15
tutulmamışdır. Uşaq və yeniyetmələr ümumi təyinatlı xəstəxanaların
psixiatriya
şöbələrinə qəbul edilmirlər. Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinə
qəbul edilmiş pasiyentlərin cinslər üzrə bölgüsü haqqında məlumat yoxdur.
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinə qəbul zamanı qoyulan
diaqnozlar, əsasən göstərilən iki diaqnostik qrupa aid olur: şizofreniya, şizoid tipli və
sayıqlama ilə müşayiət olunan xəstəliklər (38%) və əhval-ruhiyyə pozğunluqları (7%).
Orta hesabla pasiyentlər çıxarışa qədər burada 30,8 gün qalırlar. PND-lərdə olduğu
kimi, ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrində də, aparılan müalicə
yalnız farmakoterapiya üzərində qurulmuşdur və psixososial müdaxilələr həyata
keçirilmir.
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinin hamısı (100%), hər dərman
qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni tənzimləyən, trankvilizator
və antiepileptik dərmanlar) müəssisədə əldə edilməsi mümkün olan heç olmasa bir
psixotrop preparatla təmin edilmişdir.
Ümumi təyinatlı xəstəxanalardakı psixiatriya şöbələrindən biri, həmin xəstəxananın
əsaslı təmiri ilə əlaqədar olaraq artıq bir ildən çoxdur ki, məhdud şəkildə fəaliyyət
göstərir. Odur ki, bu şöbə üçün toplanmış məlumatlar 2006-cı ilin birinci rübünün
statistik göstəricilərini əks etdirir.
İcma əsaslı yaşayış müəssisələri
Ölkədə psixi pozğunluqları olan şəxslər üçün icma əsaslı yaşayış müəssisələri mövcud
deyil.
Psixiatriya xəstəxanaları
Ölkədə ümumi çarpayı sayı 4125 olan (hər 100 000 nəfər əhali üçün 48,9 çarpayı)
doqquz psixiatriya (ruhi) xəstəxanası (PX) vardır. Bu çarpayı sayına, həmçinin
ambulator psixiatriya müəssisələrində (PND) olan çarpayı miqdarı daxil edilmişdir.
Ölkənin ən böyük xəstəxanasının strukturuna ambulator psixiatriya müəssisəsi
daxildir. Bundan başqa, yalnız həmin xəstəxanada 50 çarpayılıq uşaq şöbəsi və 50
çarpayılıq yeniyetmə şöbəsi vardır. Beləliklə, psixiatriya xəstəxanalarındakı
çarpayıların yalnız 2%-i uşaq və yeniyetmələr üçün ayrılmışdır. Psixiatriya
xəstəxanalarındakı çarpayı sayı son beş il ərzində 1% artmışdır (bu məlumat rəsmi
statistik göstəricilərə əsaslanır və təmirlə əlaqədar olaraq çarpayı fondunun bir
hissəsinin faktiki olaraq fəaliyyət göstərmədiyini nəzərdə tutmur).
Psixiatriya xəstəxanalarına pasiyentlər ilk növbədə şizofreniya, şizoid tipli və
sayıqlama ilə müşayiət olunan xəstəliklərlə (36%) əlaqədar qəbul olunurlar. Bundan
əlavə, psixiatrik müayinədən keçirilən insanlarda tez-tez şəxsiyyətin formalaşması və
davranışla bağlı pozğunluqlar (8%) aşkar edilir. Psixiatriya xəstəxanaları
pasientlərinin sayı hər 100
000 nəfər əhali üçün 107,4-ə bərabərdir.
Qiymətləndirilmənin aparıldığı il ərzində psixiatriya xəstəxanalarında hər pasiyent
üçün orta çarpayı-günlərin sayı 64,5 olmuşdur.
Mövcud stasionar müəssisələrinin çatışmazlıqlarından biri də psixiatriya
xəstəxanalarının qısa və uzunmüddətli müalicə müəssisələri şəklində bölgüsünün
16
aparılmamasıdır. Pasiyentlərin stasionarda qalma müddətinə görə bölünməsi haqqında
indiyədək informasiya yoxdur, çünki pasiyentlərin qeydiyyatının mövcud sisteminə
əsasən stasionarda qalma müddəti nəzərə alınmır. Xəstəliklərinin ağırlıq dərəcəsi və
gedişindən asılı olmayaraq, psixiatriya xəstəxanalarında pasiyentlər oxşar şəraitdə
saxlanılırlar. Psixiatriya xəstəxanalarında aparılan müalicə yalnız farmakoterapiya
üzərində qurulmuşdur. Ayrı-ayrı psixiatriya xəstəxanalarında məhdud psixososial
reabilitasiya təşəbbüslərinin mövcud olmasına baxmayaraq, ümumilikdə psixososial
tədbirlər xəstəxanalarda aparılan müdaxilələrə daxil deyil. Psixiatriya xəstəxanalarının
hamısı, hər dərman qrupu üzrə (neyroleptik, antidepressant, əhval-ruhiyyəni
tənzimləyən, trankvilizator və antiepileptik dərmanlar) müəssisədə əldə edilməsi
mümkün olan heç olmasa bir psixotrop preparatla təmin edilmişdir. Dərmanlarla
təchizat qeyri-müntəzəm həyata keçirilir, preparatların çeşidi və miqdarı məhduddur.
Müalicə Sübutlu Təbabət (ST) prinsiplərinə əsaslanan qəbul edilmiş rəhbərliklər və ya
protokollar üzrə aparılmır.
Məhkəmə psixiatriyası və digər yaşayış tipli müalicə müəssisələri
Psixiatriya müəssisələrindəki çarpayılardan əlavə, psixi pozğunluqları olan şəxslər
üçün məhkəmə psixiatriyası stasionar şöbələrində 370 çarpayı və digər yaşayış tipli
müəssisələrdə (əqli inkişafdan geri qalanlar üçün internat-evləri, qocalar evləri, əlillər
evləri və s.) 1617 çarpayı vardır. Bunlar qapalı tipli müəssisələr olub, orada saxlanılan
şəxslərin insan və sosial hüquqlarına riayət edilməsi və buna nəzarət kifayət dərəcədə
deyil. Məhkəmə psixiatriyası və digər müəssisələrdə uzun zaman qalan pasiyentlərin
saxlanma müddətinə görə bölgüsü haqqında informasiya əldə etmək mümkün
olmamışdır.
İnsan hüquqları və ədalət
Ümumi təyinatlı xəstəxanaların psixiatriya şöbələrinə, həmçinin psixiatriya
xəstəxanalarına məcburi yerləşdirilmə barədə informasiya əldə etmək mümkün deyil,
çünki məcburi yerləşdirmə haqqında qanunvericiliyin tətbiqini təmin edən
proseduralar yoxdur və bu cür yerləşdirmələri qeydə almaq üçün statistik formalar
mövcud deyil. Bundan başqa, son bir il ərzində ümumi təyinatlı xəstəxanaların
psixiatriya şöbələrində və psixiatriya xəstəxanalarında heç olmasa bir dəfə məcburi
saxlanmış və ya təcrid edilmiş pasiyentlər haqqında məlumatların qeydiyyatı
aparılmamışdır. Lakin stasionar psixiatriya müəssisələrində belə hallara rast gəlinir.
Belə ki, qeyri-qanuni yerləşdirmə və azadlıqdan məhrum etmə, stasionar
müəssisələrdə vəzifədən sui-istifadə, müalicənin tamamlanmasından sonra qohumlar
tərəfindən pasiyentlərin evə aparılmasından imtina edilməsi kimi məsələlər hələ də
mövcuddur.
Ən böyük şəhərdə və ya onun ətraf bölgələrində olan psixiatriya müalicəsi
çarpayılarının sıxlığı bütün ölkə üzrə olduğundan 2,75 dəfə artıqdır. Çarpayıların bu
cür paylanması kənd sakinləri üçün istifadə imkanlarını məhdudlaşdırır. Digər
azlıqların (məsələn, linqvistik, etnik, dini azlıqlar) nümayəndələri üçün psixi
sağlamlıq xidmətlərindən istifadə imkanlarında ədalətsizliyə yol verilməsi ilə bağlı
ölkədə hər hansı problem mövcud deyil.
Ölkədəki psixiatriya xəstəxanaları pis vəziyyətdədir və avadanlıqla çox zəif təchiz
olunmuşdur, ona görə də insanlar arasında burada müalicə olunmaqdan çəkinmə