-


227
nin dəqiq hədləri; 
– fövqəladə vəziyyətin qüvvədə olduğu ərazinin sərhədləri
– fərmanın qüvvəyə minməsi vaxtı, habelə, fövqəladə vəziyyə-
tin tətbiq olunduğu müddət. 
Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanın qüv-
vəyə minməsinə ən azı 6 saat qalmış bu barədə kütləvi informasi-
ya vasitələri ilə elan edilir. 
Fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında fərmanla föv-
qəladə vəziyyətin müddəti 60 gündən çox ola bilməz. Bu müddət 
başa çatdıqda, fövqəladə vəziyyət Milli Məclisin tərkibinin ümu-
mi sayının səs çoxluğu ilə uzaldıla, yaxud ləğv edilə bilər. Fövqə-
ladə vəziyyətin tətbiq edildiyi ərazidə qanunauyğun olaraq, bu 
fərmanla, yaxud ayrıca fərmanla müvəqqəti prezident idarə üsulu 
tətbiq edilə bilər. Azərbaycan Respublikasının ali hakimiyyət və 
idarəetmə orqanları fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə 
fəaliyyət göstərən aşağı orqanların hər hansı qərarın ləğv edə bi-
lər. Azərbaycan Respublikasının Prezidenti fövqəladə vəziyyət 
tətbiq edildiyi ərazidə öz fərmanı ilə xüsusi müvəqqəti idarəetmə 
orqanları yarada bilər. Bu orqanlara dövlət hakimiyyəti və idarə-
etmə orqanlarının səlahiyyətləri büitünlüklə və ya qismən, bu mü-
vəqqəti xüsusi orqanlara verilə bilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə