Microsoft Word Vuqar ders vesaiti 2017


b) sosial-iqtisadi, mədəni və s. sahələrdəki problemlərlə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə129/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   144
386 in.fealxh ders vesaiti

b) sosial-iqtisadi, mədəni və s. sahələrdəki problemlərlə 
bağlı:
– ölkədə və ya onun ayrı-ayrı regionlarında vaxtı çoxdan çat-
mış, lakin həll edilməyən sosial, iqtisadi və s. problemlərin möv-
cudluğu; 
– əhalinin gündəlik tələbat malları ilə vaxtında təmin edilmə-
məsi, əmək haqlarının vaxtında verilməməsi
– maddi nemətlərin sosial qruplar, təbəqələr arasında düzgün 
bölüşdürülməməsi, sosial ədalətsizlik; 
– sosial-iqtisadi islahatların (sahibkarlıq fəaliyyəti, özəl-ləşdir-


214
mə və s.) həyata keçirilməsində yol verilən qüsurlar, vergi siyasə-
tindəki pozuntular
– inflyasiyanın durmadan artması, iqtisadi böhran, əhalinin ge-
niş təbəqələrinin yoxsullaşması, kütləvi işsizlik; 
– dövlət və icra strukturlarının əhalinin ehtiyaclarına bürokra-
tik münasibət göstərmələri, onların sosial-iqtisadi, mədəni və s. 
problemlərini həll etməməsi, edə bilməməsi və yaxud bunu istə-
məməsi; 
– əhali ilə (xüsusilə gənclərlə) keçirilən siyasi, hüquqi, mədəni 
və tərbiyəvi işlərin (tədbirlərin) aşağı səviyyədə olması, KİV-in 
fəaliyyətindəki çatışmamazlıqlar; 
– kütləvi tədbirlər (idman, konsert və s.) zamanı azarkeşlərin, 
tamaşaçıların və s. ifrat məyyusluğu (məs. futbol yarışlarında 
doğma komandanın uduzması) və ya emosionallığı; 
– bəzi hüquq-mühafizə orqanlarının yarıtmaz fəaliyyəti, ayrı-
ayrı əməkdaşların qanunazidd hərəkətləri, qeyri-peşə-karlığı, xid-
mət mədəniyyətinin aşağı səviyyədə olması; 
– ictimaiyyət arasında geniş rezonans yaratmış və şəxsiyyət 
əleyhinə yönəldilmiş ağır cinayətlərin vaxtında açılmaması; 
– hüquq-mühafizə orqanları əmkdaşları tərəfindən müəyyən 
tədbirlər (həmçinin xüsusi tədbirlər) həyata keçirərkən, yerli əha-
linin adət-ənənələrini nəzərə almaması və ya onlara məhəl qoyul-
maması və s. 
Beləliklə, bütün yuxarıda qeyd olunan bu və bu kimi problem-
lər insanların (kütlənin) küçə və meydanlara çıxmasına, öz etiraz 
və narazılıqlarını bildirməsinə, qarşıdurmaya və nəticə etibarı ilə 
ictimai asayişin qrup halında pozulmasına, kütləvi iğtişaşların baş 
verməsinə təkan verən əsas səbəblər və amillərdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə