Microsoft Word Vuqar ders vesaiti 2017



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/144
tarix29.11.2023
ölçüsü2,8 Kb.
#139497
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   144
386 in.fealxh ders vesaiti

Təşkilatçılıq fəaliyyəti 
– idarəçilik xarakterli kompleks funk-
siyaların realizəsindən ibarətdir. 
Onlara aiddir:
– ictimai qaydanın qorunması və cinayətkarlıqla mübarizə üzrə 
zəruri və elmi əsaslanmış məqsədlərin müəyyən edilməsi; 
– ictimai təhlükəsizlik xidmətinin aparat və hissələrinin struk-


13
turunun, onların əməkdaşlarının funksional vəzifələrinin işlənib 
hazırlanması; 
– qarşıda qoyulmuş vəzifələrin yerinə yetirilməsi üzrə tabeçi-
likdə olan aparat və hissələrin fəaliyyətinin idarə edilməsi
– onların kadr, maddi-texniki təminatı və s. 
Təşkilatçılıq fəaliyyətinin qarşılıqlı əlaqədə olan aşağıdakı iki 
istiqaməti vardır:
 
– 
Təşkilatdankənar
. Bu fəaliyyət cinayətkarlıqla mübarizə və 
ictimai qaydanın qorunmasında xidmətin fəaliyyətinin digər döv-
lət orqanları, ictimai qurum və vətəndaşlarla qarşılıqlı əlaqəsinin 
və əlaqələndirilməsinin həyata keçirilməsindən ibarətdir. 
– 
Təşkilatdaxili
. Bu fəaliyyətin obyekti ictimai təhlükəsizlik 
xidmətlərinin inzibati-icraedici fəaliyyətləridir. 
 
Təşkilatdaxili fəaliyyət aşağıdakı yollarla həyata keçirilir:
– şəxsi heyət tərəfindən funksional vəzifələrinin yerinə yetiril-
məsinin təmin edilməsi; 
– xidməti fəaliyyətinin idarə edilməsi; 
– kadrların seçilməsi, yerləşdirilməsi, öyrədilməsi və tərbiyə 
edilməsi; 
– işin planlaşdırılması; 
– güc və vasitələrin yerləşdirilməsi üzrə qərarların işlənməsi 
və qəbul edilməsi; 
– xidmətin aparılmasının yoxlanılması və ona nəzarət edilməsi
– qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi. 
İctimai təhlükəsizlik xidmətinin strukturu onun qarşısında du-
ran vəzifə və funksiyaların xarakteri ilə müəyyənləşdirilir. 
Bu struktur aşağı orqanların yuxarı orqanlara tabeçiliyi əsasında 
fəaliyyət göstərən, bir-biri ilə qarşlıqlı əlaqədə olan, ayrı-ayrı apa-
rat və hissələrin, onların əməkdaşlarının vəzifə siyahılarının məcm-
sundan ibarətdir. Vəzifə və funksiyalarından başqa (təşkilati struk-
turu) Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü, konkret 
ərazidə yaşayan əhalinin sayı və sosial-demokrafik tərkibi, iqtisa-
diyyatın inkişafı, cinayətkarlığın səviyyəsi və s. ictimai təhlükəsiz-
lik xidmətlərinə təsir edən əsas amillərdir və ictimai qaydanın qo-
runması vəziyyəti yuxarıda qeyd olunanlardan asılıdır. 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə