Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə131/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   144
386 in.fealxh ders vesaiti

 
 


217
§ 3. Kütl
ə
vi i
ğ
ti
ş
a
ş
lar
ı
n l
əğ
v edilm
ə
si üzr
ə
 D
İ
O-nun
h
ə
yata keçirdiyi xüsusi t
ə
dbirl
ə

 
İctimai asayişin qrup şəklində pozulması, kütləvi iğtişaşların 
qarşısının alınması ilə bağlı ümumi xəbərdarlıq etmə və digər 
profilaktiki tədbirlər nəticə vermədikdə, DİO onların ləğv edilmə-
si üzrə xüsusi tədbirlər – xüsusi əməliyyatlar təşkil edir və həyata 
keçirirlər. 
Kütləvi iğtişaşların ləğv edilməsində müvəffəqiyyətə nail ol-
ma, əhəmiyyətli dərəcədə DİN-in orqan və qoşunlarının düzgün, 
çevik və əlaqəli fəaliyyətlərindən asılıdır. Bu fəaliyyət qabaqca-
dan planlaşdırılmalı, təşkil edilməli, qüvvə və vasitələr birgə xü-
susi hazırlıq (məşq və təlimlər) keçməli və daima döyüş hazırlığı-
nı yüksəltməlidirlər. Bunların hamısı birlikdə qarşıda həyata keçi-
riləcəyi proqnozlaşdırılan xüsusi əməliyyatların ilkin hazırlıq təd-
birləri sayılır. Bu işin təşkili və ona rəhbərliyi DİN-in (Naxçıvan 
MR DİN) BPİ, ŞRPO-da yaradılan əməliyyat qərargahları və on-
ların rəhbərləri həyata keçirirlər. 
Əməliyyat qərargahları – xüsusi əməliyyat planlarının hazır-
lanması və dəqiqləşdirilməsi, əməliyyat barədə məlumatların top-
lanması, ümumiləşdirilməsi və təhlili, cəlb edilən qüvvə və vasi-
tələrin səmərəli istifadə olunması haqqında təkliflərin və qərarla-
rın hazırlanması, əməliyyat xəritələrinin (sxemlərin) tərtib edil-
məsi, kütləvi tədbir və xüsusi əməliyyat zamanı ictimai asayişin 
təmin edilməsi ilə əlaqədar şəxsi heyətlə təlimlərin keçirilməsi, 
xüsusi tədbirlər (əməliyyat) zamanı qüvvə və vasitələrin idarə 
edilməsi, əlaqəli orqan, nazirlik və təşkilatlarla qarşılıqlı əlaqələ-
rin yaradılması kimi vəzifələri yerinə yetirirlər. 
Əməliyyat qərargahının rəhbəri ehtimal edilən fövqəladə hadi-
sələr zamanı DİO-nun fəaliyyəti barədə qərar qəbul edir. 
Qərarda iğtişaşların baş verməsi ehtimal olunan rayonlar (əra-
zi, yer), zəruri olan qüvvə və vasitələr, onların tərkibi, tapşırıqları, 
əməliyyat keçiriləcək rayonlarda (ərazidə) hərəkət marşrutları, 
marşrutların təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin hazır-
laşdırılması barədə tapşırıqlar, əməliyyatda iştirak edəcək qüvvə-


218
lər arasında qarşılıqlı əlaqənin, rabitə və idarəetmənin təşkili öz 
əksini tapmalıdır. 
Qəbul edilmiş qərar əsasında geniş fəaliyyət planı tərtib olu-
nur. Plan tərtib edilərkən, yerli şərait nəzərə alınmalı, konkret və 
real hazırlanmalıdır. 
Kütləvi iğtişaşların ləğv edilməsi üzrə xüsusi əməliyyatlara 
DİN-in orqan, müəssisə və qoşunlarının qüvvə və vasitələrinin 
daha səmərəli hazırlığı, yerləşdirilməsi və istifadə olunması məq-
sədilə DİO-nun zonalar üzrə bölgüsü aparılır (hazırda respublika-
mızın şəhər və rayonlarını təmin edən polis orqanları 9 zonaya 
bölünmüşdür. 
Xüsusi əməliyyatın keçirilməsi zamanı ərazi DİO-nun bütün 
şəxsi heyəti əməliyyata cəlb olunur. DİN-dən daxil olmuş göstə-
riş əsasında zonaya daxil olan digər DİO-nun şəxsi heyətinin 
40%-i bir saatdan gec olmayaraq, tam təchiz olunmuş halda 
(mövsümə uyğun)– ekipirovkalanaraq, tədbir keçirilən rayona yo-
la düşməlidir. 
İctimai asayişin qrup halında pozulmasının və ya kütləvi iğti-
şaşların, çevik və operativ şəkildə qarşısının alınması (ləğv edil-
məsi) məqsədilə ŞRXPO-da xüsusi dəstə yaradılır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə