Vaxt gələr, axtarıb
gəzərlər məni
91
Ay ellər, dara düşüb
Qarabağ övladları.
Tilsimə, tora düşüb
Qarabağ övladları.
Dünya, haqq yoxmuş səndə,
Namərd nə çoxmuş səndə,
Qaçqın düşüb Vətəndə
Qarabağ övladları.
Girib alova, oda,
Verir canını fəda
Vətən, torpaq uğrunda
Qarabağ övladları.
Qorxu nədi bilməzlər,
Düşmənə əyilməzlər,
Öldürməmiş ölməzlər
Qarabağ övladları.
Döyüşlərdə ərləşib,
Qızları da şirləşib,
Ağır
gündə birləşib
Qarabağ övladları.
Bu yurdun gül parçası,
Geyinib qəm libası,
Yerdə qoymaz qisası
Azəri övladları,
Qarabağ övladları.
XEYBƏR İGİDƏLİYEV
92
GƏNC ŞAİR DOSTUMA
Varsa təbin, istedadın
Yaz, əzizim, ar eləmə.
Bunlar yoxsa, yazanların
Cərgəsini dar eləmə.
Beş-on şeir, üç-dörd kitab,
Şair olmaq deyil, vallah,
Oxuyana vermə əzab,
Özünü də xar eləmə.
Kağız tapmır dövlətimiz,
Kağız korlayırsan hədsiz,
Uşaqlar qalıb dəftərsiz -
Bizi giriftar eyləmə.
Çox
demişəm aşkar, bu rum,
Gəl incimə, qurban olum.
Çıxmaz səndən Sabir, Vurğun,
Rəsul, Bəxtiyar - eləmə.
Papaq altda çoxdur, balam,
Anadan şair doğulan.
Şeirin daşın atıb çoxdan.
Fikrimi inkar eləmə.
Dolur hər gün şeir dükanı,
Dolmur taxıl, ət planı,
Şumlayan yox bağ-bostanı,
Şeiri çox şüar eləmə.
Bu yolun var yoxuşu, diki,
Oğul gərək çəksin yükü,
Biz yazmırıq ölmürük ki...
Olma inadkar, eləmə.
Dekabr 1988
Vaxt gələr, axtarıb gəzərlər məni
93
ALMASINLAR VƏZİFƏMİ
(bacıoğlunun vəzifəsi böyümüş
dayısından şikayəti)
Kimə tapşırdın bizi
Vəzifədən gedəndə?
Sanki yetim qalmışıq
El içində, vətəndə.
Sən gedən tək dostların
Yaman azaldı sayı.
Gəl onları cəm eylə,
Gəl,
hardasan, ay dayı.
Kaş heç böyüməyəydin.
O balaca postunla.
Gözümüzdə şah idin.
Sağlığınla, tostunla
Stol, süfrə dalında
Elə bil Allah idin.
Bağlı qalıb çoxunun
Balıq payı, nar payı.
Gəl onları özün böl,
Gəl, hardasan, ay dayı?
Harda aş olurdusa
Çəkirdin başa bizi.
Dadandırmışdın miftə
Arağa, xaşa bizi.
İndisə sənsiz görüb
Basırlar daşa bizi.
Etibarsız dostların
Unutdu haqqı-sayı
Gəl, bizi həmdəm eylə,
Gəl, hardasan, ay dayı?
Neçə-neçə bacıoğlun,
Bacıqızın dardadır.
XEYBƏR İGİDƏLİYEV
94
Gəl
gör vəzifən kimdə,
Möhür, maşın hardadır?
Neçə aydır dolmur plan,
Sıfırıncı yerdəyik
Nə yarış, nə soruşan var.
Töhmətlərin yox sayı.
Qayıt gəl öz yerinə,
Gəl, hardasan, ay dayı?
1967
NÖKƏRİNƏ XAN DEMƏ
Qoy eşitsin yağılar,
Bizim eldə məsəl var:
Qanı suyla yuyarlar,
Zalım, qana-qan demə.
Mən ki qan tökməmişəm,
Yuvalar sökməmişəm,
Sənə göz dikməmişəm -
Nökərinə xan demə.
Sənə şöhrət-şan demə,
Düşmən,
mənə yan demə,
Fikrin sözündən bəlli,
Qəlbin gözündən bəlli.
İçin üzündən bəlli -
Düşmən, mənə çox demə.
Yalansan, haqsan - məlum,
Kimlə ortaqsan - məlum,
Kimə yaltaqsan - məlum,
Nökərinə xan demə.
Vaxt gələr, axtarıb gəzərlər məni
95
QOŞMALAR
MƏNİM PEŞƏM
Peşələr içində əzəldən bəri
Öz dəsti-xətti var mənim peşəmin.
Həyatım, amalım, iftixarımdır -
Şanı, şöhrəti var mənim peşəmin.
“Peşən nədir?” Soruşanda bir nadan,
Jurnalistəm, dedim ona ucadan,
Yoğrulub
hər sətri, sözü poladdan,
Ulu niyyəti var mənim peşəmin.
Həsənbəy məramlı, Cəlil qeyrətli,
Nəriman vüqarlı, Sabir cürətli,
Süfrəsi həmişə halal nemətli -
Mehri, ülvəti var mənim peşəmin.
Güvənib “El” adlı möhtəşəm dağa,
Qoymaz düz əyilsin, düşsün ayağa,
Əyri
fil olsa da, onu yıxmağa
Gücü, qüdrəti var mənim peşəmin.
Elə bərkiyib ki, söz zindanında,
Dönməz məramından – od var canında,
Aqillər, sərraflar, mərdlər yanında
Qədir-qiyməti var mənim peşəmin.
1984
ŞİRVAN NEFTÇİLƏRİNƏ
XEYBƏR İGİDƏLİYEV
96
(Əlibayramlıda ilk quyunun
yubileyi münasibəti ilə)
Aşıqlar sazını kökləsin bu gün,
Kürün qırağında qurulsun məclis.
Birinci badəni qaldıraq, dostlar,
Kür övladlarının sağlığına biz.
Xoş xəbər qanadlı quşa bənzəyir,
Gülür insanların baxışlarında,
Eşidib bu böyük qələbənizi
Akif də sevindi Neft daşlarında.
Sizinlə fəxr edir Şirvan çölləri,
Gəzir mənzil-mənzil söz-söhbətiniz,
Düzdünüz
tər-təzə çiçəklər kimi
Şirvanın döşünə buruqları siz.
Öpür o uğurlu qədəminizdən,
Ceyranlı-cüyürlü çölüm, çəmənim,
Böyükdür eşqiniz, əməlləriniz -
Bu kiçik şeirimə sığammaz mənim.
Düzülsün sıraya igid neftçilər,
Qaraş da onların önündə getsin,
Nəğmələr yazılsın şərəfinizə,
Obalar eşitsin, ellər eşitsin.
Uçun, a qartallar, oylağınız, qoy
Neçə zirvə olsun, neçə dağ olsun.
Arzumuz budur ki, ellər önündə
Üzünüz həmişə belə ağ olsun.
AY DOST