Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə123/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   144
386 in.fealxh ders vesaiti

Əməliyyat qərargahı
ŞRPİ-nin (yuxarı orqanın) rəisinin qəra-
rına əsasən, fövqəladə hadisə dövründə şəxsi heyətin fəaliyyətinin 
idarə edilməsini həyata keçirmək məqsədilə yaradılır. 
Əməliyyat qərargahı aşağıdakı vəzifələrin yerinə yetirilmə-
sini təmin edir: 

fəlakət rayonunda yaranmış əməliyyat şəraiti barədə məlu-
matların vaxtında toplanması, ümumiləşdirilməsi, təhlili, qiymət-
ləndirilməsi və müvafiq qərarların qəbul edilməsi üçün təkliflərin 
hazırlanmasını; 

yarana biləcək əməliyyat şəraitinə operativ reaksiya veril-
məsi üçün tədbirlərin hazırlanmasını; 

DİO-nun struktur bölmələri, eləcə də digər orqanlarla qarşı-
lıqlı əlaqənin təşkilini

əməliyyat qruplarının fəaliyyətlərinin əlaqələndirilməsini; 

qüvvə və vasitələrin fəaliyyətinə nəzarətin həyata keçiril-
məsini və s. 
Əməliyyat qərargahının strukturu aşağıdakı kimi ola bilər: 
qərargah rəisi (DİO-nun rəisi və ya müavini), onun müavinləri, 
xidmət və bölmə rəhbərləri, əməliyyat qruplarını təmin edən 
əməkdaşlar. 
Fövqəladə hadisələrin növündən, miqyasından, xarakterindən 


207
və digər amillərdən asılı olaraq, əməliyyat qərargahlarının struk-
turu dəyişə (tərkibi genişlənə və ya azala) bilər. 
Fövqəladə hadisələr zamanı DİO-nun qarşısında qoyulmuş və-
zifələri və spesifik tapşırıqları yerinə yetirmək üçün, onun şəxsi 
heyətindən xüsusi məqsədli əməliyyat qrupları yaradılır. 
Qruplar DİO-nun, eləcə də əlavə verilmiş qüvvələrin əməkdaş-
larından təşkil edilir. Qrupların növləri, sayı, tərkibi, komplekt-
ləşdirilməsi və təchizatı fövqəladə hadisənin növündən, miqya-
sından, xarakterindən, qarşıya qoyulmuş tapşırıqların həcmindən 
və s. amillərdən asılı olaraq, müxtəlif ola bilər. Fəlakətin baş ver-
diyi dövrdə, eləcə də ondan sonrakı mərhələdə qrupların növləri, 
tərkibi və tapşırıqları dəyişə bilər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə