Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   144
386 in.fealxh ders vesaiti

ikinci həlqəsini
DİN-in tərkibinə daxil olan baş polis idarələrinin ictimai təhlükə-
sizlik xidmətinin idarələri təşkil edir. Həmin hissələrin aparatları 
verilmiş səlahiyyətləri hüdudunda tabeçilikdə olan xidmətlərə 
ümumi rəhbərliyi həyata keçirir, öz səviyyələrində ictimai təhlü-
kəsizliyin qorunması ilə bağlı tədbirləri təşkil edir və yerinə yeti-
rirlər. Onlar ictimai təhlküəsizlik xidməti xətti üzrə şöbə və böl-
mələrdən ibarətdir. 
İctimai təhlükəsizlik xidmətinin 
üçüncü həlqəsinə 
müvafiq 
şəhər və rayon polis orqanlarının şöbə və bölmələri (qrupları) 
aiddirlər.
Nəqliyyatda polis orqanlarında ictimai təhlükəsizlik xidməti-
nin aparat və hissələrinin sistemi yuxarıda qeyd olunan sistemdən 
bir qədər fərqlidir, bu da nəqliyyat polisinin fəaliyyətinin təşkili-
nin xüsusiyyətləri ilə şərtləndirilir. 
Bu sistemə aşağıdakılar da-
xildir: 


16
a) DİN-in nəqliyyatda baş polis idarəsinin ictimai təhülkəsizlik 
idarəsi; 
b) nəqliyyatda polis idarələrinin ictimai təhlükəsizlik şöbələri; 
c) nəqliyyatda polis şöbələrinin ictimai təhlükəsizlik bölmələri 
(qrupları), həmçinin onların tabeçiliyində olan nizami hissələr. 
İctimai təhlükəsizlik xidmətinin birinci və ikinci həlqələrinin 
aparatları əsasən təşkilatçılıq fəaliyyətini həyata keçirirlər. Bu-
nunla yanaşı adı çəkilən xidmətlər yerlərdə tabeçilikdə olan hissə 
və aparatlara gündəlik təşkilati-metodiki rəhbərliyi həyata keçirir.
İctimai təhlükəsizlik xidmətinin üzərinə qoyulmuş vəzifələrin 
həyata keçirilməsinin bilavasitə icraçıları şəhər, rayon həmçinin 
nəqliyyatda polis orqanlarının xidmətlərinin hissə və aparatlarıdır. 
Bu orqanların hissələri ictimai qaydanın qorunması üzrə post-patrul 
xidmətini təşkil edir, ictimai təhlükəsizlik xidmətinin digər funksi-
yalarının realizəsini təmin edirlər. Təcrübi cəhətdən funksiya və və-
zifələrin yerinə yetirilməsi bu xidmətin hissələri tərəfindən həyata 
keçirilir və onların arasında mühüm rol polisin post-patrul xidməti-
nin hissə və bölmələrinə məxsusdur. Bu hissə və bölmələr tabeçilik-
də olan şəhər, rayon və nəqliyyatda polis orqanlarının və yaxudda 
yuxarı polis orqanlarının tabeçiliyində ola bilərlər. 
Şəhər (rayon) polis orqanlarının ictimai təhlükəsizlik xidməti-
nin hissə və aparatlarının fəaliyyətinin əsas məzmunu ictimai yer-
lərdə törədilən hüquqpozmaların xəbərdar edilməsi, qarşısının 
alınması və üstünün açılmasında tədbirlərin görülməsinə istiqa-
mətləndirilməsi, onları törədən şəxslərin məsuliyyətə cəlb edil-
məsidir. İctimai təhlükəsizlik xidmətlərinin fəaliyyəti aşağıdakı 
profilaktik xarakterli tədbirlərin icrasına da yönəldilir: 
– ictimai qaydanın pozulmasına səbəb olan halların aşkar edil-
məsi və onların aradan qaldırılması üçün zəruri tədbirlərin görül-
məsi; 
– əhali arasında tərbiyəvi və izahedici işin aparılması; 
– hüquqi təbliğat və s. 
İctimai qaydanın qorunması bir çox halda ictimai təhlükəsizlik 
xidmətinin qüvvə və vasitələrinin effektiv istifadə olunmasından 
və düzgün yerləşdirilməsindən asılıdır. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə