Microsoft Word X. Tahire dissertasiya doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix26.09.2017
ölçüsü0,63 Mb.
#1818
1   ...   18   19   20   21   22   23   24   25   26

 

72

       Beləliklə, müəssisənin daha ümumi maliyyə təhlilini sxemdə olan kimi 



təsvir etmək mümkündür: 

   


 

 

 



 

 

 



 

 

 



 

  

                           



Şə

kil 12. Müəssisənin ümumi maliyyə təhlili sxemi. 

 

        AR “Mühasibat uçotu”



 

haqqında qanunda “maliyyə” hesabatlarının 

tərkibi əsasən mühasibat balansından və ona əlavə edilən maliyyə nəticələri 

(mənfəət və zərərlər) və onların istifadəsi, əmlakın, fondların, dövriyyə 

vəsaitlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və 

kapital qoyuluşlarının və s. aktiv və passivlərin hərəkəti haqqında hesabatlardan 

ibarətdir.  

        Ona görə də müəssisənin maliyyə təsərrüfatı fəaliyyətini təhlil etmək 

üçün aşağıdakı maliyyə - mühasibat hesabatlarını istifadə etmək lazımdır.  

1.

 



Müəssisə balansı ( Forma № 1) 

2.

 



Maliyyə  nəticələri  və  onların  istifadəsi  haqqında  hesabatı                 

(Forma № 2) 

3.

 

Müəssisə balansına əlavə  ( Forma № 5) 



        Təhlil zamanı vergi bəyamnamələrini də araşdırmaq məqsədəuyğun 

hesab edilir.  

Müəssisənin 

maliyyə 


vəziyyətinin 

təhlili 


Müəssisənin 

maliyyə 


resurslarına 

tələbatının təhlili

 

Maliyyələşdirmə 



mənbələrinin 

təhlili 


Risklərin          

təhlili 


Yeni məqsədlərin, maliyyə   planlarının 

və maliyyə  ehtiyaclarının 

müəyyənləşməsi 

Maliyyə resurslarına tələbatın 

ödənilməsi 



 

73

        Balans müəssisənin müəyyən vaxtda, məsələn, hesabat dövrünün 



sonuna maliyyə vəziyyətini əks etdirir. AR “Mühasibat uçotu”

 

haqqında qanunda  



hesabat dövrü 1 yanvar – 31 dekabr dövrünü əhatə edir, maliyyə hesabatları da bu 

müddətin əvvəlinə və sonuna olan nəticələri əks etdirir.  

        Maliyyə nəticələri və onun istifadəsi haqqında hesabat müəyyən 

müddət ərzində müəssisənin gəlir və xərclərini göstərir və bütövlükdə onun 

fəaliyyətinin səmərəliliyinə qiymət verir.  

        Müəssisə balansına əlavədə (Forma № 5-də) müəssisənin xüsusi 

kapitallarının hərəkəti, borc vəsaitlərinin hərəkəti,  debutor və kreditor borcların 

dəyişməsi, maliyyə qoyuluşları və s. öz əksini tapır.  

        Ümumiyyətlə, qeyd etmək lazımdır ki, müəssisənin maliyyə hesabatları 

həmin müəssisənin maliyyə vəziyyətinin əksidir. Bu hesabatlara baxdıqda 

müəssisənin xalis mənfəəti, debutor və kreditor borcları, məhsul satışından daxil 

olmalar, müəssisənin büdcə qarşısındakı öhdəlikləri və s. kimi məlumatlar bəlli 

olur. Ancaq bu nəticələr müəssisənin maliyyə təhlili üçün kifayət etmir. Daha 

dərindən təhlil aparmaq üçün müxtəlif üsul və metodlardan istifadə edilir. Hazırda 

ə

saslı maliyyə təhlilləri aparmaq üçün maliyyə əmsalından istifadə edirlir. Maliyyə 



ə

msalı bir mühasibat göstəricisinin digərinə nisbətidir. Məlumdur ki, müqayisəsi 

heç bir iqtisadi məzmuna malik olmayan göstəricilər əsasında maliyyə əmsalları 

formalaşmır. Məsələn, satılan məhsulun maya dəyərinin qisa müddətli borca 

nisbəti təhlil üçün heç bir lazımlı nəticə vermir. Ona görə də, maliyyə əmsalları 

müəssisənin fəaliyyətini səmərəli təhlil etmək üçün daha uyğun göstəriciləri tətbiq 

edilməlidir. Ümumiyyətlə, müəssisənin fəaliyyətinin səmərililiyinin beş aspektini: 

rentabellik, aktivlərin dövriyyəsi, xüsusi və borc vəsaitləri hesabına maliyyələşmə 

mənbəyi, likvidliyi və bazar dəyərini təhlil etmək lazımdır. Maliyyə əmsalarının 

təhlili həm müəssisənin bu günkü vəziyyətini qiymətləndirməyə imkan verir, həm 

də onun gələcək fəaliyyətini planlaşdırmağa kömək edir.  

        Müəssisənin maliyyə əmsalları əsasında  müxtəlif  metodlarının tətbiqi 

ilə daha dərin  təhlillər aparmaq mümkündür. Əmsalların analizi müəssisənin bir 

neçə maliyyə təsərrüfat göstəricilərinin əlaqələndirilməsi bacarığıdır. Bu 




 

74

metodlardan biri müqayisəli təhlil metodudur. Adətən, bu metod əsasında  



müəssisənin maliyyə təhlili zamanı həmin müəssisənin müxtəlif dövrlər üçün 

maliyyə əmsalları müqayisə edilir və ya eyni sahəyə aid digər müəssisənin 

göstəriciləri ilə müqayisəsi aparılır.   

Müəssisənin bir neçə maliyyə əmsallarının məzmununa baxaq. Likvidlik 

göstəriciləri müəssisənin qısa müddətli öhdəliklərinin onun cari öhdəlikləri 

ə

sasında  yerinə yetirmək bacarığını xarakterizə edir. Əgər müəssisənin cari 



aktivləri onun cari öhdəliklərindən çoxdursa, bu müəssisə likvid sayılır. Ona görə 

də ümumi likvidlik əmasalı cari aktivlərin carı öhdəliklərə nisbəti kimi təyin 

olunur. 

Müəssisənin cari aktivləri ilə material ehtiyyatlarının fərqinin onun carı 

öhdəliklərinə nisbəti möhlətli likvidlik  əmsalı adlanır. 

Müəssisənin ödəniş qabiliyyətlilik göstəriciləri ümumi aktivlərin xarici 

öhdəliklərə nisbəti kimi təyin olunur. 

 Ümumi aktivlər> xarici öhdəliklə

Uzunmüddətli  öhdəliklərdə  borcun  qaytarılma  səviyyəsinin  əmsalı 

müəssisənin  mənfəətinin  il  ərzində  ödənilən    ssuda  faizlərinə  nisbəti  kimi  təyin 

olunur: 

Mənfəət/Ödənilən faizlə

Müəssisənin  mənfəətlilik  və  rentabellik  göstəriciləri  aşağıdakı  kimi 

öyrənildikdə daha məqsədəuyğun olur: 

 -Müəyyən  mənfəət  növünün  təqdim  olunmuş  məhsulların  həcminə  olan 

nisbəti satışın mənfəətlilik göstəricisidir; 

-Müəyyən  mənfəət  növünün  müəyyən  qrup  aktivlərə  nisbəti  aktivlərin 

rentabellik göstəricisidir; 

-  Müəyyən  mənfəət  növünün  müəyyən  qrup  öhdəliklərə  nisbəti  kapitalın 

maliyyə mənbəələrinin rentabellik göstəricisidir. 

Müəssisənin fondlardan istfadəetmənin səmərəlilik göstəriciləri mal-material 

ehtiyyatlarının dönərlilik əmsalı, debitor və kreditor borclarının dönərlilik əmsalı, 

ümumi satışın ümumi aktivlərə nisbəti əmsalı və s. ilə xarakterizə olunur.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə