Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   18   19   20   21   22   23   24   25   26

 

69

   Marjinal  təhlil  üsulunda  xərclərin  şərti-dəyişən  və  şərti-daimi  xərclərə  ayrıl-



ması    əsas    götürülür.  Müəssisənin    maliyyə    vəziyyəti    təhlil    edilərkən    onun  

məhsul  istehsalı  və  satışı  həcmindən  müəssisənin  maliyyə  dayanıqlığının  nə  

dərəcədə  asılı  olması  müəyyən  olunur. 

   əssisənin    maliyyə    dayanıqlığı    ehtiyatı  (təhlükəsizlik    zonası)    dedikdə  

müəssisənin  maliyyə  vəziyyətinin  müəyyən  dayanıqlığını  təmin  edən  məhsul  

istehsalı  və  satışı  həcmi  başa  düşülür. Bundan  ötrü  aşağıdakı  göstəricilərdən  

istifadə  olunur: 

   - realizasiyadan  daxil  olan  gəlirlər( ƏDV-siz, aksiz  vergisiz); 

   - məhsulun  tam  maya  dəyəri; 

   - mənfəət

 

 - daimi  və  dəyişən  xərclər; 



   - marjinal  gəlir. 

   Bu  göstəricilərin  köməyilə  rentabellik  həddi  və  maliyyə  dayanıqlığı  ehtiyatı  

göstəriciləri  hesablanır. Rentabellik  həddi (paroqu)  məhsulun  maya  dəyərindəki  

daimi    xərclərin    məbləğinin    gəlirlərin    tərkibindən    marjinal    gəlirin    xüsusi  

çəkisinə  bölünməsi  nəticəsində  tapılır: 

M

rent



 = 

 

   Bu  göstəricinin  hesablanmasının  məqsədini  gəlirlərin  hansı  hissəsinin  bütün  



daimi    xərclərin    ödənməsinə    sərf    edilməsini    müəyyən    etməkdən    ibarətdir. 

Çünki  rentabellik  0-a  bərabər  olacaqdır. Rentabellik  həddi( paroqu)  göstəricisi-

nin    əsasında    maliyyə    təhlükəsizliyi  (maliyyə  dayanıqlığı    ehtiyatı)    göstəricisi  

hesablanır. Onun  faktiki  satış  həcmi  ilə  satışın  kritik  həcmi arasındakı  fərqə  

ə

sasən    müəyyən    edirlər.  Bu    göstərici    həm    mütləq,  həm    də    faizin    hissələri  



yəni  satışın  ümumi  həcmindəki  payına  görə  müəyyən  olunur: 

3ФП% = 


 

 




 

70

3.2. Qeyri-səlis məntiqdən istifadə etməklə müəssisənin maliyyə 



fəaliyyətinin təhlilinin inkişaf perspektivləri 

 

    Müəssisənin maliyyə təhlili – həmin müəsissənin maliyyə vəziyyətini 

qiymətləndirmək, onun iqtisadi potensiyalından səmərəli istifadəyə və müəssisənin 

maliyyə problemlərini səmərəli həll etməyə əsas yaradan, idarəetmə qərarlarını 

qəbul etmək üçün informasiyalar bazasında aparılan analitik prosedurların 

məcmusudur.  

       Maliyyə təhlilinin məqsədi müəssisənin mənfəətinin artırılması üçün 

müxtəlif səmərəli yolların təyin edilməsi, gəlirlilik məsələlərinin tapılması, 

müəssisənin risklərinin qiymətləndirilməsidir. 

       Göründüyü kimi, müəssisənin maliyyə təhlili müxtəlif təhlil 

prosedurlarının tətbiqi ilə reallaşır. Həmçinin də maliyyə təhlili müxtəlif maliyyə ( 

mühasibat ) informasiyaları əsasında aparılır. Təbiidir ki, müəssisələr fasiləsiz 

fəaliyyət göstərirlər və bu fasiləsiz fəaliyyət də fasiləsiz maliyyə təminatı tələb 

edir. Bu maliyyə ehtiyaclarını müxtəlif mənbələr hesabına ödəmək lazım gəlir. 

Aşagıdakı şəkildə müəssisənin maliyyə göstəricilərinin quruluşu  göstərilmişdir: 

 

 



 

 

 



 

 

 



 

 

 



Şə

kil 11. Müəssisənin maliyyə göstəricilərinin strukturu 

Gündəlik operativ 

göstəricilər 

Kapitalın struktur 

göstəriciləri 

Xüsusi kapitalın və aktivlərin 

mənfəətlilik gəlirləri 

Aktivlərin səmərəli 

istifadə olunması 

göstəriciləri (aktivlərin 

dönərliliyi) 

Bazar göstəriciləri 

Likvidlik göstəriciləri 




 

71

       Müəssisənin maliyyə təsərüfat fəaliyyətinin nəticələrinin daha tam şəkli 



onun bir necə illik fəaliyyətinin ğöstəricilərinin dinamikasında və əlavə olaraq, 

onun göstəricilərinin orta sahə ğöstəriciləri ilə müqayisəsində görünür.



 

Maliyyə 


təhlili əsasən gələcəyə yönəlməlidir.

 

Maliyyə təhlili müəssisənin büdcəsinin 

qurulmasında, faktiki ğöstəricilərin plan göstəricilərdən kənara çıxmalarınının 

səbəblərinin öyrənilməsində istifadə olunur.  

Müəssisənin maliyyə təhlilinin əsas xüsusiyyətləri aşağıdakılaran ibarətdir.   

1. Maliyyə göstəricilərinin böyük əksəriyyəti nisbi kəmiyyətlərdir, ona görə 

də müəssisənin müxtəlif fəaliyyət sahələrini  müqayisə etməyə imkan verir.  

2. Maliyyə təhlili zamanı müqayisə üçün aşağıdakı kimi faktorları tətbiq 

etmək lazımdır.  

 - Müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin göstəricilərınin müxtəlif vaxt 

periodlarında  müqayisəsinin tendensiyasına baxılmalıdır ;  

- Müəssisənin göstəricilərinin onun aid olduğu sahə üzrə orta statistik 

göstəricilərlə müqayisəsi təmin olunmalıdır.        

3. Maliyyə təhlili ücün müəssisənin seçilmiş periodda (adətən ildə) tam 

maliyyə təsviri olmalıdır. Əgər təhlil zamanı ancaq bir periodun məlumatları varsa, 

onda bu məlumatlar mütləq həmin periodun əvvəlinə və axırına aid olmalıdır. Əsas 

alət kimi horizontal  (dinamik göstəricilər) və vertikal (maddələrin struktur analizi) 

analizlərdən istifadə olunur.  

 Müəssisənin aktivləri, passivləri və xüsusi kapitalının arasındakı əlaqə 

mühasibat uçotunun əsas tənliyi olmaqla analiz zamanı da əsas elementlərdən 

biridir: 

   Aktivlər=Passivlər+Xüsusi kapital 

   Maliyyə analizi zamanı əsas məsələ ğöstəricilərin hesablanması deyil, 

alınmış nəticələrin düzgün şərh olunmasıdır. Bu prosesin özündə bir çox 

ə

məliyyatlar həmçinin də risklidir. Ona görə də müəssisənin maliyyə fəaliyyətinin 



daha düzgün təhlili üçün maliyyə tələbatının təhlili, maliyyələşmə mənbələrinin 

təhlili və risklərin təhlilinin də aparılmasını tələb edir.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə