16
a) DİN-in nəqliyyatda baş polis idarəsinin ictimai təhülkəsizlik
idarəsi;
b) nəqliyyatda polis idarələrinin ictimai təhlükəsizlik şöbələri;
c) nəqliyyatda polis şöbələrinin ictimai təhlükəsizlik bölmələri
(qrupları), həmçinin onların tabeçiliyində olan nizami hissələr.
İctimai təhlükəsizlik xidmətinin birinci
və ikinci həlqələrinin
aparatları əsasən təşkilatçılıq fəaliyyətini həyata keçirirlər. Bu-
nunla yanaşı adı çəkilən xidmətlər yerlərdə tabeçilikdə olan hissə
və aparatlara gündəlik təşkilati-metodiki rəhbərliyi həyata keçirir.
İctimai təhlükəsizlik xidmətinin üzərinə qoyulmuş vəzifələrin
həyata keçirilməsinin bilavasitə icraçıları şəhər,
rayon həmçinin
nəqliyyatda polis orqanlarının xidmətlərinin hissə və aparatlarıdır.
Bu orqanların hissələri ictimai qaydanın qorunması üzrə post-patrul
xidmətini təşkil edir, ictimai təhlükəsizlik xidmətinin digər funksi-
yalarının realizəsini təmin edirlər. Təcrübi cəhətdən funksiya və və-
zifələrin yerinə yetirilməsi bu xidmətin hissələri tərəfindən həyata
keçirilir və onların arasında mühüm rol polisin post-patrul xidməti-
nin hissə və bölmələrinə məxsusdur. Bu hissə
və bölmələr tabeçilik-
də olan şəhər, rayon və nəqliyyatda polis orqanlarının və yaxudda
yuxarı polis orqanlarının tabeçiliyində ola bilərlər.
Şəhər (rayon) polis orqanlarının ictimai təhlükəsizlik xidməti-
nin hissə və aparatlarının fəaliyyətinin əsas məzmunu ictimai yer-
lərdə törədilən hüquqpozmaların xəbərdar edilməsi, qarşısının
alınması və üstünün açılmasında tədbirlərin
görülməsinə istiqa-
mətləndirilməsi, onları törədən şəxslərin məsuliyyətə cəlb edil-
məsidir. İctimai təhlükəsizlik xidmətlərinin fəaliyyəti aşağıdakı
profilaktik xarakterli tədbirlərin icrasına da yönəldilir:
– ictimai qaydanın pozulmasına səbəb olan halların aşkar edil-
məsi və onların aradan qaldırılması üçün zəruri tədbirlərin görül-
məsi;
– əhali arasında tərbiyəvi və izahedici işin aparılması;
– hüquqi təbliğat və s.
İctimai qaydanın qorunması bir çox halda ictimai təhlükəsizlik
xidmətinin qüvvə və vasitələrinin effektiv istifadə olunmasından
və düzgün yerləşdirilməsindən asılıdır.