Microsoft Word Vuqar ders vesaiti 2017


İctimai təhlükəsizlik xidməti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   144
386 in.fealxh ders vesaiti

İctimai təhlükəsizlik xidməti
– ictimai 
qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, ci-
nayətkarlığa qarşı mübarizəni həyata keçirən polis aparat və his-
sələrinin habelə onların şəxsi heyətinin məcmusudur. 
İctimai təhlükəsizlik xidmətini digər xidmət sahələrindən fərq-
ləndirən aşağıdakı xüsusiyyətləri vardır: 
– digər xidmət sahələrindən fərqli olaraq çoxsaylı şəxsi heyətə 
malikdirlər; 
– vəzifə və funksiyalarının həyata keçirilməsi zamanı vətən-
daşlarla daha sıx ünsiyyətdə olurlar
– ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin 
edilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində daha geniş tak-
tiki imkanlara malikdirlər. 
§ 2. 
İ
ctimai t
ə
hlük
ə
sizlik xidm
ə
tinin v
ə
zif
ə
l
ə
ri,
növl
ə
ri v
ə
 sistemi. 
 
İctimai təhlükəsizlik xidmətləri fəaliyyətlərinin məzmunundan 
irəli gələrək bir sıra vəzifələrə malikdirlər. İctimai təhlükəsizlik 
xidmətlərinin əsas vəzifələri aşağıdakılardır: 
– vətəndaşların şəxsi təhlükəsizliyinin təmin edilməsi
 
– ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin 
edilməsi; 
– cinayətlərin və inzibati xətaların xəbərdar edilməsi və qarşı-
sının alınması; 
– vətəndaşların, müəssisə və təşkilatların hüquqlarının və qa-
nuni maraqlarının cinayət və digər hüquqazidd hərəkətlərdən qo-
runması; 
– cinayət törətmiş şəxslərin tutulması və cinayətlərin açılma-
sında fəal iştirak edilməsi; 


12
– kütləvi tədbirlərin keçirildiyi, habelə təbii fəlakətlərin, epide-
miya və epizootiyaların baş verdiyi, fövqəladə vəziyyət elan edil-
diyi zaman ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin 
təmin edilməsi; 
– təbiətin mühafizəsində iştirak edilməsi, narkomanlıq və alko-
qolizmə qarşı inzibati-hüquqi mübarizənin təşkil edilməsi; 
– pasport-qeydiyyat rejimin təmin edilməsi
– xüsusi icazə sistemi qaydalarına nəzarətin həyata keçirilməsi. 
Qeyd edilən vəzifələr müxtəlif xidmətlər tərəfindən həyata keçi-
rilir. İctimai təhlükəsizlik xidmətlərinin aşağıdakı növləri vardır: 
– növbətçi hissələrin fəaliyyəti
– post-patrul xidməti; 
– polis sahə inspektorlarının fəaliyyəti; 
– müvəqqəti saxlama təcridxanalarının fəaliyyəti; 
– yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquqazidd 
hərəkətlərinin profilaktikası üzrə xidmət
– yol-patrul xidməti; 
– mühafizə xidməti və s. 
İctimai təhlükəsizlik xidmətinin əsas vəzifələrinin əhatə dairəsi 
onun funksiyalarını müəyyən edir. İctimai təhlükəsizlik xidməti-
nin funksiyaları özündə ictimai qaydanın inzibati-hüquqi mühafi-
zəsinin təşkili və bilavasitə həyata keçirilməsinə, hüquq pozuntu-
larına qarşı mübarizəyə və bu xidmət qarşısında qoyulmuş digər 
vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş kompleks təşkilati və 
hüquq-mühafizə tədbirlərinin cəmini əks etdirir. 
İctimai təhlükəsizlik xidmətinin aparat və hissələri öz funksi-
yalarını ayrılmaz surətdə bir-biri ilə bağlı iki fəaliyyət növü ilə 
həyata keçirirlər: 
1. təşkilatçılıq fəaliyyəti; 
2. inzibati-icraedici fəaliyyət. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə